A9 TV, 23 iyun 2015 Xoş Söhbətlər

 

İnkar edənlər dəlil tapa bilmədikləri üçün deyil, təkəbbür hissindən ötrü inkar edirlər

Şeytandan Allaha sığınıram. “Bizə qovuşmağı ümid etməyənlər” yəni axirəti yox sayanlar, olmaz deyənlər “Bizə mələklərin endirilməsi, ya da Rəbbimizi görməyimiz lazım deyildimi?” –dedilər. And olsun, onlar öz nəfslərində təkəbbürə qapıldılar və böyük bir azğınlıqla baş qaldırdılar”. [Furqan surəsi, 21] Yəni Allah əsas mövzunun nə olduğunu söyləyir. Biz zənn edirik ki, adam dəlil tapa bilmədiyi üçün, ağlında saxlaya bilmədiyi, ağılı çatmadığı üçün zənn edirik. Halbuki Allah deyir bax, təkəbbür hissi deyir. Yəni amansız bir təkəbbür hissi.

 

Təkəbbürlük hissi araşdırılmalı olan möcüzəvi bir vəziyyətdir

Onsuz da təkəbbürlük hissi çox böyük bir möcüzədir. Yəni insanın olduğu vəziyyət təkəbbür etməyə uyğun deyil. Çox aciz bir varlıqdır. Təbii ehtiyacları var, fanidir. İnsan acizdən acizdir. Amma buna baxmayaraq, haşa özünü Allahdan böyük görəcək qədər ağlasığmaz bir əzəmətlə təkəbbür göstərir. Nə qədər insan? Hardasa dünyanın 99%-i. Afrikaya gedirsən, eynidir; Asiyaya gedirsən, eynidir. Çox böyük təkəbbürlük hissidir. Bu, onsuz da, bir möcüzədir, Allahın varlığına dəlildir.

Təkəbbürlük hissi araşdırılmalı olan möcüzəvi bir vəziyyətdir. Bu, insanda necə yaranır, bunun ruhu, fəlsəfəsi necədir, dərin tədqiq etmək lazımdır. Bu möcüzə necə meydana gəlir? Bu, əllə tutulan bir möcüzədir. Çünki normalda insan qorxu, acizlik və zəiflik içində yaşamalıdır. Quruluşu elə görünür. Dünyanın halına görə də mövqeyi bu şəkildədir. Onda bunun izah edilməsinin çətin olduğunu görürük. O zaman yenə nə edəcəyik? Bunu geniş səsləndirmək lazımdır. Məsələn, bəzi şeylər olur, ifadə etmək çətin olur. Aydın olur, amma ifadə etmək çətin olur. Məsələn, bir qəribəlik olduğu aydındır. Amma çox ciddi bir qəribəlik var. Çünki təkəbbürlük hissinin məqbul görüləcək bir tərəfi yoxdur. Adamın təbii ehtiyacları var, qardaşım, sırf oradan bitər. Yatmağa məhkumdur, yazıq bir varlıqdır, çətin ayaqda dayanır və qısa müddətdə də ölür. Belə bir varlığın təkəbbür, həm də ağlasığmaz bir təkəbbür içində olması möcüzədir. Ona görə ağıllı bir şəkildə araşdırılıb fəlsəfəsi təsvir edilməlidir. Onda bu möcüzə ortaya daha dəqiq çıxar, daha yaxşı aydın olar.

Əslində təkəbbürlənənlərə demək lazımdır. Onlar canlı laboratoriyadırlar. İmanını itirmiş, təkəbbürlənən, şöhrətpərəst insanlarla danışmaq lazımdır. Sorğu şəklində olmalıdır, məsələn, hər mövzuya necə cavab verir. Əlbəttə ki, alçaltmadan, qürurunu qırmadan. Söhbət etdikdə çoxlu dəlil ortaya çıxar. Əgər bunu kitablaşdıracağıqsa -ki, mən kitab olaraq düşünürəm- geniş dəlilə ehtiyac olur. Bunların da əsas qaynağı, orijinal qaynağı da eqoist və təkəbbürlü insanlardır, onlara baxmaq lazımdır. Bunlar təkəbbülənərkən nədən istifadə edirlər? Məsələn, elmdən istifadə edə bilirlər.

 

Elm Allahın varlığının dəlillərini göstərir, amma elmin şeytani istifadə edilmə metodu da vardır

Elmin şeytani istifadə edilmə metodu var, o ayrı təsvir edilməlidir. Elmə bir müsəlmanın sahib çıxması var, bir də başı xarab, yaxud imanını itirmiş insanların hadisəyə baxışı var. İndi elm bizə görə, mənə görə Allahın sənətini açan, dəlilləndirən, onu bizə çatdıran, inkişaf etdirən, incə detallarını göstərən bir sistemdir. Amma küfr üçün elə deyil. Onlarda tam fərqli bir fəlsəfəsi olur. Bu da ayrıca araşdırılmalı olan bir mövzudur.

Küfr diqqətli araşdırılmalı olan bir sistemdir. Müşriki də danışdıraraq ayrı araşdırmaq lazımdır. Məslən, bəziləri özünü itirər, onu araşdırmağı düşünəcəyi yerdə onunla sanki boğuşar və özünü əldən salar.

 

Eqoizmi yaradan mövzuları araşdırmaq lazımdır

Təkəbbürlüyə zənginlik təsir edir. Amma zənginliyin bir məntiqi var. Çünki zənginliklə hər şeyi edə bilərəm, alaram, apararam, gətirərəm və s. deyə düşünə bilər. Amma adam kasıb olsa da eqoistdir. Yəni onun çox da izahı yoxdur. Mədəniyyəti olmasa da eqoistdir.

Eqoizmi yaradan şeyləri siyahılaşdırmaq lazımdır. Və canlı nümunələriylə uzun və ağıllı danışmaq lazımdır. Hər mövzunu soruşmaq lazımdır, məsələn bunda nə düşünürsən, onda nə düşünürsən. Onsuz da onlar sevərək danışarlar. Çünki dinsiz dinsizliyinin hamı tərəfindən bilinməsini istəyər, izah etmək istəyər. Yəni özü kimi dinsizlər olmasını da istəyər. Həm də içini rahatlaşdırmaq üçün elə deşarj olmaq üçün danışmaq istəyər. Çünki dinsizlik insanı sıxar. Dinsiz dərdini izah etmək istəyər, danışmaq, eşidilməsini istəyər. Söhbət edildikdə daha yaxşı aydın olar.

“Şeytan Allahı gördüyü halda eqoistlik və təkəbbürlülük edir. Tanıdığı, bildiyi halda”

Amma şeytan cins bir şeydir. Yəni çaqqallığın, laqeydliyin, romantikliyin ən yüksək nöqtəsinə çıxmış bir manyakdır. Klassik manyakdır. Cəmiyyətdə də elə manyaklar var. Arsızdırlar. Mövzu budur.

 

Firon dövründə kommunist bir sistem olduğu aydın olur

Şeytandan Allaha sığınıram. “Firon, öz qövmünün içində qışqırdı”. Qışqırmaq onsuz da bunların ümumi xüsusiyyətidir. “Ey qövmüm, Misirin mülkü və bu altımda axmaqda olan çaylar mənim deyilmi?” (Zuxruf surəsi, 51) Deməli, özəlləşdirib. Yəni xalqa aid bir mal-mülk buraxmayıb. Dövlət mala əl qoyub, orada bir azğınlıq yaranıb. Yəni anladığım qədəriylə bir kommunist sistem var. Dövlətin bütün xalqın malına əl qoyduğu aydın olur. Bax, çaya da sahib çıxıb.

 

Firon hekayəsindən, eqoistliyə səbəb olan şeylər:

“Yoxsa mən, bundan daha xeyirli deyiləmmi?” -deyir, yəni yüksək deyiləmmi. “O, aciz və az qala sözünü belə aydın başa sala bilməyən biridir” [Zuxruf surəsi, 52]

Məsələn, bax, gözəl danışa bilmək, yəni natiqlik, ağıllı hikmətli danışmaq deyil, natiqlik eqoizmə, təkəbbürə səbəb olur. Məsələn, “sinif”, kübar cəmiyyətə mənsub olduğu üçün bu, o dövrün kübar cəmiyyətinə, onu da xalqdan gördüyü üçün özünü yüksək görür. Ayədən bunun bir eqoizm səbəbi olduğunu anlayırıq. “Aciz biridir” deyir. Aciz necə olar? Maddi imkanı, hərbi gücü və s. olmayan. Bunların onda (Fironda) təkəbbürlülüyə səbəb olduğu aydın olur. Əlbəttə ki, daha da genişlədilə bilər. “Sözünü belə aydın başa sala bilməyən biridir”. Deməli, bir insanda əgər qüsur görürsə, eqoistliyi daha da artır.

“Bu vəziyyətdə (əgər doğrudursa), nə üçün ona qızıl bilərziklər taxılmayıb …”. Mal və zənginliklə bir anda etibarının dəyişəcəyinə inanır. Amma bilərzik kimi, külçə qızıl da qəbul etmir. Bəzəkli, istifadə edilə bilən qızıl olaraq söyləyir. “Ya da yanında onunla birlikdə mələklər gəlməli deyildimi?” [Zuxruf surəsi, 53] Əlbəttə, bu imanı üçün, iman etmək üçün. Bunu etibarı üçün istəyir, “mələklər gəlməli deyildimi?” -deyir. Halbuki, mələk elə görünməz. Xeyr, insan şəklində gələr, amma o onu anlamaz. Onun mələk dediyi qanadlı, insana bənzəməyən varlıqlar olaraq istəyir.

“Beləliklə öz qövmünü kiçik hesab etdi” İnsanları alçaltmaq. Məsələn, Pakistanda, Hindistanda, onda-bunda yaltaq dəstəsi var. Amerikalıların, İngilislərin əlaltıları var. Bunlar xalqı kiçik hesab edərək özlərini böyüdürlər. Onların inanclarını alçaldırlar, paltarını alçaldır, yeyib-içməyini alçaldır. Özünü daha üstün görür.

 

Cahiliyyə cəmiyyətində alçaldılan insanlar özlərini alçaldana hörmət edərlər

“onlar da ona boyun əydilər”. Həqiqətən, alçaldılan insanlar alçaldana hörmət edirlər. Bunu bir çox yerdə görmüsünüz, məktəblərdə, universitetlərdə, iş yerlərində və s. Məsələn, müdir alçaldar məmurları, bütün məmurlar ona əcaib hörmət edərlər. Məsələn, bəzi baş məmurlarda olar, zabitlərdə olar. Alçaldanda daha da hörmət edərlər. “Həqiqətən onlar, fasiq olan bir qövm idi”. [Zuxruf surəsi, 54] Yəni dinin hökmlərini bilir, yaxud qəbul edir, lakin əməl etmirlər.

 

Allah təkəbbürə qapılanların dinə yaxınlaşmalarına mane törədir

Şeytandan Allaha sığınıram. Allah “Haqsız olaraq yer üzündə təkəbbürlük göstərənləri ayələrimdən uzaqlaşdıracağam” (Əraf surəsi, 146) -deyir. Onsuz da təkəbbür göstərdiyi anda Allah dərhal xəstələndirir. Deməli, təkəbbürlənəndə Allah dinə yaxınlaşmalarına mane olur. Ağlını alır. Amma bir fərahlıq da olur, yəni bunlarda qorxma hissi də olmur. Dəlidir. Məsələn, dövlət narkotiki qadağan edib. Qorxmur, manyakdır, yəni belə, açıqca narkotiki içir. Çəkinmir, manyakdır. Və yaxud məsələn, sənədsiz silah qadağandır, belinə silah taxıb gəzir. Manyakdır, çəkinmir. Belə adamlar Allahdan qorxmamaqda daha çirkin bir qabiliyyətə sahib olurlar. Daha axmaq olurlar. Qorxmağı bilən insan Allahdan qorxur. Daha balanslı, tutarlı olurlar.

 

İnsanların xoşlarına gələcək bir yerdə yaşamaları da bir möcüzədir

Şeytandan Allaha sığınıram. Yunis surəsi, 93. “And olsun, biz İsrailoğullarını, xoşlarına gələcək gözəl bir yerdə yerləşdirdik və təmiz şeylərdən özlərinə ruzi verdik”. Bax, Allah xoşlarına gələcək bir yerə yerləşdirdik deyir. Halbuki, hər yer insanın xoşuna gəlməz. Allah oranı onlara sevdirir. Bu da bir möcüzədir. Məsələn, bir yerə yerləşdirərsən, amma adam narahat olar. Gözəl də olsa, xoşuna gəlməyə bilər. Amma xoşlarına gələcək bir yerə yerləşdirdim deyir. Yəni Allah sevdirib.

 

İsrailoğulları hz. Süleyman (ə.s)-ın İsraili zənginləşdirməsi və yoldaşlarının sayı mövzusunda ayrılığa düşüblər

“… onlara pak ruzilərdən verdik. Onlar özlərinə elm gələnə qədər ixtilafa düşmədilər. Şübhəsiz ki, Rəbbin, ixtilafa düşdükləri şey barəsində Qiyamət günü onların arasında hökm verəcəkdir”. [Yunis surəsi, 93]

Hz. Musa (ə.s) ilə birgə Misirdən ayrılan İsrailoğullarının vəd edilmiş torpaqlara yerləşməsi və orada var-dövlət sahibi olması hz. Süleyman (ə.s) zamanında oldu, bilirsiniz. Bundan əvvəl İsrailoğulları arasında ayrılıqlar yaşandı, lakin bu dövrdə çöldə köçəri idilər. İsrailoğulları hz. Süleyman (ə.s)-ın İsraili zənginləşdirməsi və yoldaşlarının sayı mövzusunda ayrılığa düşdülər. Bax, zənginləşdirmə və yoldaşlarının çox olması mövzusunda ayrılığa düşdülər. Bunu tənqid etdilər. “Bütpərəst qadınları götürüb gətirdi” Halbuki, qadınlar müsəlman olurlar. Min yoldaşı var, qadınlarla çox maraqlanırmış kimi ravvinlər bir müxalif vəziyyət yaratdılar. Hz. Süleyman (ə.s)-ın sağlığında da özünə bu mövzuda qarşı çıxdılar, bilirsiniz.

Hz. Süleyman (ə.s)-ın ölümündən sonra 12 oymaqdan 10-u krallıqdan ayrıldı. Bu ayrılıqdan sonra iki qonşu dövlət arasında tez-tez döyüşlər və qarşıdurmalar yaşandı. Quranda təsvir edilən mövzu budur. Özlərinə elm gəlir, bundan sonra hz. Süleyman (ə.s)-ın məbədi dağılır. Bax, 12 oymaqdan 10-u krallıqdan ayrılır. Çox böyük fitnə çıxıb.

 

Hz. Süleyman (ə.s) dövründə də Peyğəmbərimiz (s.ə.v) də olduğu kimi, çox evləndiyinə görə o dövrün münafiqləri fitnə çıxarmışdır

Peyğəmbərimiz (s.ə.v)-də də həmişə xanımları üzündən fitnə çıxartdılar. O Dırar Məscidini qurmaları da elə. Burada da yenə eyni hadisə olur, hz. Süleyman (ə.s) hadisəsində də. Orada da ayrılırlar, yenə təqva adına ayrılırlar. “Belə dindarlıq olarmı?” deyirlər. “Bu qadınlarla birlikdə, yanında min qadın var” Peyğəmbərimiz (s.ə.v)-də də eyni şeyi etdilər. “Hz. Əli (r.ə), hz. Həsən (r.ə), hz. Hüseyn (r.ə), nə qədər çox evlənirlər. Peyğəmbər (s.ə.v) nə qədər çox evlənir” -dedilər. “Qadınlar da məscidə gəlirlər. Belə şey olarmı? Dindarlıq belə olmaz” -dedilər. Onda münafiqlər Dırar məscidini qurdular. Peyğəmbərimiz (s.ə.v)-ə də vəhy gəldi, yerlə bir etdilər bilirsiniz. Hz. Süleyman (ə.s)-a elm gələndə, bu mövzu açıqlanı. Hz. Süleyman (ə.s)-a elm gəldi deyir.

 

Allah Tövratda hz. Süleyman (ə.s)-ı tərifləyir

Məsələn, Allah hz. Süleyman (ə.s)-dan çox məmnundur. Ravvinlər məmnun deyillər, amma Allah məmnundur. Onlar hz. Süleyman (ə.s)-a Tövratda ağlasığmaz təhqirlər edirlər. Amma Allah tərifləyir. Məsələn, Tövratda: “Süleyman Rəbbin məbədini, sarayı, etmək istədiyi bütün işlərini qurtardıqda Rəbb əvvəl Givanda olduğu kimi ona yenə görünərək belə dedi: Duanı və yalvarışını eşitdim. Adım həmişə orada olsun deyə etdiyin bu məbədi müqəddəs etdim”. Bax, Allah tərifləyir. “Gözlərim onun üstündədir, ürəyim hər vaxt orada olacaq”.

 

Hz. Süleyman (ə.s) hekayəsindən zənginliyin təbliğdəki təsiri haqqında izahlar

Hz. Süleyman (ə.s)-ın zənginliyinin və yanındakı insanların keyfiyyətinin, zəngin paltarlar geyinmələrinin təbliğdə nə qədər təsirli olduğu da Tövratda açıqlanır, baxın. Krallar 10. “Süleymanın müdrikliyini, tikdirdiyi sarayı, süfrəsinin zənginliyini, vəzifəlilərinin oturub qalxmasını, xidmətçilərin xüsusi geyimləriylə etdiyi xidməti, saqilərini və Rəbbin məbədində təqdim etdiyi qurbanları görən Səba kraliçası heyranlıq içində qaldı”. Təbliğdəki üsulu görürsənmi? Hamı qəşəng geyinir, müdhiş bir zənginlik var, mebellər mükəmməldir, saray mükəmməldir. Təbliğə bir qadını çağırdığında qadın dərhal “iman etdim” -deyir.

Çox təsirlənir. Hz. Süleyman (ə.s)-a, “ölkəmdəykən etdiklərinlə, müdrikliyinlə əlaqədar eşitdiklərim doğruymuş” -deyir. “Amma gəlib öz gözlərimlə görənə qədər inanmamışdım. Bunların yarısı belə mənə izah edilmədi. Müdrikliyin də, zənginliyin də eşitdiklərimdən qat-qat çoxdur, Süleyman” -deyir. “Nə xoşbəxt adamlarına, nə xoşbəxt sənə xidmət edən vəzifəlilərə. Çünki həmişə müdrikliyinə şahid olurlar. Səndən məmnun qalan, səni İsrail taxtına oturdan Tanrın Rəbbə təriflər olsun” Səba Məlikəsi deyir. Paltarlar mükəmməldir deyir, əşyalar mükəmməldir, əxlaq mükəmməldir, nizam mükəmməldir, oturma-durma mükəmməldir, hər şeyləri mükəmməldir deyir. Hz. Süleyman (ə.s)-a binanın görünüşü, zənginlik, hər şey mükəmməldir deyir.

 

“Allahdan əvvəl nə vardı?” sualının cavabı

Haşa, “Allahı kim yaratdı? O necə var oldu?” deyə soruşurlarmış. Yəni “Allahdan əvvəl nə vardı?” deyirlər. Əvvəli-sonranı söylədiyinə görə zamanlı olduğun aydın olur. Allah zamansızdır. Zamansız olunca əvvəli sonranı necə soruşacaqsan? Bax, zamansız və məkansızdır. Sən deyirsən “daha əvvəl nə vardı?” Zamansızlıq var olunca “daha əvvəl nə vardı?” deyə bilmirsən. Zamansızlıq var dediyim halda “daha əvvəl nə vardı?” desən bu içindən çıxılmaz bir iş olar. Allah zamansız olaraq vardı. Biz zamanlı olaraq yaradıldıq.

 

Hz. Süleyman (ə.s)-la əlaqədar səmimiyyətdən uzaq ravvinlərin izahlarından nümunələr

“Bir xanım nemətdir lakin minin üzərində hər hansı bir ədəd çoxdur və çoxluq bəla gətirər”. Və yaxud “Birin üstündə çoxluq çoxdur, bəla gətirər” -deyir. “Süleymanın həyat yoldaşları da onun başını və ürəyini çevirdi.” Atırsan, atırsan. Niyə başını çevirsin? Niyə ürəyini çevirsin? Allah Quranda tərifləyir, Tövratda tərifləyir. Səba Məlikəsi Tövratda necə tərifləyir, yəni qadın şahiddir. Süleymanın Məsələlərində də Allahın onu nə qədər sevdiyini görürük. Və nə qədər mükəmməl olduğunu görürük. Hz. Süleyman (ə.s)-a söz söyləməyin üçün səni Allah vəzifələndirməlidir. Peyğəmbər olaraq vəzifələndirməlidir. Və bir dəlilin olmalıdır. Dəlilin də yox, peyğəmbər də deyilsən, Allah səni vəzifələndirməyib də.

 

Fələstin torpaqları yəhudilərin, müsəlmanların və xristianların bir yerdə gözəlliklə yaşayacağı geniş torpaqlardır

Biz İsrailə getdiyimizdə azğın kommunistlərlə, anarxist-stalinistlərlə qarşılaşsaq gözəldir, yoxsa təsəkləriylə, saçları lülə-lülə, əllərində Tövratla səhərdən axşama qədər “Allah” deyənlərlə qarşılaşsaq gözəldir? Əlbəttə ki, “Allah” deyənlərlə qarşılaşmağımız gözəldir. Necə böyük nemətdir. Və 4 min ildən bəri hz. Musa (ə.s)-a sadiqdirlər. Necə böyük üstünlükdür. Raketi atır, orada qadınlar var, uşaqlar var, hər kəs var. Cinayət işləyirsən. Onlar da hadisəni görüncə gedib can halıyla oranı bombalayırlar. Özün də cinayət işləyirsən, onları da cinayətə təşviq edirsən. Əzmkarlıqlarına səbəb olursan. Etmə, eləmə! O bölgə hamınıza yetər. Qardaş olun.

 

Yəhudilər və Ərəblər eyni Peyğəmbər atanın qardaşlarıdır, bir-birinizi qucaqlayın

İsrailoğulları Qüdsdə hər yerdə var. Sən kimin oğlusan? İsmayılın oğlusan. Bütün bu bölgədəki müsəlman olan qardaşlarımız genetik olaraq hamısı hz. İsmayıl (ə.s)-ın soyundandır. Bir peyğəmbər atanın qardaşlarısınız. Biri İsrailoğlulları, biri İsmayıloğullarıdırlar. Bir-birinizi qucaqlayın, qardaş olun, sevinin. İkiniz də “La İlahə illəllah” deyirsiniz. Onların ürəyində də “Muhammədən Rəsulullah” sözü var. Amma sən sanki düşmən kimi yaxınlaşırsan.

Məsələn, Netanyahu İsraildə yaşayan müsəlmanlar üçün Ramazan təbriki yayınladı:

“İsrailin müsəlman vətəndaşlarına Ramazan ayının başlaması münasibətilə təbriklərimi çatdırıram. Bu il də dünyanın yaxşı vəziyyətdə olmadığını bilirik. Yaxın şərqdə vətəndaş müharibələri və sünnilər ilə şiələr arasında dini qarşıdurmaların yaşandığı bu dövrdə, İslam dünyası Ramazan ayını qeyd edir”.

Bax, görürsənmi, o da müsəlmanların bir-biriylə savaşmasından narahatdır. Və müsəlmanların məzhəb savaşından da. “Etməyin” -deyir. Sən yəhudidir deyə qarşı çıxırsan, amma o sənin yaxşılığın üçün danışır.

“İsrail din azadlığına hörmət göstərən, hər inanc mənsublarına ibadət azadlığı təmin edən bölgədəki tək dövlətdir və siz bunu hamıdan yaxşı bilirsiniz. İsrail cəmiyyətinin ayrılmaz bir parçasısınız” –deyir. Müsəlmanlar üçün deyir. Doğru deyir. Bütün məzhəblərə, bütün dinlərə, bütün inanclara İsrail son dərəcə xoşgörüşlüdür. Mehriban yaxınlaşır. Xristianlar çox hörmət görür, yəhudilər hörmət görür, müsəlmanlar hörmət görür, Dürzilər hörmət görür, inancsızlar, ateistlər də hörmət görür.

(Kılıçdaroğlunun Dövlət Bağçalıya koalisiya üçün bir təklif də edəcəyi “13 ildən sonra əlimizə bir fürsət keçdi, AK Partiyanın iqtidarda olmadığı bir hökuməti qurma fürsətini geri təpməyək. Heç olmasa təqaüdçüyə cüt hədiyyə, əsgəri ödənişin artırılması, podratçı sisteminin qaldırılması kimi…”)

O nəyin dərdindədir, biz nəyin dərdindəyik. Məmləkət əldən gedir, Cənub-şərqi Anadolu sanki PKK-ya təslim olub, tamamilə əhatə olunub, o təqaüdçüyə bu bu… Biz başqa bir şey istəmirik, əvvəl vətən xilas olsun, Cənub-şərq Anadolu işğal edilmiş vəziyyətdədir. PKK işğalı var. Türkiyə bölünmə təhlükəsiylə üz-üzədir, o nəyin arxasındadır. Heç anlamayıb. Kılıçdaroğlu çox ağlı başında bir insandır, sadə bir insandır, bunu necə anlamazlıqdan gəlir. AK Partiya, MHP iqtidara gəlsin, hökumət qursunlar, Daxili İşlər Nazirliyini MHP-yə versinlər, bir dəliqanlını da daxili işlər naziri etsinlər, PKK-nın məhv etsinlər. Ən həyati mövzu budur.

(Dengir Mir Məmməd Firat, Davutoğlunun gedəcəyini, yerinə Abdullah Gülün gələcəyini söyləyir)

Baş nazir yaxşı, xeyli aktiv, canlı bir insandır. Əvvəla kök olaraq möhkəm kökdür. Təhsili də mükəmməldir, izahatı da mükəmməldir, idealı, məqsədi olan, mömin, müttəqi, zahid, müvəhhid bir insandir. Buna görə də dəyişməsi deyə bir mövzu olmaz. Türkiyəyə qarşı çoxlu planlar qurulur. Ən çox da CFR edir. İzah etmək istədiyi onlardır.

 

Yaxın şərqdə və Türkiyədə CFR-yə yaranmağa, yaltaqlanmağa çalışan, onlar üçün casusluq edən və jurnalist-yazıçı kimi dolanan insanlar var

CFR (Xarici Əlaqələr Şurası), Amerikan xarici siyasətini təyin edən təşkilatdır. Üzvlərinin çoxu NeoCon və Bilderberg üzvüdürlər. 1960-cı illərdən bu günə qədər müstəqil Kürdüstan fikirini müdafiə edirlər. Türkiyəyə dayanmadan bunu təlqin edirlər. Bunlar Tayyib hocaya qarşıdırlar, Hakan Fidandan sanki nifrət edirlər. Əlbəttə, CFR-nin də əlaltıları var. Əlaltının da əlaltıları var. Yəni bunlara casusluq edən, casusluq üsulları göstərən yan təşkilatlar var. Bunlar ümumiyyətlə hindistanlı, pakistanlı tiplərdən istifadə edirlər.

İngiltərə bunlara bir az pul verir, amma onlardan ən çox buna görə istifadə edirlər, şəxsi işlərində daha az istifadə edirlər. Türkiyədə də onlara tərəfdar olanlar var. İstanbulda, Ankarada hər yerdə çıxır. Həmişə PKK-ya yaltaqlanan, PKK-ya şirinlik etməyə çalışan, CFR-yə yaranmağa çalışan tiplər. CFR üzvlərinin bir çoxu əslində dindardırlar, lakin səhv istiqamətləndirilmiş, aldadılmış insanlardır. Ona görə bizə çox iş düşür, onları işıqlandırmaq, məlumatlandırmaq, bu əlaltıların verdiyi məlumatların onlara səhv olduğunu anlatmaq həyati bir mövzudur. Məsələn, CFR bu anda Şimali İraqda Bərzanini devirməyə çalışır. Bərzani əleyhinə həm mətbuatda kampaniya başlatdılar, həm İran, həm PKK tərəfdarı olanların Şimali İraqda güclənməsini istəyirlər. Onun üçün CFR-ni yaxşı istiqamətləndirmək lazımdır.

Bunların Yaxın Şərqdə bir çox qəzet redaksiyaları var. Onların vasitəsi ilə müsəlmanların əleyhinə xəbərlər nəşr edirlər. “Radikal İslam” deyə bu yazıq müsəlmanları əzmə siyasəti aparırlar. Amma bunlar İslamın hər növünə qarşıdırlar. Həqiqi İslama da qarşıdırlar. Yəni mehdiyyətə də qarşıdırlar. Onsuz da Böyük Yaxın Şərq layihəsi mehdiyyəti yox etmə layihəsidir. Mehdiyyət nə deyir? İslam aləmi bir bütün olsun. Böyük Yaxın Şərq layihəsi nə deyir? İslam aləmi parça-parça olsun. Bunların hədəfi Türkiyəni parçalamaq, İraqı parçalamaq, Suriyanı parçalamaqdır.

(Cəmil Bayık, “Əhməd Davutoğlu bir siyasətçi kimi deyil bir səviyyəsiz avara kimi danışır” sözlərinə istiqamətli)

O sözlərin hamısını özünə qaytarırıq. Pis söz sahibinindir. Mən onlara qaytarınca təpəsindən vedrə hesabıyla tökülər. Donuz sürüsü kimi, it dəstəsiylə dağlarda leş kimi iy verərək yaşamağa davam edir. Ağlını başına alsın, nalayiqliyi buraxsın, ağızını düzəltsin, sinirləri pozulub. PKK-ya əməliyyat yaxınlaşdıqca nizamı pozulur. Ona görə CFR də Türkiyəyə təzyiq göstərir.

(7 iyun seçkilərində şərqdəki yüzlərlə kənddə HDP-dən başqa partiyaya səs çıxmadığı, bu kəndlərdə az qala heç etibarsız səsdən istifadə edilmədiyi ortaya çıxdı. HDP-dən başqa partiyaya səs çıxmaması suala səbəb oldu.)

Video filmi var; qadın PKK-lı silahlılardan soruşur, “mən haranı işarələyəcəm?” Buranı işarələyəcəksən deyə göstərirlər. Qadın onların gözünün qarşısında işarələyir, ondan sonra seçki qutusuna atır. Onsuz da səhv etməsi deyə bir mövzu yoxdur, başında dayanır, göstərirlər. Lazım olsa əlindən tutur, əliylə özü işarələdir. Seçkiyə nəzarət edənlər PKK-lı olur. Əsaslı bir əməliyyatla PKK təmizlənmədikdən sonra Cənub-şərqi Anadoluda demokratik bir seçkidən bəhs etmək doğru deyil.

(Terror təşkilatı PKK, İŞİD-lə girdiyi qarşıdurmalarda böyük itkilər verincə işçi çətinliyini aradan qaldırmaq üçün çarəni uşaq qaçırmaqda tapdı. Yalnız 6 ayda 4 mindən çox uşaq dağa aparıldı. Bu say son iki ildə isə 6500-ə çatdı)

Söylədim, “başınızı əzərlər” dedim. “Tək-tək sizi yığacaqlar və doğrayacaqlar, qaçın” dedim. Belə görünür ki, sözümə qulaq asmasalar bu davam edəcək.