Adnan Oktarın 5 yanvar 2010-cu il Mavi Qaradəniz və Kocaeli TV-dəki reportajından

ADNAN OKTAR: “De ki: Sizə bir tək öyüd verirəm. “Şeytandan Allaha sığınıram, “Allah üçün iki-iki və tək-tək qiyam etməyiniz” bayaq oxuduğum ayədir. “…Sonra düşünməyiniz. Sizin sahibiniz…”, yəni sahibi-zaman “Peyğəmbərdə heç bir dəlilik yoxdur”. O dövrün sahibi-zamanı Peyğəmbərdir, Axırzamanın sahibi zamanı Mehdi (ə.s)-dır. “…Heç bir dəlilik yoxdur. O, yalnız sizi, şiddətli bir əzabdan əvvəl xəbərdar edəndir”. Yəni Qiyamətdən əvvəl sizi xəbərdar edir. Ölümdən əvvəl, Cəhənnəmdən əvvəl xəbərdar edir. 46-cı ayə, o da mənalıdır, məsələn bax. 34 İstanbulu xatırladan bir şeydir, simvoldur, deyilmi, kod olaraq 34. 46 da ağıl xəstələri ilə bağlı verilən qanun maddəsidir, deyilmi, 46 məşhurdur. 46 və 46-cı ayə. Təbii. Birinin İstanbula baxması, birinin 46-cı ayə olması, 46-cı maddəyə baxması Axırzamanda ortaya çıxan bir şeydir 46, deyilmi? Baxın, nə deyir, “…sahibinizdə…” sahibi-zamanda “…heç bir dəlilik yoxdur. O yalnız sizi, şiddətli bir əzabdan əvvəl xəbərdar edəndir. De ki: Mən sizdən bir ödəniş istəmişəm, artıq o sizin olsun”. Mən bunu pul üçün etmirəm  deyir, Allah rizası üçün təbliğ edirəm deyir, deyilmi? Allah yolunda təbliğ edənlər pul almazlar. Nə kitabından, nə əsərindən, nə işindən pul alınmaz. Allaha xidmətdən pul alınmaz, onunla dolanışıq təmin edilməz, deyilmi? Cübbəlidən soruşurlar, dolanışığım kitablarımdandır deyir. Olmaz, alimlərin həmişə öz yan işləri vardır, oradan gəlir götürərlər. Osmanlı alimləri də həmişə elə idi. Osmanlı dövründə də, İslam dövründə də yəni Səhabə dövründə heç kim o tərz, yəni dini xidmətlərdən pul götürməmişdir. “…Artıq o sizin olsun…” əgər elə bir şey götürmüşəmsə, o sizin olsun, mən geri verim deyir. “Mənim əcrim (ödənişim), yalnız Allaha aiddir.” Yəni mən Allah rizası üçün  edirəm deyir. “O hər şeyə şahid olandır.” Nələrə? Məsələn, indiki danışığa da, indi Allah bizi dinləyir. Əlbəttə ki. “De ki: “Şübhəsiz, Rəbbim haqqı batilin yerinə, dilədiyi kimsənin ürəyinə qoyar. O qeybləri biləndir. “Allah haqqı ürəklərə yerləşdirir, batil varkən onu yerləşdirir, ürək təmizlənmiş olur. “De ki: “Haqq gəldi; batil isə nə bir şey ortaya çıxara bilər, nə geri gətirə bilər”. Bax, “De ki: “Haqq gəldi;…” bu, eyni zamanda Mehdi (ə.s)-a da işarədir. “Haqq gəldi;…” Mehdi (ə.s) gəldi mənasındadır, çünki Mehdi (ə.s)-ın gəlişi haqdır, inşaAllah. “…Batil isə…”, yəni Darvinizm, materializm, ateizm isə, “…nə bir şey ortaya çıxara bilər…”, yəni heç bir dəlil ortaya qoya bilməz, heç bir şey izah edə bilməz, “….nə geri gətirə bilər”. Yəni yenidən bir şeyi geri gətirə bilməz, edəcəyi heç bir şey yoxdur. “De ki: “Əgər mən azsam, artıq öz nəfsim əleyhinə azmış olaram; əgər hidayəti tapacaq olsam…”, yəni Mehdi (ə.s) onsuz da hidayət mənşəli gələn bir sözdür deyilmi, “…tapsam, bu da Rəbbimin mənə vəhy etməkdə olduğu Quran sayəsindədir. Şübhəsiz, O, eşidəndir, yaxın olandır”. Bizi islah edən, bizləri düzəldən Qurandır, Qurana tabe olmağımızdır, inşaAllah.