ADNAN OKTARIN KAÇKAR TV-DƏKİ CANLI REPORTAJI (1 OKTYABR 2010)

 

ADNAN OKTAR: “(Gəldiklərində də) Sizə qarşı “xəsis və eqoistdirlər.” “Eqoistdirlər” Allah deyir. Xəsis, yəni pul versə belə ondan acı duyar, iztirab çəkər, o heç cür onu unuda bilməz. Bir acıymış kimi hiss edər və verərkən də istəyərək verməz. “Və eqoistdirlər. Əgər qorxu gələcək olsa, ölümə görə üzərinə huşsuzluq çökmüş kəslər kimi gözləri dönərək sənə baxmaqda olduqlarını görərsən.” Allah münafiqlərin baxışlarında bir anormallıq olduğunu söyləyir. Bu, bir çox ayədə, burada da ifadə edilir. Bax, “gözləri dönərək sənə baxmaqda oluqlarını görərsən.” Münafiqlər öküz kimi baxar, Allahın hikməti belədir. “Qorxu gedincə, xeyirə qarşı olduqca düşkünlük göstərərək sizi kəskin dilləriylə (tənqid edib incidərək) qarşılayarlar.” Münafiqin həmişə tənqid etmə, özünə görə incitməyək, yəni narahat etmə istiqamətində fəaliyyəti vardır.

Bu ayədə deyir ki: “Qorxu gedincə, xeyirə qarşı olduqca düşkünlük göstərərək”, yəni mənfəətə düşkünlük göstərərək, “sizi kəskin dilləriylə”, deməli, münafiqlərin belə kəskin, pis dilləri var. Yəni Quranı, imani mövzuları tənzih edirəm, pis dillərinə Allah diqqət çəkir, murdardır danışıqları. Və məqsədini də Allah deyir, bax; “tənqid edib, incidərək”, “incitmə məqsədli və tənqid etmə məqsədli edərlər” deyir. “Məhz onlar iman etməmişlər“,  “iman etmədikləri üçün belə olurlar” Allah deyir. “Beləcə, Allah onların etdiklərini boşa çıxarmışdır. Bu Allaha görə çox asandır.” Bütün etdikləri boşa gedir. Münafiq bunu bilmir. Münafiqin tələsi pozulmuşdur, o həqiqətən bir şey edə biləcəyini zənn edir. Edə bilməyincə öz bacarıqsızlığından olduğunu düşünər. Yeni bir hücum daha edər, yenə boşa çıxar, yenə bir hücum edər, yenə boşa çıxar. Hər etdiyi hücum, müsəlmanların lehinə, öz əleyhinə olar. Amma bunun öz bacarıqsızlığından olduğunu zənn edər. Şansa inanar, “şansları yenə yaxşı oldu” deyər.

“Yenə şansları yaxşı getdi” deyər. “Onlar (münafiqlər, düşmən) birliklərinin getmədiklərini sanırdılar. Əgər (hərbi) birliklər gələcək olsa, çöldə bədəvi-ərəblər arasında olub sizin xəbərlərinizi (oradan) soruşmağı çox arzu edirdilər.” Belə cahil, neytral insanlar, belə, yəni çox məlumatı olmayan, müsəlmanlara qarşı olan, amma şiddətli qarşı olmayan kəslər arasında da dolanırlar. Cahil, müşriklər, belə ağlı zəif olan insanlar ətrafında dolanırlar. Oralarda müsəlmanlar haqqında xəbər soruşurlar. Yəni nə edirlər, necə edək? Yəni o xəbərə görə hücum edəcəyi üçün münafiqin həmişə xəbərə ehtiyacı vardır. O xəbər ehtiyacını Quran ifadə edir.

“Və çölə çıxıb, xüsusi olaraq bunu araşdırar, xəbər alar.” Yəni müsəlmanların zəif nöqtəsi varmı? Məsələn, hansı tarixdə hücum etsə yaxşı ola bilər? Haradan hücum etsə yaxşı ola bilər? Hansı mövzularla böhtan atsa yaxşı ola bilər? Necə yalançı şahidlik edəcək, oyun oynayacaq, itlik mi edəcək, çaqqallıq mı edəcək, bunun üçün məlumata ehtiyacı vardır. Onun üçün həmişə yeni gələn məlumata görə hücumlarını təzələyir. Amma hər hücumunun boşa gedəcəyini Allah ayədə ifadə edir. Amma bu, onun şüurunda olmadığı üçün boş bir səyin içərisinə girir, vurnuxur, məşğul olur, lakin yenə də nəticə alacağına inanar. Son ana qədər nəticə alacağına inanar.

Ta ölüm gəlib, onu aparana qədər. Yəni təqdir edilən, Allahın təqdir etdiyi vaxt gələnə qədər. Bəli, möminlər isə, bax, deyirlər ki: “Möminlər (düşmən) birliklərini gördüklərində”, yəni münafiqləri, oyun oynayan saxtakarları, ailələrdən, cahil kəsləri və ya onların vəsvəsə verdiyi kəsləri, yaxud aldadılıb yönləndirilən kəsləri, “gördükləri zaman isə (qorxuya qapılmadan) dedilər ki: “Bu, Allah (c.c.)-in və Elçisi (s.ə.v)-in bizə vəd etdiyi şeydir.” Onsuz da Allah bizə belə bir hücum olacağını söyləmişdi, münafiqlərin və küfrün hücum edəcəyini bildirmişdi. “Allah və Elçisi doğru söyləmişdir.” “Çünki bundan savab qazanacağıq, gözəl bir şeydir” deyir, “bunda xeyir var.” “Və (bu,) yalnız onların imanlarını və təslimiyyətlərini artırdı.”

Bir-birlərinə bağlılıqlarını artırır, imanlarını artırır, həyəcanlarını artırır. Mən də onun üçün dedim, münafiqlər mənə hücum etmədiyində bir əskiklik hiss edirəm. Bax, bunun ehtiyac olduğunu Allah burada ayədə açıqlayır. “Və (bu,) yalnız onların imanlarını və təslimiyyətlərini artırdı.” Deməli, müsəlmanın buna ehtiyacı var. Yəni mənəvi qidadır. Yəni münafiqin mütləq hücum etməsi lazımdır. Yəni Quranda Allah bunu əhəmiyyətli bir ehtiyac olaraq və şəfa olaraq, müsəlmanlara şəfa olaraq ifadə edir. Müsəlmanlara hücum olanda müsəlmanın içi açılır. Adrenalin təsiri edir, qüvvə gəlir. Sağlamlığı yerinə gəlir, şövqü yerinə gəlir, sevinci yerinə gəlir.  Təlif gücü artar, izahat gücü artar, heybəti artar. Münafiqin hücumuyla bərəkət, bolluq və gözəllik meydana gələr.

Olmadığında mömin səbir edər. Səbir edərsən, yəni gözləyərsən. Çünki hücum olmadan mömin normal funksiyasını tam icra edə bilmir. Nə kifayət qədər savab ala bilər, nə kifayət qədər ibadətlərini edə bilər, yəni bir çox ibadətini edə bilməz. Necə namaz qılmaq üçün suya ehtiyac var, dəstəmaz almağa ehtiyac var, deyilmi? Səccadəyə ehtiyac var, bu ibadətlərin olması üçün də münafiqə ehtiyacı var. Münafiq olmadığında bu qiymətli ibadətlərin böyük bir hissəsini edə bilməz, yarımçıq qalar. Yəni ayağı olmayınca bir insan qiyamda dayana bilmir. Münafiq olmayınca da bu cihadı, bu həyəcanı, bu iddia eşqini tam yaşaya bilmir. Quran buna işarə edir. Bax; “Allah və Elçisi doğru söyləmişdir. Və (bu,) yalnız onların imanlarını və təslimiyyətlərini artırdı.” “Artırdı”, bax, mövcud bir iman var, təslimiyyət var, bu dayanır. Bunda artma olur, nə vaxt? Münafiq hücum etdiyində. Başqa cür normal seyrində gedir. Başqa cür fövqəladə inkişaf olub, mükəmməllik olur. Onun üçün münafiqə çox böyük ehtiyac vardır.