Adnan Oktar: Şeytandan Allaha sığınıram. Nuh surəsində, baxın Nuh deyir ki; “lakin dəvət etməyim”, şeytandan Allaha sığınıram, “bir qaçışdan başqasını artırmadı”. Məsələn, biz də bəzən təbliğ edirik, lakin adamlar bizdən qaçır, bax Nuh da deyir ki, “bir qaçışdan başqasını artırmadı”. Allah deyir “Dinsizlər müsəlmanlardan aslandan ürkmüş çöl eşşəyi kimi qaçarlar” deyir. Aslanı görən kimi çöl eşşəkləri necə dəli kimi qaçırlarsa, imanlı müsəlmanı da görəndə dinsiz ateistlər də elə qaçır, yəni ümumi mənada deyir, yoxsa dinləyənlər də olar, amma ümumi məna əsasdır. Allah böyük bir hissəsinin qaçdığını söyləyir. Qaçarlar deyir, həqiqətən, biz  qarşılaşırıq, adam bir an əvvəl qaçmaq istəyir. “Doğrusu, mən onları bağışlamağın üçün hər dəvətimdə barmaqlarını qulaqlarına tıxadılar”. Yəni dinləmək istəmədilər deyir. “Örtülərini başlarına çəkdilər və küfrlərində israr edib durdular, təkəbbür göstərdilər”. Eqoistlik və qürur edirlər, böyük dağları mən yaratdım deyərmiş kimi, Əstəğfirullah. “Sonra onları açıqdan-açığa dəvət etdim”. Məsələn, biz də televiziyadan, radiodan açıqdan-açığa dəvət edirik. “Daha sonra onlara açıqca elan etdim”. Quranı, İslamı, iddiasını, əlbəttə ki, o zamanki haqq kitab nədirsə onu, yəni Quranı. Dinləyicilərin anlamaları üçün söyləyirəm. “Və özlərinə gizli yollarla da yanaşmaq istədim”. Yəni söhbət etmək istəmiş, təklikdə danışdım, deyir. Birə-bir gizlicə də izah etdim, deyir. Amma heç bir şəkildə dinləmirlər.

(Adnan Oktarın 18 dekabr 2009-cu ildəki reportajından şərhlər)