ADNAN OKTARIN KAHRAMANMARAŞ AKSU TV-DƏKİ CANLI MÜSAHİBƏSİ  (17 yanvar 2011)

 

ADNAN OKTAR: Əhzab surəsi, şeytandan Allaha sığınıram. “Ey Peyğəmbər, həqiqətən, Biz səni bir şahid, bir müjdəçi və bir qorxudan kimi göndərdik.” 2034-cü il tarixi verir. “Allahın izni ilə Ona tərəf çağıran və nur saçan bir çıraq kimi göndərdik.” Bu ayənin əbcədi də 2034-cü il tarixi verir. “Möminlərə müjdə ver, həqiqətən onlar üçün Allahdan böyük bir lütf vardır.” Bu ayə də 2005-ci il tarixini verir. “Kafirlərə və münafiqlərə itaət etmə, əziyyətlərinə fikir vermə və Allaha təvəkkül et. Vəkil olaraq Allah yetər.” “Allah səni qoruyar”-deyir Allah. Allaha təvəkkül etmək çox əhəmiyyətlidir (vacibdir). Müsəlmanlar tez-tez təvəkkülü unudarlar, ona görə də əziyyət çəkərlər. Onu necə edəcəyəm, bunu necə edəcəyəm, xəstələnəcəyəm mi, bu olacaq, o olacaq…? Halbuki, təvəkkül etsə, ürəyi çox rahatlaşar. Onsuz da olub bitmişdir. Tək bir an içərisində bütün kainatdakı həyat olub bitmişdir. Bütün aləmlərdəki həyat olub bitmişdir, Allah Qatında bitmişdir. Təlaşlanmaq nəyə lazımdır? Üstəlik xeyirlə və gözəlliklə Allah Qatında ən mükəmməl şəkildə yaradılmışdır.
“Allah və Onun Elçisi bir işə hökm verdiyi zaman heç bir mömin kişi və mömin qadın öz işlərində istədikləri qərarı verə bilməzlər.” “Allah və Rəsulu bir işə hökm verdiyi zaman”-nə deyir Rəsulullah (s.ə.v)? Mehdi (ə.s) çıxacaq, Mehdi (ə.s) düzəldəcək. “Yox, mən Rəsulullah (s.ə.v)-in dediyinə görə deyil, öz başıma hərəkət edəcəyəm”-deyir. Baxın, nə deyir Allah? “Allah və Onun Elçisi bir işə hökm verdiyi zaman heç bir mömin kişi və mömin qadın öz işlərində istədikləri qərarı verə bilməzlər. Peyğəmbər (s.ə.v) nə deyirsə, ona görə hərəkət ediləcək. “Allaha və Onun Elçisinə asi olan kəs, əlbəttə ki, açıq-aydın azğınlığa düşmüşdür. Peyğəmbərimiz (s.ə.v) İslamın necə hakim olacağını, hansı mərhələlərdə hakim olacağını, nələr ediləcəyini, bu fəaliyyəti, müsəlmanların rəftarını, vaxtını, əlamətlərini, hamısını bildirmişkən, bir adam “mənə nə”, desə bu ayənin hökmünə girər. Şeytandan Allaha sığınıram. “Allah və Onun Elçisi bir işə hökm verdiyi zaman heç bir mömin kişi və mömin qadın öz işlərində istədikləri qərarı verə bilməzlər.” Öz-özünə “yox mən elə deyil də, belə edəcəyəm” deyə bilməz. “Allaha və Onun Elçisinə asi olan kəs, əlbəttə ki, açıq-aydın azğınlığa düşmüşdür.” Pozğun olduğunu deyir Allah, başqa cür edənlərin, yəni azğın bir yola girdiyini deyir. “Azğınlığa düşmüşdür” inşaAllah.