İman edənlərlə qarşılaşdıqları zaman: “İman etdik” deyərlər. Şeytanlarıyla baş-başa qaldıqlarında isə, deyərlər ki: “şübhəsiz, sizinlə bərabərik. Biz (onlara) yalnız lağ edirik”. (Bəqərə surəsi, 14)

Münafiqlər hər yerdə müsəlman olduqlarını söyləyərlər. Heç soruşmadan söyləyərlər. Bir günahkarlıq hissiylə həmişə müsəlman olduqlarını hiss etdirməyə çalışarlar.

Şeytanlarıyla baş-başa qaldıqlarında: “Biz onların yanında Qurandan, dindən bəhs edirik, amma bizim məqsədimiz bu deyil” deyir. Kimə söyləyir? Ürəyindəki şeytana söyləyir. Münafiqlər həmişə dəlidir. Bütün şeytan dəstəsiylə bərabərik. Biz onları tənqid edərik, böhtan atarıq, amma məqsədimiz onların yaxşı olması, düz olması və ya həqiqətən, bir əksiklik gördüyümüzdən deyil, yalnız məşğul olmaqdır, deyərlər. Məqsədimiz onların yaxşı, düz olması deyil, bizim məqsədimiz yalnız məşğul olmaqdır, deyir.