Adnan Oktarın 7 yanvar 2010-cu il tarixli Çay TV və Kahramanmaraş Ağsu TV müsahibəsindən

 

Adnan Oktar: Yusuf bildiyin kimi gözəllərin ən gözəli idi, möhtəşəm gözəl, çox yaraşıqlı aslan olan bir cavan idi, qadınların onun gözəlliyindən nəfəsləri kəsilirdi. Qadınlar onun gözəlliyindən əllərini kəsdilər, elə deyilmi? Meyvə əvəzinə əllərini kəsdilər və qadın da hz. Yusufa yaxınlaşmaq istədi, hətta təcavüz etməyə qalxdı. O aslanlar aslanı, o nur insan qadından qaçındı.

Ey Rəbbim mən həbsə razıyam bunları mənə etməsinlər dedi. Mən zina istəmirəm, qeyri qanuni bir əlaqə istəmirəm dedi. Baxın birincisi zinanı qəbul etmədiyi üçün 7 il həbs çəkdi. Mənim aslanım. 7 il. Allah ona peyğəmbərlik mərtəbəsi verdi. Mənəvi dərinlik verdi. Baxın iffət abidəsi. Görürsənmi aslanım mənim maşaAllah. Abidə deyərkən yəni təmsilən, onu təmsil edən bir varlıq inşaAllah. Görürsənmi o qardaşlarının saxtakarlığını, saxtakarlıq deməyim, Allah bağışlasın çünki hz. Yusuf o zaman bağışlamış biz də bağışlayırıq. Allah bağışlasın.

Atanızın yanına qayıdın və deyin: “Ey atamız! Oğlun oğurluq etdi. Biz ancaq bildiyimiz şeyə şahidlik etdik. Biz qeybi bilənlər deyilik” Bax görürsənmi? İndi dövrümüzdə də bu var. Yəni o dövrdə də olub. Və müsəlman olduğunu iddia edərək böhtan atırlar. “Olduğumuz kənddən və birlikdə gəldiyimiz karvandan soruş. Biz, həqiqətən də, doğru danışırıq”. Halbuki doğru danışmırlar. Yaqub onlardan üz döndərdi” -deyir. “Ey Yusufa qarşı (artan dözülməz) qəhrim”. Atası hz. Yusufu çox sevirdi. “(Yaqubun) gözləri üzüntüdən (ağardıqca) ağardı və udqunduqca udqunurdu”. Bu doğru deyil.

Allah Quranda bunu tənqid edən bir üslubla açıqlayır. Baxın, kədər görmə qabiliyyətini itirməyə səbəb olur. İnsan Allah əsirgəsin tamamilə çökər, baxın beynə təsir etdiyi üçün görmə qabiliyyətinə kimi təsir edir, elə deyilmi? “Gözləri üzüntüdən (ağardıqca) ağardı və udqunduqca udqunurdu”. Sinirdən və kədərdən udqunduqca udqunurdu. “(Oğlanları Yaquba) dedilər: “Allaha and olsun ki, sən Yusif deyə-deyə xəstələnib əldən düşəcək, ya da həlaka uğrayanlardan olarsan”. Baxın görürsünüzmü. “(Oğlanları Yaquba) dedilər: “Allaha and olsun ki, sən Yusif deyə-deyə xəstələnib əldən düşəcək, ya da həlaka uğrayanlardan olacaqsan”. Quran buna işarə edir.

“Xəstələnib əldən düşəcək” Demək ki, psixoloji kədər, qorxu bunlar haramdır müsəlman bunu etməyəcək. Bunun nəticəsində xəstəlik olar. Xəstəlik olar, həlaka uğrayar hətta ölərsən deyir. “Həlaka uğrayanlardan olarsan”. “(Yaqub) belə cavab verdi: “Mən dərd-sərimi yalnız Allaha ərz edirəm”” Məsələn, necə ki, vay romatizmlərim tutdu deyərək gedib ona buna qışqıraraq çox pərişan haldayam deyə izah edənlər var. Elə olmaz. Xəstəlik həkimə deyilər. Oturub orada burada məhəllə söhbətlərində xəstəlik izah edilməz. Müalicə məqsədli deyilər. Yəni həll tapmaq üçün deyilər bunun xaricində deyilməz. “Oğullarım! Gedin Yusifdən və qardaşından bir xəbər bilin”. Yusuf və qardaşı eyni zamanda Mehdiyə və hz. İsaya işarə edir. Yəni bir istiqamətiylə təmsili olaraq ona işarə edir. “Allahın rəhmətindən ümid kəsməyin. Çünki kafirlər birliyindən başqası Allahın rəhmətindən ümid kəsməz”. İslam bu əsrdə dünyaya hakim olmaz dedinsə nə olar?

Oktar Babuna: Allahın rəhmətindən ümid kəsmə olar.

Adnan Oktar: Ümid kəsmiş olarsan. Baxın İslam dünyaya bu əsrdə hakim olmaz dedinsə qarşılığı: “Allahın rəhmətindən ümid kəsməyin çünki kafirlər birliyindən başqası Allahın rəhmətindən ümid kəsməz”. Allah, Mənim rəhmətindən ümid kəsilməz deyir. 90-cı ayədə soruşurlar “Sən həqiqətən Yusufsan?” Mehdi də bu şəkildə tanınacaq inşaAllah. “Sənsən eləmi” -dedilər. O da: “Mən Yusufam” Bu Yusuf sözündə də, əlbəttə, bir işarə var. Onu da sonra bir ara söyləyərəm. Yəni Yusuf adında da bir işarə var. “Bu da qardaşımdır”. Bax dedilər ki, “Onlar: “Allaha and olsun ki, Allah səni bizdən üstün etmişdir”.

Allah, Mehdini də heç gözlənilmədikləri bir insanı Mehdi olaraq seçəcək. İnsanlar heyrətlənəcəklər. Baxın “Onlar: “Allaha and olsun ki, Allah səni bizdən üstün etmişdir”. Heyrətlənirlər. Görəsən niyə səni seçdi? Mehdi (ə.s.)-a da heyrətlənəcəklər, Görəsən Allah niyə bu insanı seçdi deyəcəklər. Allahın sirrini bilmədikləri üçün, ona heyrətlənəcəklər. Gözəl əxlaqa bax. “Yusuf dedi: “Bu gün siz qınanılmayacaqsınız””. Qardaşlarını dərhal bağışlayır. Öldürməyə qalxmışlar, hz. Yusuf isə nə deyir? “Bu gün siz qınanılmayacaqsınız”. Dərhal bağışlayır, İslamdakı bağışlayıcılığın genişliyinin sərhədlərini görürsənmi? Quyuya atmışlar, artıq öləcək orada, Allah verməsin, “Sizi Allah bağışlasın…” deyir.

Gözəl dua edir. “O, rəhm edənlərin ən rəhmlisidir”. Allah, sonsuz mərhəmət sahibidir. “Bu köynəyimi aparıb atamın üzünə atın, gözləri açılsın”. İndi, burada da Mehdi (ə.s.)-a bir işarə vardır. Məsələn, nə vardır? Mehdi (ə.s.) Peyğəmbər (s.ə.v)-in köynəyini geyəcək. Elə deyilmi? Ona bir işarədir. “Bu köynəyimi aparıb atamın üzünə atın, gözləri açılsın. Sonra da bütün ailənizlə birlikdə yanıma gəlin”. Mehdi (ə.s.)-ın üzərində o köynəyi görən kimi bütün insanların gözü açılar. Ən kor gözlər açılacaq, mənəvi cəhətdən kor gözlər, Quran buna da işarə edir. “Karvan Misir torpağından ayrılanda ataları dedi: “Əgər məni səfeh hesab etməsəydiniz, deyərdim ki, Yusifin ətrini alıram!”” Demək ki hz. Yusuf (ə.s.)-ın o gözəl qoxusu, bir çox yerdə insanlar tərəfindən hiss ediləcək. Neyə işarə edir? Mehdi (ə.s.)-ın da gözəl bir qoxusu olacağına işarə edir, inşaAllah.