Adnan Oktarın 12 noyabr 2009-cu il Çay TV və Maraş Aksu TV-dəki reportajından

ADNAN OKTAR: Məsələn, Ələq surəsi. Keçən gün, dünən də danışmışdıq. Şeytandan Allaha sığınıram. Rəhman Rəhim olan Allahın adıyla. “Yaradan Rəbbinin adıyla oxu. O insanı bir ələqdən yaratdı”. İnsanın ilk halı yəni ana bətnindəki halı. “Oxu Rəbbin ən böyük kərəm sahibidir. Ki o qələmlə yazmağı öyrədəndir”. Axırzamanda oxuma-yazma çox əhəmiyyətli bir mövzudur, bilirsiniz. İnsana bilmədiyini öyrətdi.  Allah bizə elmlə hər şeyi öyrədir. Quranla və elmlə. Elmin verdiyi nemətlərlə. Məsələn, xromosomların quruluşunu öyrəndik, məsələn fosillərin. 250 milyondan çox fosil olduğunu öyrəndik, fosillərin heç bir dəyişikliyə məruz qalmadığını, canlıların olduğu kimi qaldığını öyrəndik. Təkamülün bir boş söz olduğunu Allah bizə elmi dəlillərlə isbat etdi. Baxın deyir ki, “insana bilmədiyini öyrətdi”. “Xeyr, həqiqətən insan azır. Yəni durduğu yerdə azar. “Özünü yetərli gördüyündən”, yəni özünü üstün, qüsursuz, mükəmməl gördüyündən. Bunu kimdə görürük, Lenində görürük. Stalində görürük. Marxda görürük. Böyük bir eqoistlik və özündən razılıq var. “Şübhəsiz, dönüş yalnız Rəbbinədir”. İndi hamısı öldülər, deyilmi? “Maneə olanı gördünmü? Namaz qıldığı zaman bir qulu?” Məhz bu, Axırzamandır. “Maneə olanı gördünmü?”. Biz kimlərdə mane olan gördük? Kommunistlərdə gördük, faşistlərdə gördük, masonlarda gördük. “Namaz qıldığı zaman bir qulu”. Namazı, orucu, yəni İslamın fərz etdiyi hər cür hökmü axırzamanda küfr maneə törətdi, bilirsiniz. Bunu Rumıniyada da gördük, Rusiyada da gördük, Qırmızı Çində də gördük, dünyanın bir çox yerində gördük. “Maneə olanı gördünmü?” Deməli, axırzamanda bunu görəcəyik. “Namaz qıldığı zaman bir qulu. Gördünmü, bəs o qul doğru yol üzərindədirsə”. Yəni sırat-il müstakim üzərindədirsə. “Ya da təqvanı əmr etdisə”. Bax həm doğru yol üzərindədir, həm təqvanı əmr edir, bu, bir təbliğçidir. İnşaAllah. “Və doğru yol üzərindədir. Gördünmü, bu maneə törətmək istəyən yalanlayır və üz çevirirsə”. Məsələn, Allah yaratdı deyirsən, yox doğrusu Darvinizmin dediyidir, deyir. Yalançı hesab edir. Yox, Quran doğru deyil deyir. Əstəğfirullah və üz çevirir. Yəni həmsöhbət ola bilmirsən, məsələn danışmaq istəyirsən qaçır. Allah üz çevirir deyir. “O Allahın gördüyünü bilmirmi?” Halbuki o anda onun beynində o görünüşü yaradan Allahdır. Amma o fərqində deyil. “Allah bilmirmi” deyir. Onun beynindəki görünüşü ona göstərən Allahdır. Allah görür və Allahın görə bildiyini o görür. “Xeyr, əgər o bu davranışına son verməsə, and olsun onu alnından tutub sürüyəcəyik”. Yəni Allah lazım olan qarşılığı  verəcəyəm deyir. “O yalançı günahkar alnından”. Bunda da, əlbəttə ki, bir möcüzə var. Alın bölgəsiylə əlaqədar, deyilmi? Necədir o, həkimim, bir az izah et.

OKTAR BABUNA: Düşünmənin beynin ön bölgələrinə aid olduğu deyilir. Xüsusilə də, qərar vermə mərkəzləri. Bəli nəzarət edilən alnın olduğu bölgələr.

ADNAN OKTAR: Deyilmi? “Bax, o yalançı  günahkar alnından. O zaman da məclisini çağırsın”. Yəni bunlar, əlbəttə ki, məclislərinə, qruplarına güvənirlər, məsələn, kommunistlər olsun, masonlar olsun, faşistlər olsun. Bunlar toplu hərəkət edərlər. Yəni çox da fərdi  hərəkət etməzlər. Birliklərinə güvənərlər. Biz də zəbaniləri çağıracağıq deyir. Qiyamət vaxtı, cəhənnəmdə. Ki sayları bilirsiniz 19-dur. “Xeyr, ona boyun əymə, səcdə et və yaxınlaş”. 19 ayədir. Baxın, cəhənnəm zəbaniləri 19-dur. Bu 19 ayədən meydana gəlir. “Ona boyun əymə, səcdə et və yaxınlaş.” Səcdə edən, yaxınlaşan, Rəbbinə yaxınlaşan, təqvanı əmr edən, doğru yol üzərində olan bir şəxsdən bəhs edir. Bu, Mehdiyyətdir. Mehdiyyətə işarə edir. İşarəvi mənası. Ayənin bir mənası da budur. “Xeyr, həqiqətən, insan azar. “İnsanın azmasından bəhs edir. Özünü yetərli görür, küfrün bir xüsusiyyətidir bu, qüsursuz, əskiksiz və mükəmməl görür. Maneə törədici, yəni faşist düşüncədədir, hər cür xeyirə, haqqa, doğruya maneə törədir. Bu, fironun da bir xüsusiyyəti idi. “Namaz qıldığı zaman. “Deməli, xüsusilə, müsəlmanların ibadətlərinə müdaxilə edən bir düşüncədir. Kommunist mason düşüncəsidir. “Xeyr, həqiqətən, insan azar”. Bu kommunizmin, faşizmin inkişaf etdiyi illərin tarixini verir. Əbcədi. Yəni verdiyi tarix dəqiqdir. Daha çox şeylər var. Lakin mən onu başqa bir zaman əbcədləriylə daha təfərrüatlı izah edəcəyəm. İnşaAllah.