20/9; Musanın əhvalatı sənə gəlib çatdımı?

20/10; O zaman o, bir od görüb ailəsinə demişdi: “Dayanın! Mən bir od gördüm. Bəlkə, ondan sizə bir köz gətirdim, ya da odun yanında bir bələdçi tapdım!”

20/11; Oda yaxınlaşdıqda bir səda gəldi: “Ey Musa!

20/12; Həqiqətən Mən, Mən sənin Rəbbinəm. Başmaqlarını çıxart. Çünki sən müqəddəs Tuva vadisindəsən!

20/13; Mən səni seçmişəm. Sənə vəhy olunanı dinlə!

20/14; Həqiqətən Mən, Mən Allaham. Məndən başqa heç bir məbud yoxdur. Mənə ibadət et və Məni xatırlamaq üçün namaz qıl!

20/15; Həmin Saat hökmən gələcək! Hər kəsə törətdiklərinin əvəzi verilsin deyə, Mən onu az qala gizlədəcəyəm.

20/16; Qoy ona inanmayan və nəfsinin istəklərinə uyan bir kəs səni ondan yayındırmasın, yoxsa məhv olarsan!

20/17; Sağ əlindəki nədir, ey Musa?”

20/18; Musa dedi: “Bu mənim əsamdır. Ona söykənir və onunla qoyunlarıma yarpaq silkələyirəm. Bu, mənim üçün başqa işlərə də yarıyır”.

20/19; Allah buyurdu: “At onu yerə, ey Musa!”

20/20; Musa onu yerə atdı və o, dərhal ilan olub sürətlə sürünməyə başladı.

20/21; Allah buyurdu: “Götür onu, qorxma! Biz onu əvvəlki halına qaytaracağıq.

20/22; Əlini qoynuna sal ki, əlin oradan başqa bir möcüzə kimi ləkəsiz, ağappaq çıxsın.

20/23; Belə etdik ki, sənə ən böyük möcüzələrimizdən bir neçəsini göstərək.

20/24; Fironun yanına get! Çünki o, həddini aşmışdır”.

20/25; Musa dedi: “Ey Rəbbim! Köksümü açıb genişlət!

20/26; İşimi yüngülləşdir!

20/27; Dilimdəki düyünü aç ki,

20/28; sözümü anlasınlar!

20/29; Mənə öz ailəmdən bir köməkçi ver –

20/30; Qardaşım Harunu!

20/31; Onun sayəsində mənim gücümü artır!

20/32; Onu işimə ortaq et (ona da peyğəmbərlik ver) ki,

20/33; Sənə çoxlu təriflər deyək

20/34; və Səni çox zikr edək”.

Adnan Oktar: Şeytandan Allaha sığınıram. Oda yaxınlaşdıqda”. Şeytandan Allaha sığınıram. Musanın əhvalatı sənə gəlib çatdımı?” 9-cu ayə. O zaman o, bir od görüb ailəsinə demişdi: “Dayanın! Mən bir od gördüm. Bəlkə, ondan sizə bir köz gətirdim, ya da odun yanında bir bələdçi tapdım!””. Biz də odun yanında  axırzamanda kimi tapdıq, tapacağıq? Mehdi (ə.s)-ı, elə deyilmi? Od, böyük bir alov Mehdi (ə.s)-ın çıxış əlamətidir. Mehdi (ə.s) da yol göstəricidir. Oda yaxınlaşdıqda bir səda gəldi: “Ey Musa! Həqiqətən Mən, Mən sənin Rəbbinəm. Başmaqlarını çıxart. Çünki sən müqəddəs Tuva vadisindəsən!” Müqəddəs vadi Tuva. Orada ayaqqabılarını çıxarır. Mən səni seçmişəm. Sənə vəhy olunanı dinlə! Həqiqətən Mən, Mən Allaham. Məndən başqa heç bir məbud yoxdur”. Baxın, buradakı ifadə çox mənalıdır. “Mən, Mən” Allah iki dəfə təkrarlayır. “Mən Allaham”. “Məndən başqa heç bir məbud yoxdur. Mənə ibadət et və Məni xatırlamaq üçün namaz qıl! Həmin Saat hökmən gələcək!”. Madam ki, sən bu qapını açdın mən sənə söyləyim məsələn, 15-ci ayə, Hicri 1545-dir, Qiyamətin qopma tarixi, elə deyilmi?  Hicri 1500-ə diqqət çəkir.

Altuğ Berker: Əvvəlki də  “seçilən” 14-cü ayədir, hocam.

Adnan Oktar: “Həmin Saat hökmən gələcək!”. Bax, Qiyamətə diqqət çəkilir. Hər kəsə törətdiklərinin əvəzi verilsin deyə, Mən onu az qala gizlədəcəyəm”. Qiyamətin xəbərini gizlədəcəyəm. Allah qeybi kimə açıqlayır? Peyğəmbərlərə açıqlayır. Əlbəttə ki, qeyb gizlidir. Amma Alllah Peyğəmbərlərinə açıqlayır. Hz. Musa (ə.s) “Ey Rəbbim! Köksümü açıb genişlət!” -deyir. Həyəcanlıdır, həm təzyiqi yüksəlir, həm də ürək döyüntüsü var. Yəni taxikardiya var, həm də ola bilər ki, təzyiqi də yüksəlirmiş. İşimi yüngülləşdir! Dilimdəki düyünü aç”. O gözəllər gözəli, o aslanlar aslanı çox həyəcanlıdır, hz. Musa (ə.s) çox cüssəli idi, çox qüvvətli idi. Dilimdəki düyünü aç”. Həyəcanlandığı üçün, çox həyəcanlı olduğu üçün danışa bilmir. Bəzən dili açılır. Mehdi (ə.s)-ın da xüsusiyyətidir. Mehdi (ə.s) çox həyəcanlandığında danışa bilmir. … ki, sözümü anlasınlar! Mənə öz ailəmdən bir köməkçi ver – Qardaşım Harunu! Onun sayəsində mənim gücümü artır! Onu işimə ortaq et (ona da peyğəmbərlik ver) ki, Sənə çoxlu təriflər deyək”. Tək başına getmir. Bax, ki, Sənə çoxlu təriflər deyək (təsbeh edək)”.

Berkerim madam ki, bu qapını açdın sənə dedim, elə deyilmi?

Altuğ Berker: İnşaAllah.

Adnan Oktar: 33-cü ayə, ağlına nə gəlir?

Altuğ Berker: Hz. İsa (ə.s) gəlir, inşaAllah.

Adnan Oktar: İkinci olaraq düşün. Təsbehdə neçə dəfə Əlhəmdülillah deyirik?

Altuğ Berker: 33 dəfə.

Adnan Oktar: 33 dəfə Sübhanallah, Allahu Əkbər deyilmi? 33-cü ayədir. ki, Sənə çoxlu təriflər deyək (təsbeh edək)”. 33 dəfə təsbeh edilir, elə deyilmi? Hər Allahın adı 33 dəfə təsbeh edilir. Cəmi 99-dur. və Səni çox zikr edək. Şübhəsiz ki, Sən bizi görürsən!” Allaha indi bizi görürsən, deyir. Allaha belə müraciət edir. Allah buyurdu: “Dilədiyin sənə verildi, ey Musa! Sənə bir dəfə də mərhəmət göstərmişdik””. Allah əvvəlkini də xatırladır, lütfüm ilk dəfə deyil, deyir.O vaxt ki, anana vəhy olunacaq şeyi belə vəhy etdik: “Onu bir sandığa qoyub çaya burax ki, çay onu sahilə atsın””. Mehdi (ə.s) hara gələcək? Sahilə gələcək, elə deyilmi? Bir kənara gələcək. Mehdi (ə.s)-ın fəaliyyət yeri də su kənarındadır. … və həm Mənim düşmənim, həm də onun düşməni olan birisi onu götürsün”. Allah Firon sistemin, dəccali sistemin, düşüncənin içində mübarizə edəcək deyir, ona işarə edir. Gözlərim önündə boya-başa çatdırılasan deyə, Öz tərəfimdən sənə qarşı qullarım arasında məhəbbət oyatdım”. Hz. Musa (ə.s) seviləcək bir insan olacaq. Beləliklə, gözü aydın olsun və qəm yeməsin deyə, səni anana qaytardıq”. Deməli, anası kədərlənəcək. Baxın, deməli hz. Musa (ə.s)-ın anası kədərlənəcək.  Allah bunu boş yerə söyləməz. Bir şey vardır, bir şey izah edilir. Yəni anası kədərlənəcək biri vardır. Bir şey izah edilmişdir. Allah “Sonra bir qədər üzərinə (bura) gəldin, ey Musa” -deyir.

(Adnan Oktarın 01 aprel 2010-cu ildəki müsahibəsindən şərhlər)