Adnan Oktarın 28 dekabr 2009-ci il tarixli Kral Karadeniz, Adıyaman Asu və Ekin TV müsahibəsindən

Adnan Oktar: 116-cı ayədə “Dilinizin uydurduğu yalana əsasən: “Bu halaldır, o haramdır!”—deməyin”. Bu saxtakar hocaların dediyi kimi, durduq yerə bu haramdır, bunu seyr etməyin, bunu etməyin… Çünki Allaha qarşı yalan uydurmuş olursunuz”—deyir. Quranda açıq bir hökm yox ikən, Peyğəmbərimiz (s.ə.v)-in belə bir bəyanı yox ikən, elə deyilmi? Şübhəsiz ki, Allaha qarşı yalan uyduranlar nicat tapmazlar”—deyir. Bax, “Dilinizin uydurduğu yalana əsasən”, yəni demək ki, dili yalana vərdiş etmiş saxtakarlar var. Gecə-gündüz yalan danışır. Adın nə desən, yalan deyər yəni. Sağa dönür yalan, sola dönür yalan. Klassik saxtakar. Din adamlarından belə tiplərlə qarşılaşırıq, elə deyilmi? Bax Allah onun üçün deyir ki; “Dilinizin uydurduğu yalana əsasən: “Bu halaldır, o haramdır!”—deməyin”. Öz-özünüzə fətva çıxarmayın deyir Allah. Yalan uydurmayın, çünki Allaha qarşı yalan uydurmuş olursunuz”—deyir. Şübhəsiz ki, Allaha qarşı yalan uyduranlar nicat tapmazlar”—deyir.