Hörmətli Adnan Oktarın 30 noyabr 2010 tarixli Kaçkar TV reportajından

 

ADNAN OKTAR: Şeytandan Allaha sığınıram; “Onlar: “Ey özünə Kitab endirilən (Məhəmməd). Həqiqətən sən cinlənmiş (bir dəli)sən,” dedilər” deyir, haşa. “Əgər doğrunu söyləyirsənsə, bizlərə mələkləri gətirməli deyildinmi?” Başının üzərində mələk olsun deyirlər, göstərsin sənin peyğəmbər olduğunu, söyləsin, deyirlər. Cübbəli nə deyir? “Madam Mehdi (ə.s) çıxacaq, başının üzərində bir mələk olsun, mələk də söyləsin onun Mehdi (ə.s) olduğunu” deyir. Bu, eynisi deyilmi? Məkkə müşrikləri də eyni şeyi istəyir, sən də eyni şeyi istəyirsən. Çox səhv yoldasan onun üçün nəsihət veririk, doğrunu göstəririk. Allah deyir ki, bax; “Haqq olmadan Biz mələkləri endirmərik. O zaman da onlara göz açdırılmaz.” Göz açdırılmaz nə deməkdir? Elə bir şey olduğunda pərişan edərəm, məhv edərəm deyir Allah, elə bir şey olduğunda. Çünki imtahan mühiti qalxır.