A9 TV, 13 iyun 2015

 

(Əhməd Hakan könlündəki koalisiyanın AKP-CHP koalisiyası olduğunu yazdı. “Ağ dümağ bir səhifə açılar. Çox böyük bir uyğunluq əldə edilər. Parçalama deyilən Allahın bəlası atmosfer dağılar. AKP-nin izah etdiyi CHP-nin dair qorxulu nağılları sona çatar. Kadıköy ilə Bağçılar qardaş olur, Sultanbeyli ilə Beşikdaş əl-ələ verər, “həll müddəti” qaldığı yerdən davam edər”).

Ən bərbad hissə axırıncı cümlədir. “Həll müddəti” deyilən hadisə cənub-şərqi Anadoluda istənilməsə də PKK-nın hakimiyyətinə bir mənada qapıların açılması deməkdir. PKK-nın orada burada əxlaqsızlıq etmələrinə səssiz qalmaq və oradakı hakimiyyətə bir mənada boyun əymək deməkdir. Praktikada elə görünür. Beləliklə, “çözüm süreci”ni çox müqəddəs bir şeymiş kimi, yəni İslam dinindən sonra yeni bir din kimi göstərməyə çalışırlar.

Qardaşım “həll müddəti”nin nə olduğunu bilən yoxdur onsuz da. Heç kim açıqlaya bilmir. Hətta prezident və Baş nazir də daxil olmaqla heç kim bu hədəflənən “çözüm süreci”nin nə olduğunu bilmir. Həll edilən bir şey də yoxdur. Adamlar heç bir şəkildə silah buraxmayacağıq deyirlər. Silahlanmağa daha da davam edirlər. Daha azğınlaşırlar. Ərazi hakimiyyətini daha möhkəmləndirirlər. “Həll müddəti” bütün sürətiylə davam edir deyirlər.

CHP-nin onsuz da PKK mövzusunda siyasətinin, səhv anlamasınlar, amma zəif olduğunu görürəm. Çox-çox zəifdir. Ak Partiyada da zəif bir siyasət var. Qərarlı siyasət MHP-də görünür. Onun üçün mənim gördüyüm ən məqsədəuyğun hərəkət MHP-AKP koalisiyasıdır. CHP-AKP koalisiyasında monotonluq olar. PKK daha da irəliləyər, ərazi hakimiyyətini daha da gücləndirər. Yoxsa Beşikdaşla Sultanbəylinin bir davası yoxdur onsuz da. Biz qardaşıq. CHP-nin də AKP ilə bir davası yoxdur. Söz olsun deyə işlədilən sözlərdir. Siyasi mübarizənin demaqoqiya onlardır. Onlara onsuz da heç kim inanmır. Amma əsl düşmən PKK-dır. Düşmən olan PKK-ya qarşı AKP və CHP-nin aktiv və canlı bir siyasətinin olmayacağı açıqdır.

MHP-ilə koalisiya qursunlar. Birbaşa PKK-ya hücum etsinlər, yaxud onlara müdaxilə edilsin demirəm. MHP gedib Mardinin ortasında böyük bir MHP Mardin il mərkəzi açacaq. Bir çox yerə də şöbələrini açacaq. İdealistlər də açacaq “Ceddin Deden”i dinləyəcəklər. Müdaxilə edən olarsa hüquqla dünyanı başlarına keçirəcəklər. Mən bunu deyirəm.

 

(Suriya Təl Əbyadda Babalar, Babel Hava, Bilal Çete və Siirt kəndləri dünəndən etibarən PYD-nin nəzarəti altına keçdi. Evlərindən zorla evakuasiya edilən türkmənlər Türkiyəyə doğru yola çıxdı. Son günlərdə türkmənlərə qarşı hücumların artdığını deyən Suriya Türkmən Milli Hərəkət Partiyasının sədr müavini Tarık Sulo Cevizci bunları qeyd etdi: Türkmənlər öz yurdlarından köç etməyə məruz qalır. Beləliklə, bölgə tamamilə kürdləşdirilərək burada bir Kanton yaradılmağa cəhd edilir”).

PYD türklərə müdaxilə edirsə Türkiyə onlara necə müdaxilə etmir? Deyil mi? Hərbi müdaxilə lazımdır. Türkdür, öz vətəndaşımızdır, qardaşımızdır. Lazımlı addımlar atılsın. PYD əxlaqsızları oralarda gəzişirlər. Bir neçə nöqtədə qanunla hüquqla başları əzilsə bir daha elə edə bilməzlər.

 

(Akçakale sərhədimizdə gözləyən qardaşlarımız hələ ki, Türkiyəyə qəbul edilmir. Susuzluqdan əziyyət çəkirmiş qardaşlarımız. Üzərlərinə toma ilə su püskürtülmüş. Uşaq, qadın, yaşlı çoxlu sayda insan orada yığılmış vəziyyətdədir).

Bəli, yəni bir qismini qəbul edib bir qismini qəbul etməmək çox qəribə haldır. Ən azından o bölgədə ehtiyacları qarşılansın. O bölgədə qoruna bilərlər. Təhlükəsizlik bölgəsi meydana gətirmələrini daha əvvəl söyləmişdim. Üstündən illər keçib. Mövzu uzandıqca uzanır. Çəkinməyə ehtiyac yoxdur. Təhlükəsizlik bölgə 5 kilometr belə olsa olar.

 

(PYD-ni ABŞ təyyarələri dəstəklədiyi üçün Türkiyə səs çıxarmır.)

Hər şeyin bir həlli vardır. Amerika ilə də bunu danışsınlar. Yəni xarici siyasətdə əsaslı bir iş görülə bilər. Bunları bizim etməyimiz çox çətin olar. Dövlətin əlində hər cür imkan var. Yaxud bizə imkan versinlər bütün dünyanı aydınlaşdıraq. Amerikanın etdiklərinin səhv olduğunu hər kəsə çatdıraq. PYD kommunist-Stalinist bir təşkilatdır. Amerika bunları dəstəkləyirsə bu rüsvayçılıqdır.

Bir də Türkiyənin İsrail əleyhdarı, Amerika əleyhdarı kimi görünən üslubu çox yanlışdır. Avropa üçün müasir bir ölkə olduğumuzu vurğulayaq. Adamlar artıq Stalinist PYD-yə tənəzzül edəcək hala gəlirlər.

Amerika silahla kömək göstərirsə buna dünya səviyyəsində etiraz edək. Türkiyə hər yeri ayağa qaldırsın. Səssiz qalmağın bir mənası yoxdur. İctimai rəy çox əhəmiyyətlidir. İctimai rəy işıqlandırılsa Amerika küncə çəkilir. Belə bir vəziyyətdə Obama məcburən o hava axınlarını dayandırar. Amma İŞİD-ə qarşı hava axınını dayandırın desək dinləməzlər, lakin PYD-yə bir dəstək varsa bu dayandırıla bilər, amma bunun üçün də iş görülməlidir.

 

(“PKK qırğını” yazdıqda “PKK etmədi MİT etdi” kimi izahların gəlməsi haqqında)

Bu çox zorakı ifadədir. PKK polis bölməsini basır. Adamlar tutulur. Bu tutulanlar PKK-lıdır, MİT məmuru deyil. Dağda illərdən bəri təlim görmüş, klassik PKK-lıdır. MİT-lə nə əlaqəsi var bunun? Haçan bu qırğın edənlər, cinayət işləyənlər tutulsa çox köhnə PKK quldurları olduğu ortaya çıxır. Bunlar düşünülməmiş səthi izahlardır.

Türkmənlərin, ərəblərin yerləri əgər təhlükəsizdirsə oranı tərk etməsələr yaxşı olar

Hətta gələnlər də yenə o həmin yerlərə yerləşsələr yaxşı olar. Lakin Türkiyə daxilində PKK-nı hüquqi yollarla yerində oturdacaq bir üslub bir kərə başlamalıdır. Bu çəkincəklik çox təhlükəli və risklidir. Türkiyə sənayeləşməyə əhəmiyyət versin, amma silah sənayesinə də əhəmiyyət verməlidir. Yəni əsaslı bir hərbi gücə sahib olmalıyıq.

İŞİD, məsələn oradakı insanlara kamyonlarla su gətirdi, kamyonlarla yemək gətirdi, payladı. Xalqla da maraqlanır. Amerika ilə danışmaq lazımdır, yəni belə mövzuları ictimaiyyətin gündəminə gətirmək lazımdır.

 

(MHP nümayəndələri MHP-nin AKP ilə koalisiya qapılarının bağlanmadığını vurğuladı. Nümayəndələr qırmızı xətlər təyin edilmədən koalisiyaya getməyin partiyanın dəyərini azaldacağını ifadə etdi.)

Belə bazarlıq edirmiş kimi olmaz. Sanki mal alırmış kimi, 8 nazirlik, 5 nazirlik. Belə bir şey olmaz. MHP tək nazirlik istəyəcək, Daxili İşlər Nazirliyi. Bu qədər. Başqa da heç bir ön şərti, qırmızı xətti olmasın. Tam səlahiyyətlə Daxili İşlər Nazirliyini istəsin. Yəni Bordo Bərəliləri də, jandarmanı da işə qatsın, PKK-ya qanunla hüquqla dünyanı dar etsin.

 

(MÜSİAD sədri Nail Olpak, ilk tərcihlərinin AKP – MHP koalisiyası olduğunu açıqladı. Yazılı açıqlama ilə MÜSİAD koalisiya tərcihlərini sıralayan Olpak, son tərcihlərinin AKP – HDP koalisiyası olduğunu açıqladı).

Ak Partiya – HDP koalisiyasında Türkiyə batar. Ak Partiya sıfırlanar, HDP xeyli genişlənər, böyük bir fəlakətə doğru gedərik. HDP illüziya partiyasıdır, HDP deyə bir partiya yoxdur. Yəni tamamilə şişirtmə, süni şəkildə yaradılmış bir partiyadır. PKK-nın təhdidi, Ak Partiyanın dəstəyi, qəsdən zəif namizədlərin göstərilməsi nəticəsində meydana gəlmiş bir illüziya partiyadır. Cənu-şərqi Anadoluda xalq, analarımız, qardaşlarımız, bacılarımız çox dindardır. Allah deyən kimi gözləri yaşarar. Öz iradələri ilə Allahsız, Kitabsız, Stalinist PKK-nın arxasından getmələri mümkün deyil, amma qorxu dağları gözləyir.

 

(Aralarında yazar Əhməd Ümid, rəssam Bedri Baykan, kino tənqidçisi Atilla Dorsay, Yarsavın eks prezidenti Ömər Faruk Eminağaoğlu kimi adların olduğu yazar, alim, bəzi qeyri-hökumət təşkilatları nümayəndələri, CHP, MHP və HDP-ye koalisiya qurmaları barədə müraciət etdilər).

Yəni HDP – MHP, təhqir olar. O qədər əsəbiləşdirici bir şeydir ki. İki zidd partiya, olması qeyri-mümkündür. Biri məlum, o birisi də məlum. Belə bir təklif olmaz. Bunlar ancaq HDP-yə fayda verər. O virtual quruluşu daha da güclənər, daha qanuni hala gələr. Qanuni olduqlarını demirəm, amma qorxu üstünə qurulmuş bir quruluş var orada.

(Ak Partiya rəhbərliyi CHP sıralarından əks olunan alternativ baş nazir sistemi və 5 strateji nazirlik tələblərinə razılıq vermir. AK Partiyanın ən vacib tələblərindən biri koalisiyada iştirak edən hər partiyanın kabinetdə səs nisbətiylə təmsil edilməsi, seçkidə 19 milyon səs toplayan və 41%-ə yanaşan Ak Partiya alternativ baş nazir sistemi formuluna müsbət baxmır).

Təbii ki, alternativ baş nazir sistemi olmaz. Toplanan səsin nisbətinə görə olmalıdır. Nə qədər səs toplasa ona görə bir müəyyənləşdirmə edilə bilər.

 

(“YPG oradakı bütün xalqı qoruyur”. Tamaşaçı məktubuna cavab olaraq)

Xalq niyə o zaman axın-axın qaçır? Niyə ərəblər, türkmənlər qaçır axın-axın YPG hücumlarından? Hücum yoxdursa adam niyə qaçsın? Hücum olduğu üçün qaçır. Huşunu itirirdi bax orada bir gəlin var idi, jandarma qollarına girmişdi. Hətta ən çətin şərtlərdə belə yaşamağı qəbul edirlər. Bu YPG hücumundan olur. Artıq yüzlərlə şəhid olmuş insan var. Evlər yandırılmış. Binalar yerlə-yeksan edilmiş. Cinlər mi edir bunu? YPG bayraqları var orada. İŞİDmi taxır o bayraqları oraya? Hər yerə Abdullah Öcalan posterlərini asmısınız, işğal etdiyiniz kəndlərə, YPG-nin bayraqlarını asmısınız. YPG formasını geyinmiş adamlar gəzişir. Bunların hamısı ölçülüdürsə o ayrı məsələ. YPG bu saxtakarlığı, bu zalımlığı buraxsın. Bu yalançılığı da buraxsın.

 

(“DAİŞ qırğın edir. Türkmən və ərəbləri qətlə yetirir. PYD o insanları qorumaq üçün o şeytanlarla mübarizə aparır”. Tamaşaçı məktubuna cavab olaraq)

DAİŞ kamyonlarla yemək payladı onlara bütün Türkiyənin gözü qarşısında, televiziyaların gözü qarşısında. Kamyonlarla su gətirib xalqa içirdi və xalqı qoruyur. Başlarında dayanır. Görürük, yəni sərhəddə açıq-açıq görünür. Şeytan olsa su verməz. Yemək verməz. Canlarını qorumaz. Əsl şeytan hanı? Bu insanları yerindən yurdundan edib oralara PYD bayrağı tikənlər. Türkmən kəndlərinə PYD bayrağı sancdınız. Abdullah Öcalanın şəkillərini qoydunuz. Ərəb kəndlərinə də PYD bayrağını sancdınız. Abdullah Öcalanın şəkillərini qoydunuz. Xalq canhövlank oradan qaçdı. Qaçmayanları da şəhid etdiniz. İŞİD o zaman necə şeytan olur? Əsl şeytan sizsiniz. Əsl şeytan PYD-dir. Dindar insan qəbul etmirlər. Olduqları bölgədəki bütün məscidləri uçurdurlar. Məscid qəbul etmirlər. Quranı qəbul etmirlər. İslamı qəbul etmirlər. Müsəlmanların yığıncaq etməsini, danışmasını, yaşamasını, heç bir şeyini qəbul etmirlər. Kommunist, Stalinist Abdullah Öcalan tərəfdarı olmayan adamlara həyat haqqı vermirlər.

 

(“Əgər YPG xalqı vurursa, niyə media səssiz durub? Sizin gördüyünüzü media niyə gizlədir?” Tamaşaçı sualına cavab)

Oraya media girə bilmir ki. Oraya ancaq MİT məmurları girə bilir. Xüsusi hərəkat girə bilir. Gizli qəhrəmanlar girə bilir. Oradan bir məlumat gətirmək mümkün deyil. O da qismən girə bilir. Amma hər yerdə YPG-nin cır-cındır bayraqları dalğalanır. Xalq buraya hövlank niyə qaçdı? Bunu necə düşünə bilməzlər? Yarı huşsuz halda, dəlilər kimi qaçırlar. Xalq dəhşət içindədir. YPG onların qaçdığı kəndlərə yerləşir. Geri qalanları da qətlə yetirir. Oradan bir ərəb və türk sürgünü var. Oralara da PKK-lıları yerləşdirirlər. Get bax ərəb kəndlərinə. Ancaq PKK var orada. Bu mövzular belə bitməz. Ancaq Mehdi (ə.s)-ın zühuru ilə bitəcək.