Adnan Oktarın 26 fevral 2011 Kocaeli Tv və Aba Tv-dəki  canlı söhbətindən

ADNAN OKTAR: Şeytandan Allaha sığınırıq. Hud surəsi, 80-ci ayə “Dedi ki: “Sizə çatacaq gücüm olsaydı və ya möhkəm bir yerə sığına bilsəydim.” O zamankı dinsiz, imansız dəstə, Peyğəmbərin o qədər üstünə gəlirlər ki, o qədər çətinlik çəkir ki, “Sizə çatacaq gücüm olsaydı və ya möhkəm bir yerə sığına bilsəydim.” 80-ci ayə, əbcədi də 1986-cı illəri verir. Mehdiyyətin inkişaf etdiyi bir dövrü verir, inşaAllah. “(Elçilər) Dedilər ki: “Ey Lut, biz Rəbbinin elçiləriyik. Onlar sənə qəti olaraq çata bilməzlər. Gecənin bir qismində ailənlə birlikdə get (yola çıx).” Baxın, müsəlmanlar üçün həmişə gecələr, təbliğin edildiyi, İslamın izah edildiyi, müsəlmana uyğun rəftarların edildiyi, bir qisim insanların da qəflətə daldığı bir  mühitdir, amma müsəlmanlar hərəkət halındadır.

“Gecənin bir qismində ailənlə birlikdə get (yola çıx). Əsla, heç biriniz dönüb arxasına baxmasın; lakin sənin arvadından başqa. ” Allah onu ayırır. “Çünki onlara üz verəcək olan, ona da üz verəcək. Onlara vəd olunan (əzab) səhər vaxtıdır. Səhər də yaxın deyilmi?” İslamın səhəri yaxındır, inşaAllah, Allahın icazəsiylə. 69-cu ayə “And olsun, elçilərimiz İbrahimə müjdə ilə gəldikləri zaman; “Salam” dedilər.” Deməli, müsəlmanlar bir-birləriylə qarşılaşdıqlarında bir-birlərinə salam deyəcəklər, Quranın bir işarəsidir, mənasıdır. “O da: “Salam” dedi (və) dərhal gecikmədən qızardılmış bir buzov gətirdi.”

Baxın, heç tanımadığı insana belə hz. İbrahim (ə.s) nə qədər qonaqpərvərdir. Qonaqpərvər olmanın əhəmiyyətini Allah göstərir. “Əllərinin ona uzanmadığını görüncə” çünki mələklər yemək yemirlər, “(İbrahim vəziyyətdən) xoşlanmadı” Yəni qəribə gəlir, “və içinə bir növ qorxu düşdü” deyir. Yəni çox qəribədir, çox uzun yoldan gəlmişlər, lakin yemək yemirlər. “Dedilər ki: “Qorxma. Biz Lut qövmünə göndərildik.” Arvadı ayaq üstə idi, bunun üzərinə güldü. Biz ona İshaqı, İshaqın arxasından da Yaqubu müjdələdik. “Vay mənə” dedi (qadın). “Mən qocalmış bir qadın ikən və ərim də qoca ikən doğacağam mı? Həqiqətən bu, qəribə bir şeydir!” Yəni bəzi insanlar fizika qanunlarının sabit olduğunu zənn edir, halbuki deyil, Allah istəsə dəyişdirir. Məsələn, yaşlı bir qadının doğurmasını Allah mümkün edə bilir. Məsələn, ” ərim də qoca ikən” deyir, yaşlı bir insanın da çox sağlam, güclü ola biləcəyini də Allah göstərmiş olur. Yəni sabit bir qayda olmadığını Allah göstərir.