Hörmətli Adnan Oktarın Kaçkar TV-dəki canlı reportajı (1 dekabr 2010)

 

ADNAN OKTAR: “Sən bizə həqiqəti mi gətirdin, yoxsa (bizimlə) oyun oynayanlardansan mı?” İbrahim (ə.s)-a deyirlər “Xeyr” dedi. Sizin Rəbbiniz göylərin və yerin Rəbbidir, onları Özü yaratmışdır və mən də buna şahidlik edənlərdənəm.” (Ənbiya surəsi, 55-56) Mən bundan əminəm deyir. “And olsun Allaha, sizlər arxanızı dönüb” Allaha and içir, “arxanızı dönüb getdikdən sonra, mən sizin bütlərinizə şübhəsiz bir tələ quracağam.” (Ənbiya surəsi, 57)  Yəni göz görə-görə açıq-aşkar etmərəm bunu deyir. Yəni üslubuyla edəcəyəm, amma bütün bütlərinizə tələ quracağam deyir. Anti bütdür, büt dağıdıcıdır. “Beləcə o, yalnız böyüklərindən başqa onları parça-parça etdi; bəlkə ona müraciət edərlər deyə.” (Ənbiya surəsi, 58) Bütün bütləri qırır. Mehdi (ə.s) nə edəcək? Bütün bütləri qıracaq. Amma İbrahim (ə.s) bütlərdən birini saxlayır. Bəzən bütlərdən biri və ya ikisi saxlanılar. “Ona bəlkə müraciət edərlər deyə” deyir. O da İslama xidmət məqsədiylə olar. “Bizim ilahlarımıza bunu kim etdi? Şübhəsiz o, zalımlardan biridir” dedilər.” Araşdırırlar, kim etdi bunu deyirlər, bütün bütlərimiz getdi, yerlə bir oldu deyirlər. “Özünə İbrahim deyilən bir gəncin bunları diliylə doladığını eşitdik” dedilər.” (Ənbiya surəsi, 60) Hər yerdə izah edir o zamanlar. O zaman radio-televiziya yox idi. İbrahim (ə.s) da bazarlarda, hər yerdə izah edir. “Dedilər ki: Elə isə, onu insanların gözü önünə gətirin ki, ona (necə bir cəza verəcəyimizə) şahid olsunlar.” (Ənbiya surəsi, 61)  Nəzarətə alırlar, həbs edirlər. Deməli, peyğəmbərlər də həbs olunur, vəlilər də həbs olunur, həbs edilirlər, deyilmi, işgəncə görürlər.

“Dedilər ki: “Ey İbrahim, bunu ilahlarımıza sən mi etdin?” Bu bütləri sən mi qırdın, bunları sən mi parçaladın deyirlər. Çünki onların nizamında o dövrdə darvinist, materialist, ateist bir sistem var, hər dövrdə bu vardır. Onun qırılmasını istəmirlər, İbrahim (ə.s) da mükəmməl qırdığı üçün ciyərlərinə oturur.