Şübhəsiz, Allah və mələkləri Peyğəmbərə salat edərlər. Ey iman edənlər, siz də ona salat edin və tam bir təslimiyyətlə ona salam verin. (Əhzab surəsi, 56)

Yəni onu qoruyarlar, dəstək olarlar, nəzakət göstərərlər, sevgi göstərərlər. İman edənlər də ona tam bir təslimiyyətlə, candan bir söhbətlə, ürəyində bir sancı olmadan, içində bir şübhə olmadan, tam güvənərək salat edin. Çünki çox ağıllı və çox qiymətli bir insandır. Yəni bir insan az ağlıyla Peyğəmbər (s.ə.v)-ə ağıl verməyə cəhd etsə, bu çox anormal bir hərəkət olar. Çünki o vəhylə hərəkət edir. Sən özbaşına hərəkət edirsən. Allah “Peyğəmbərə uyun” deyir. Sən necə şübhə duyarsan? Necə onun sözlərinə qarşı “görəsən” deyərsən? Bu ayənin əbcədi 1986-cı ili verir. Hz. Mehdi (ə.s)-ın dövrüdür. 1986-da bir şey var ki, Quran ona köməkçi və dəstək olmağa işarə edir. Deməli, Mehdiyyətin çətin illəridir.