ADNAN OKTAR: … Şeytandan Allaha sığınıram, Yusif surəsi, 87: “”Oğullarım, gedin  Yusif ilə qardaşından”, yəni əsrimizə işarə edən tərəfiylə, Mehdi (ə.s) və hz. İsa (ə.s)-dan, “bir xəbər gətirin və Allahın rəhmətindən ümid kəsməyin”. Yəni “onlar çıxmayacaq, onlar zühur etməyəcək, İslam əxlaqı dünyaya hakim olmayacaq” deməyin. Axırzamana işarə edən şəkliylə izah edirəm. Allah “çünki kafirlər birliyindən başqası Allahın rəhmətindən ümid kəsməz” deyir, deyilmi? Adam nə deyir? “Olmaz, bu əsr də, bitdi. Mehdi (ə.s) də çıxmaz, İsa (ə.s) da gəlməz, heç bir şey olmaz” deyir. Bax Allah deyir ki; “Allahın rəhmətindən ümid kəsməyin. Çünki kafirlər birliyindən başqası, Allahın rəhmətindən ümid kəsməz” deyir. 90-da soruşurlar; “”Sən həqiqətən, Yusifsənmi, sənsən eləmi?” dedilər. “Mən Yusifəm” dedi”. Mehdi (ə.s) özünü tanıdır, “mən Yusifəm”. Əlbəttə ki, bunun çox mənaları var, indi izah edə bilmərik. Sonra izah edəcəyik, inşaAllah. “Və bu da qardaşımdır”. “Dedilər ki: “Allah adına, heyrətvericidir, Allah səni həqiqətən, bizdən üstün etmişdir”. Bunu, Mehdi (ə.s)-a da bunu söyləyəcəklər. “Allah adına, heyrətvericidir” deyəcəklər. “Allah səni, həqiqətən, bizdən üstün etmişdir və biz də həqiqətən, səhvə yol verənlər idik”. “Səhv etdik” deyəcəklər. “Mehdi (ə.s) çıxmayacaq” deyəcəklər, deyilmi? “İsa (ə.s) çıxmayacaq, İslam əxlaqı dünyaya hakim olmayacaq” deyənlər, nə deyəcəklər? “Biz də həqiqətən, səhvə yol verənlər idik” deyəcəklər. “Dedi ki: “Bu gün sizə qarşı sorğulama, qınama yoxdur””. “Cahilsiniz, etmisiniz” deyəcək, deyilmi? “Sizi Allah bağışlasın. O, mərhəmətlilərin (ən) mərhəmətlisidir” Allah deyir. Ayədə hz. Yusif (ə.s)-ın diliylə belə ifadə edir. 93-də; “Bu köynəyimlə gedin, atamın üzünə sürtün. Gözü (yenə) görər hala gələr. Bütün ailənizi də mənə gətirin”. Sevinc insanın gözünü gözəlləşdirər, sağlamlığa qovuşdurar. Bir çox xəstəliyin səbəbi kədərdir. Sevinc də bir çox xəstəliyi aradan qaldırar. Quran ona işarə edir. “Bu köynəyimlə gedin, atamın üzünə sürtün”. “Bu, Yusifin köynəyidir” deyirlər, üzünə sürtürlər. Atası çox sevinir. Gözündə narahatlıq var, bir anda keçir. Sevincindən qısa müddətdə keçir. Allah vəsilə edir. “Gözü (yenə) görər hala gələr. Bütün ailənizi də mənə gətirin. Karvan (Misirdən) ayrılmağa başladığı zaman, ataları dedi ki: “Əgər məni ağlını itirmiş saymırsınızsa,”. ” Peyğəmbərlərdə ağlını itirmə olmaz, Quran buna işarə edir, “”Əgər məni ağlını itirmiş saymırsınızsa, inanın Yusifin qoxusunu (burnumda) duyuram.”” İndi Axırzamanda ediləcək bir hadisədir, texnologiyanın irəliləyəcəyi nöqtəni Quran bu şəkildə açıqlayır. Nə olacaq, anladığımız? Nə olmuş olur? Qoxu nəqli olacaq. Yəni televiziya kimi məsələn; açacağıq düyməni, basacağıq, orada məsələn, gül qoxusu gələcək. Basacağıq, qərənfil qoxusu gələcək. Necə olur? Olduğunda görərsiniz. Çünki beyinə gedən elektrik dalğalarının, qoxu dalğalarının eynisini əldə edəcəklər. Beyinə gedən qoxu dalğalarının eynisini əldə edəcəklər. Onu bizim bədənimiz qəbul etdiyində o qoxunu eynisi ilə duyacağıq, inşaAllah. “Allah adına, heyrətvericidir” dedilər. “Sən hələ keçmişdəki səhvindəsən” deyirlər. Atalarını qınamağa başlayırlar. 107-ci  ayədə; “İndi bunlar, özlərinə Allahın əzabının gəlməsindən,” çox böyük bir bəla; məsələn bir yanardağ partlaması olar, məsələn bir nüvə hücumu ola bilər yaxud bir nüvə partlama ola bilər. Allah “Allahın əzabının,”; hər yeri örtməsi, “gəlməsindən və ya onların heç xəbərləri yoxkən qiyamətin onlara qəfil özlərini əminlikdəmi tapdılar?” deyir. “De ki: “Bu, mənim yolumdur. Bir bəsirət üzrə Allaha dəvət edərəm”. Bu, Mehdi (ə.s)-ın də bir metodudur, deyilmi? “Mən və mənə uyanlar da. Və Allahı tənzih edərəm, mən müşriklərdən deyiləm”. Yəni “Allaha şirk qoşmaram” deyir. Bax; “bir bəsirət üzrə Allaha dəvət edərəm; mən və mənə uyanlar da”. Eyni şəkildə onlar da bir bəsirət üzrə Allaha dəvət edirlər, inşaAllah. “Belə ki elçilər, ümidlərini kəsib, artıq onların həqiqətən, yalanladıqlarını sandıqları,” artıq yalançı hesab olunurlar. Deyirlər; “Mehdi (ə.s) gəlməyəcək, İsa (ə.s) gəlməyəcək”. Ümidini kəsirlər. Deyir ki: “Artık onların, həqiqətən, yalanladıqlarını sandıqları bir anda onlara köməyimiz gəlmişdir.” “Biz kimi diləsək o xilas olmuşdur. Günahkarlar birliyindən  əzabımız qəti olaraq geri çevrilməyəcək”. Yəni pislik edənləri Allah, “mütləq bir bəla ilə cəzalandıracağam” deyir. Allah “ya bir xəstəliklə, ya böhranla, ya əziyyət çəkəcəyi bir şeylə mütləq bir bəla verərəm” deyir. Yəni “rahat gəzə bilməzlər” deyir Allah, inşaAllah…

 

(Adnan Oktarın 14 iyul 2010-cu ildəki reportajından şərhlər)