Adnan Oktarın 22 Mart 2010-cu ildəki www.harunyahya.tv-dəki röportajından

ADNAN OKTAR: Baxın “Allahın, göylərdə və yerdəki sizin əmrinizə verdiyini, nemətlərini açıq və gizli olaraq sizə bolca lütf etdiyini görmədinizmi?”. Göylərdə və yerdə. Göylərdə hz. İsa (ə.s) bir nemətdir. Yerdə də hz. Mehdi (ə.s) bir nemətdir, inşaAllah. Və ikisi də möminlərin əmrindədir. Müsəlmanlara xidmət edəcəklər, inşaAllah və nemət gətirəcəklər. İnsanlara bərəkət, bolluq gətirəcək. “Onlara; “Allahın endirdiyinə uyun” deyildiyində, “xeyr, biz atalarımızdan gördüyümüz yola uyarıq” deyərlər”. İndi məsələn, biz bunu deyirik. “Allahın endirdiyinə uyun” deyirik. Amma adamlar deyirlər, “biz atalarımızı tapdığımız yola uyuruq” deyirlər. Allah “Ya şeytan, onları alovlu atəşin əzabına çağırırsa?” deyir. Bu səbəbdən burada Darvinistlərə bir işarə var.