Onlar belə demişdi: “Yusif və qardaşı atamıza bizdən daha sevimlidir; halbuki biz, bir-birimizə bağlı, daha güclü bir dəstəyik. Həqiqətən, atamız, açıqca bir qarışıqlıq içindədir”. (Yusif surəsi, 8)

Əslində hz. Yusifin qardaşları mömin kəslərdir. Lakin Allah burada münafiqlərə işarə etmək üçün Quranda bu vəziyyəti açıqlayır. Münafiqlərə burada bir mesaj vardır. Məsələn, işarəvi mənada, hz. Mehdi (ə.s) və hz. İsa (ə.s)-a işarə edən tərəfini düşünsək, insanlar hz. Mehdi (ə.s)-ı də, hz. İsa (ə.s)-ı də qısqanırlar. İkisinin də səltənətindən və gücündən narahatdırlar. Onun üçün gəldi-keçdi deyirlər, 1000 il sonra gələcək, 570 il sonra gələcək deyirlər. Yəni bir müsəlman dərhal görmək istəyər. İnsan sevdiyi dostları olduğunda “səni 1000 il sonra görərəm” deyərmi? Dərhal görmək üçün Allaha yalvarar, dua edər, istək duyar. Osman Ünlü, Cübbəli və başqaları cahilliyindən söyləyirlər. Amma digərləri çox səmimiyyətsizdirlər. Halbuki biz bir-birimizə bağlı bir dəstəyik: müşrik və münafiqlər bir-birləri ilə çox əlaqəlidirlər. Böyük bir kütlə yaradırlar, ona görə o gücə güvənərək təcavüzkarlıqlarını meydana gətirirlər. Hz. Mehdi (ə.s)-a qarşı da münafiqlər bir dəstə yaradacaqlar. Hz. Mehdi (ə.s)-ın fəaliyyətlərini, İslam Birliyini dayandırmaq üçün sıx fəaliyyət içində olacaqlar. Həqiqətən, atamız açıqca bir qarışıqlıq içindədir: hz. Mehdi (ə.s)-ı də qarışıqlıqla günahlandıracaqlar.  Hz. Mehdi (ə.s)-a uyanları da qarışıqlıqla günahlandıracaqlar.

 

“Yusifi öldürün və ya onu bir yerə atın ki, atanız mehrini yalnız sizə salsın. Ondan sonra da saleh bir birlik olarsınız”. (Yusif surəsi, 9)

Doğrudan, cinayət planlayırlar. Amma ikinci yolu nədir? Məsələn, birini bir həbsxanaya qoyarsan, həbsxanada cinayət işləyən insanların yanına qoyduğunda, hər hansı bir gərginlikdə, döyüşdə o adamı öldürə bilər, onsuz da adam öldürməyə vərdiş edib. Və ya bir insanı hər hansı bir ölkədə adam öldürmüş ruhi xəstələrinin içinə qoyarsan, onsuz da adam öldürməyə öyrəşmişdir, hər hansı bir şeydən hirslənər, qısqanar, öldürə bilər. Bu bilvasitə öldürmə üsullarıdır. Mən etmədim, o etdi. Nə bilək. Məsələn, E-5 quru yoluna kiçik bir uşağı buraxsan, iməkləyərək gedir. Uşağın xəbəri olmaz, qarşıdan-qarşıya keçər. Avtomobil də görməz, tapdalayar keçər. Soruşsan nə deyəcək, uşağı təmiz hava alsın deyə buraxdım deyəcək. Halbuki, məqsədi uşağı öldürməkdir. Amma mən elə etmədim deyəcək. Bu, vicdanından və günahkarlığından sıyrılmaq üçün də bir üsuldur. Bunun eynisinin hz. Mehdi (ə.s)-a də ediləcəyini anlayırıq.  Ondan sonra da saleh bir dəstə olarsınız: münafiqlər həm də müsəlmanlıq iddia edəcəklər. Yaxşı bir müsəlman, mükəmməl bir müsəlman olma iddiasında olacaqlar. Həm cinayətə meyllidir, həm əxlaqsız, həm də mükəmməl müsəlman olma iddiası içində olur.

Axşamüstü ağlaya-ağlaya atalarının yanına  gəldilər. (Yusif surəsi, 16)

Münafiqlərin ən diqqətə çarpan xüsusiyyətlərindən biri də çoxlu saxta gözyaşı tökmələridir. Gözyaşı onun üçün bir oyuncaqdır. Qorxdum deyərək ağlayar, utandım deyər, namuslu görünmək üçün, yalan danışmaq üçün, pul almaq üçün ağlayar, müttəqi görünmək üçün ağlayar. Ağlamağı münafiqlər və müşriklər oyun olaraq istifadə edərlər. Amma, əlbəttə ki, səmimi olanları tənzih edirəm.

 

Dedilər ki: “Ata, gerçək budur ki, biz getdik, yarışırdıq. Yusifi də yeməklərimizin (və ya əşyamızın) yanına qoymuşduq. Lakin onu qurd yedi. Amma biz doğrunu söyləsək belə, sən bizə inanmayacaqsan”. (Yusif surəsi 17)

Deməli, müşriklər və münafiqlər o qədər sakit görünmürlər. Burada hz. Mehdi (ə.s)-a qarşı masonların və ya ateist sionistlərin bir şey edəcəyini düşünürük, amma əsl münafiqlərin geniş diametrli bir şey edəcəklərini, hz. Mehdi (ə.s)-ı öldürmə, dayandırma məqsədləri olduqlarını görürük.

Və üzərinə yalandan qan (sürtülmüş) olan köynəyini gətirdilər. “Xeyr” dedi. Nəfsiniz, sizi aldadıb (belə) bir işə sövq etmişdir. Bundan sonra (mənə düşən) gözəl bir səbirdir. Sizin bu düzüb-uydurduqlarınıza qarşı (Özündən) kömək istəniləcək olan Allahdır”. (Yusif surəsi, 18)

Deməli, hz. Mehdi (ə.s)-ın dövründə saxta dəlillər çıxarılacaq. Saxta hüquqi dəlillər də yaradılacaq. “Xeyr” dedi. Nəfsiniz sizi aldadıb (belə) bir işə sövq etmişdir: müsəlmanların da bunları nəzakətli şəkildə tənqid edəcəyini anlayırıq. Sakit üslubla bir tənqid var. Bundan sonra (mənə düşən) gözəl bir səbirdir: hz. Mehdi (ə.s) da, tələbələri də səbirli olacaq. Bədiüzzaman hz. Mehdi (ə.s)-ın xüsusiyyətləri olaraq mətanət, cəsarət, səbir deyir. Sizin bu düzüb-uydurduqlarınıza qarşı kömək istəniləcək olan Allahdır: deməli, hz. Mehdi (ə.s)-a qarşı yalanlar uydurulacaq. Saxta deyilir. Böhtan üçün buna ehtiyac vardır.