Adnan Oktarın 4 fevral 2011 Kaçkar Tv-dəki söhbətində

ADNAN OKTAR: Nisa surəsi, 76-cı ayə: “İman gətirənlər Allah yolunda mübarizə apararlar.” Baxın, bir birlikdən bəhs edir Allah, iman edənlər deyə bir birlik var. Başqa yoxdur. Bunların bir xüsusiyyəti var, Allah yolunda mübarizə aparırlar. Yan gəlib yatmırlar. Namazını qılıb, arvadının paçasının arasında soğan sarımsaq doğramır elə deyil? Nə edir? Allah yolunda mübarizə aparır. Müsəlmanın xüsusiyyətidir bu. “Kafirlər isə tağut yolunda vuruşurlar”-deyir Allah. Dəccalı hakim qılmaq üçün mübarizə apararlar. “Elə isə şeytanın (dəccalın) dostlarıyla vuruşun.” Dəccaliyyətə qarşı mübarizə aparın. “Şübhəsiz, şeytanın (dəccalın) hiyləsi zəifdir.” “Onların bir gücü yoxdur”-deyir Allah. Yəni darvinizmlə, materializmlə, ateizmlə, kommunist düşüncə ilə, PKK düşüncəsiylə mübarizə aparın. “Çünki zəifdirlər”-deyir Allah. “Fikri olaraq, güc olaraq zəifdirlər, çox rahat zərərsizdirlər”-deyir Allah.

“Məgər sən, özlərinə: “Müharibədən əl çəkin, namaz qılın və zəkat verin!”–deyilən kəsləri görmədinmi? Onlara vuruşmaq vacib edildikdə, içərilərindən bir dəstəsi Allahdan qorxduqları kimi”-onsuz da indi problem budur, Bədiüzzaman da bunu deyir “Havf damarı” (qorxaqlıq)-“insanlardan, Allahdan qorxar kimi qorxurlar” deyir Bədiüzzaman. “Hətta daha da şiddətli bir qorxu ilə insanlardan qorxuya qapılırlar”-qlobal güclərdən, Amerikadan, İsraildən, ateist masonlardan, ateist sionistlərdən-“İnsanlardan Allahdan qorxduqları kimi və ya daha da şiddətli bir qorxu ilə qorxuya qapılarlar”, yaxud polisdən, dövlətdən.

Fərz edək Sudanda, Mərakeşdə polis qorxusundan, dövlətin onları işdən azad olunması qorxusundan və yaxud hər hansı bir təqibə alınma qorxularından…“Allahdan qorxduqları kimi və ya daha artıq qorxu ilə insanlardan qorxdular və: “Ey Rəbbimiz! Vuruşmağı nə üçün bizə vacib etdin? Nə olardı ki, bizə yaxın vaxtadək möhlət verəydin!”– dedilər. “Niyə dərhal bizi mübarizənin içinə atdın? Niyə dərhal bizi Mehdi (ə.s)-a əsgər etmək istəyirsən? Mehdiyyəti irəli at, geriyə at, daha irəli tarixə sal, bizim vaxtımızla üst-üstə düşməsin.” –deyirlər. Baxın, ayədə də eyni ilə bu cür deyilir: “Vuruşmağı nə üçün bizə vacib etdin? Nə olardı ki, bizə yaxın vaxtadək möhlət verəydin!” “Möhlət ver, vaxtı irəli çək”-deyir, onu istəyirlər.

“Mehdiyyət mücadiləsi aparmayaq indi. Bizim işimiz, gücümüz var, evləndik oğul-uşağa qarışdıq, işimiz var.” Allaha deyirlər ki: “Sən vaxtı indiyə saldın. Vaxtı uzat, irəliyə çək”-deyirlər. “Bizə yaxın vaxtadək möhlət verəydin!” Dedilər.” De ki, “Dünyanın ləzzəti azdır. “Dünyada bir şey yoxdur”-deyir Allah. Nə görürüsünüz dünyada. Min bir mübarizə ilə möhkəm dayanır insanlar. Ən az səkkiz saat yatması lazımdır, günün yarısı demək olar. Əlini-üzünü yuyur, dişlərini yuyur, yemək yeməsi şərt, ayaq üstə dayana bilmir, su içməsi lazımdır. Su içir, yemək yeyir yenə canlanmır, siqaret çəkir acizliyini daha canlandırmaq üçün, yaxud sinirlərini sakitləşdirmək üçün. Acizliyin əvvəli-axırı yoxdur.

Məsələn, beli ağrıyır, kürəyi ağrıyır, qrip olur, soyuqdəymə olur, hava isti olur, qapını açdırır, bu dəfə də hava soyuyur bağlatdırır, saçını yuması lazımdır, kirlənir, saçı tökülür məsələn, rəngləyir saçı tökülür, yemək yeyir, çəkisi artır, artıq çəkidən xilas olmağa çalışır və yaxud yemək yediyi halda çəkisini artıra bilmir. Yəni, Allah o qədər çox acizlik vermişdir ki, dünyadan imtina edərlər deyə, minlərlə, əvvəli-axırı yoxdur. Məsələn, böyrəyində narahatlığı olur, böyrəyində daş da ola bilər, xərçəng də ola bilər, şiş də ola bilər, rentgendə aydın olur.

Mədəsi ağrıyır, mədəsində şiş də yarana bilər, xərçəng də yarana bilər, bir bakteriyanın yaratdığı infeksiya da ola bilər, mədə turşusunun hər hansı bir şəkildə artması da ola bilər, əsəbi də ola bilər. Baxın, acizliyin əvvəli-axırı yoxdur. Gözü rahatca pisləşir, məsələn insanların böyük hissəsinin gözü xəstədir. Ya miyop, ya hipermetropiya, ya başqa bir şey, ya astiqmat ya da başqa xəstəliyi var. Çox nadir gözü sağlam olan insan var. Qulağında ayrı bir problem olar, orta qulaq infeksiyası, sinüzit olan insanların sayı-hesabı yoxdur. Xroniki baş ağrıları olanlar var. Allah dünyadan imtina etsinlər deyə xəstəliklər yaradır, astma xəstəlikləri, allergiya xəstəlikləri gənclərdə o qədər çox yayılmışdır ki. Həmişə allergiya dərmanları istifadə edirlər. Astma çox yayılıb, mən bu qədər yayıldığını bilmirdim. Xolesterolu yüksək, ürək damarları tıxalı, amma bütün bunlara baxmayaraq insanların çoxu baxın necə dəlicəsinə və ərköyüncəsinə dünyaya bağlıdır. Mən səhərə qədər sayaram insanın acizliklərini.

De: “Dünyanın ləzzəti azdır-deyir Allah-“Müttəqilər üçün isə axirət daha xeyirlidir. Sizə xurma çərdəyindəki lif qədər belə haqsızlıq edilməz.”” Bax, Allah deyir: “Harada olursunuzsa olun, ölüm sizi haqlayacaq. Hətta yüksək qalalarda olsanız belə.” Gedib ən yaxşı xəstəxananın, ən yaxşı otağında yatsan da, ən yaxşı dərmanları qəbul etsən də yenə xilas ola bilməz, ölüm onu hər yerdə tapar. “Onlara bir yaxşılıq baş verdikdə: “Bu, Allahdandır!”–deyər, bir pislik baş verdikdə isə: “Bu, səndəndir!”–deyərlər.  De: “Hamısı Allahdandır! Bu adamlara nə olub ki, az qala söz də anlamırlar? Sənə gələn yaxşılıq Allahdandır, sənin başına gələn bəla isə sənin özündəndir. Məsələn, gedir gecə-gündüz içki içir, Allah qadağan etmişdir, təzyiqi yüksəlir, ölür. Çünki spirt təzyiqi həddindən artıq yüksəldər. Yaxud hər hansı bir tədbiri almır. Sənin başına gələn bəla isə sənin özündəndir. Biz səni insanlara elçi göndərdik.”-deyir Allah. Bu səbəbdən Quranın harasını açsaq, Allah yolunda cəhd etmək, Allahın dinini hakim etmək lazımdır deyilir.