ADNAN OKTARIN KAHRAMANMARAŞ AKSU VƏ KAÇKAR TV-DƏKİ CANLI MÜSAHİBƏSİ (3 FEVRAL 2011)

ADNAN OKTAR: Muminun surəsi 105, Şeytandan Allaha sığınıram. “Məgər Mənim ayələrim sizə oxunmurdumu, siz də onları yalan hesab etmirdinizmi?”  Allah buyurur ki, “Mən sizə ayələrimi oxuyurdum amma siz yalan hesab etdiniz” yəni, tələsik, heç düşünmədən, çox rahatlıqla, yəni dəli cəsarəti göstərərək. “Onlar deyəcəklər: “Ey Rəbbimiz! Bədbəxtliyimiz bizə üstün gəldi və biz doğru yoldan azan bir camaat olduq.”Biz onsuz da həmişə kədər içindəydik, yəni gərginlik içindəydik, xəstə idik axırda da dinsiz olduq, onun nəticəsində biz bu hala gəldik” deyərlər. Yaxşı sən niyə bədbəxt olursan? Dinsizlikdən ötrü bədbəxt olursan. Dindar olsan, niyə bədbəxt olasan?

Ey Rəbbimiz! Bizi oradan çıxart! Əgər bir də günah işlərə qayıtsaq, həqiqətən də, zalım olarıq”. Allah buyuracaq: “Orada alçalmış vəziyyətdə qalın və Mənə heç nə deməyin! Həqiqətən, qullarımdan bir zümrə var idi ki, onlar: “Ey Rəbbimiz! Biz iman gətirdik. Bizi bağışla, bizə rəhm et! Sən rəhm edənlərin ən yaxşısısan!”–deyirdilər. Baxın, Mənim bəndələrimdən bir qrup, bir birlik, bu Mehdi (ə.s) camaatı da ola bilər, peyğəmbərlərin camaatı da ola bilər, hamısı da ola bilər. “Siz isə onları məsxərəyə qoyurdunuz.” çölə çıxanda, öz-özünə nə deyir bu adam deyirlər. Bir an düşündünmü? Xeyr. Bir an səmimi analiz etdinmi dediklərini? Xeyr. Qəti fikirlə küçənin təsiriylə lağ etdin. “Siz isə onları məsxərəyə qoyurdunuz. Məni yada salmağı belə sizə unutdurmuşdu. Siz (istehza ilə) onlara gülürdünüz.” Həmişə bəhanələr tapıb, səmimiyyətsiz tiplər kimi hər şeyə gülər, önünə gələnə gülər. “Bu gün Mən, səbir etdiklərinə görə onları mükafatlandırdım. Şübhəsiz ki, uğur qazananlar da onlardır!” Deməli, səbir etmək gözəldir, əxlaqda səbir, gözəl davranışlarda səbir etmək lazımdır.

Allah kafirlərdən: “Yer üzündə neçə il qaldınız?”–deyə soruşacaq. Onlar: “Bir gün yaxud bir gündən də az qaldıq. Zaman izafi olduğu üçün, adamlar yerdən qalxırlar “bizi bu yatdığımız yerdən kim qaldırdı” deyirlər, çaşırlar. Əvvəl harada olduğunu anlamağa çalışırlar, sonra nə qədər müddətdən bəri huşsuz olduqlarını anlamağa çalışırlar. Yəni yuxuda olduqlarını düşünürlər, ölüb dirildiklərini tam qavraya bilmirlər, o anda. Şübhə içindədirlər. “Bir gün və ya bir günün bir vaxtı qədər qaldıq”-deyirlər. Amma haradan bura gəldik. Çölə gətirilmiş adam olduğunu, yəni qaçırılıb gətirildiyini fikirləşə bilər. “Dedi ki:”Yalnız az (bir zaman) qaldınız, həqiqətən bir bilsəydiniz. Yoxsa sizi əbəs yerə yaratdığımızı və (qiyamət günü dirilib haqq-hesab üçün) hüzurumuza qaytarılmayacağınızı güman edirdiniz?” Allah böyük dünyanı göy üzündə tük kimi havada saxlayır. Yəni neçə ton olduğunu artıq bilirsiniz. Fövqəladə ağır bir kütlə, ucsuz-bucaqsız göydə, belə havada kiçik tük parçaları olar uçar, onun kimi uçar. Böyük ağır bir kütlə, katrilyonlarca tonluq, katrilyon vur katrilyon vur katrilyon qədər ağırlıqda böyük kütlələr, havada tük kimi uçur. Başqa? İnsanın quruluşuna baxırıq, qüsursuz bir quruluşu var. Məsələn, oynaqları, gözləri. İki göz verilmiş, qarşısındakını çox dəqiq görür, burun verilmiş, çox şahanə, bütün qoxuları hiss edə bilir, ağıza hər cür dad imkanı verilmiş, səsi ən keyfiyyətli şəkildə eşidir. Səs eşitmə sistemi, ən inkişaf etmiş stereo sistemlərdə yoxdur. Yəni səsi, xışıltını o qədər keyfiyyətli eşidir ki. Məsələn maqnitofon alırıq, xışıltılı filan çox keyfiyyətsiz olur. O qədər mühəndis onun üzərində işlədiyi halda, o qədər elm adamı düzəltdiyi halda, yüz ildən bəri texnologiya inkişaf etdirdikləri halda, yenə müvəffəqiyyətli bir şey yoxdur. Televiziyaya baxırıq, bulanıq, amma beynimizin içindəki televiziyaya baxın, necə dəqiqdir. Çox dəqiqdir, elə deyil? Bulanıqlıq varmı? Yoxdur. Üstəlik üçölçülü. Üçölçülü bir televiziya hələ icad edə bilməyiblər, gözləyirik. Hətta üçölçülülük o qədər mükəmməldir ki, üçölçülüyün şiddətindən, “qardaşım mən hardayam” deyirəm, “harada olacaqsan, bir yarım metr irəlidəsən” deyir. Doğru deyil. Mən onun beyninin içindəyəm. Amma o məni bir yarım metr uzaqda zənn edir. “Maşının nə qədər uzaqdadır?” Deyirik, “ən az altı metr uzaqdadır” deyir. O da doğru deyil, o da beyninin içindədir. Maşını da beyninin içərisində və hamısı çox balaca yerdə olur. İmam Cəfəri Sadiqin ifadəsi ilə desək “Mərci qədər yerdə.”