Adnan Oktarın 28 dekabr 2009-ci il tarixli Kral Karadeniz, Adıyaman Asu və Ekin TV müsahibəsindən

Adnan Oktar: Şeytandan Allaha sığınıram. Yunus surəsində. Sən hansı bir işdə olsan, Qurandan nə oxusan”, Məsələn, indi biz Quran oxuyuruq. Şeytandan Allaha sığınıram. Qurandan nə oxusan, siz nə iş görsəniz, başınız ona qarışarkən Biz sizə şahid olarıq”. Yəni indi Mən sizi seyr edirəm deyir Allah. Hal-hazırda Allah bizi seyr edir və dinləyir. Onsuz da bizi danışdıran da Allahdır. Nə yerdə, nə də göydə zərrə qədər bir şey Rəbbindən gizli qalmaz”. Yəni atom da, atomun içindəki elektronlar da, protonlar da hamısı Mənim məlumatım daxilindədir deyir Allah.

Bundan daha kiçiyi”, baxın onun daha kiçiyi də, yəni artıq fotonlar da. və daha böyüyü yoxdur ki, açıq-aydın Yazıda (Lövhi-Məhfuzda) olmasın”. Hamısı Mənim hüzurumda qeydə alınıb, sabitdir deyir Allah. MaşaAllah. 66-cı ayədə “Bilin ki, göylərdə və yerdə olanların hamısı Allahındır”. Bir tərəfdən də Mehdi (ə.s)-a və hz. İsa (ə.s)-a baxır. Hz. İsa (ə.s) göylərdə, Mehdi (ə.s) da yerdədir ona baxır, inşaAllah. Cənab-ı Allah 62-ci ayədə; “Şübhəsiz ki, Allahın dostlarının heç bir qorxusu yoxdur və onlar kədərlənməyəcəklər”. Bu eyni zamanda Mehdi (ə.s)-a və tələbələrinə baxır. Çünki onlar üçün qorxu yoxdur və onlar kədərlənməyəcəklər. Yəni çətin mühitlərə düşəcəklər, fikirlə mübarizə aparacaqlar, amma heç bir şəkildə kədərlənməyəcəklər.

Onlar iman gətirmiş və Allahdan qorxmuşlar”. Həm iman edirlər, həm də Allahdan qorxurlar. Dünya həyatında da, axirətdə də onlara müjdə vardır”. Müjdə nədir? hz. İsa (ə.s)-ın enişi, dünyada İslamın hakim olması, ədalətin təsis edilməsi, əmin-amanlığın, sülhün və qardaşlığın gəlməsi, dünya həyatında. Axirətdə də Mehdi (ə.s)-ın da, hz. İsa (ə.s)-ın da tələbələri cənnətdə olacaq, inşaAllah. Allahın kəlmələri əsla dəyişilməz. Bu, böyük uğurdur”. Məsələn, hədislərdə bildirilmişsə Mehdi (ə.s), bunda dəyişiklik yoxdur deyir Allah. Hz. İsa (ə.s) enəcək dedimsə, bunda da dəyişiklik yoxdur, enəcək deyir Allah.

Onların sözləri səni kədərləndirməsin”—deyir Peyğəmbərimiz (s.ə.v)-ə Cənab-ı Allah. Böhtan atırlar, təhqir edirlər, sui-qəsd edirlər, əxlaqsızlıq edirlər o zamanın itləri, çaqqalları. “Çünki qüdrət bütünlüklə Allaha məxsusdur. O, Eşidəndir, Biləndir”. Yəni bu, izzəti-nəfsinə ağır gəlməsin deyir Allah. Gücün hamısı Allahındır. Bax onlar bir şey meydana gətirirsə, onu Mən yaradıram deyir Allah. Bax izzəti-nəfsinə ağır gəlməsin. Ardınca deyir ki, Allah Çünki qüdrət bütünlüklə Allaha məxsusdur”. Yəni onlara da o gücü verən Mənəm deyir. Səni imtahan edirəm deyir. Bunu deyir Allah. “Onların sözləri səni kədərləndirməsin”. Bu fərzdir, yəni kədərlənərsə harama girmiş olar. Möhkəm ayə, möhkəm hökm.

Yəni heç bir şəkildə kədərlənməməlidir. Kədərləndiyi vaxt harama girmiş olar. Eyni şəkildə Mehdi (ə.s)-a baxan bir ayədir bu. Çünki Mehdi (ə.s)-a da çoxlu böhtan atılacaq, əleyhində çoxlu söz-söhbət olacaq. O zaman biz də deyirik ki, Mehdi (ə.s)-a: “Onların sözləri səni kədərləndirməsin. Çünki qüdrət bütünlüklə Allaha məxsusdur”. Sənin qarşılaşdığın bütün hadisələr Allahın izni ilə olur deyirik, inşaAllah Mehdi (ə.s)-a. Onsuz Allah sonra da 66-cı ayədə deyir ki, “Bilin ki, göylərdə və yerdə olanların hamısı Allahındır”. Mehdi (ə.s) da, İsa (ə.s) da Allahın nəzarətindədir deyir Cənab-ı Allah inşaAllah. 86-da; “Və bizi Öz mərhəmətinlə kafir qövmün əlindən qurtar!” 86-da bir hadisə var demək ki. Yəni 1986-cı ilə işarə edir.

“Və bizi Öz mərhəmətinlə kafir qövmün əlindən qurtar!” Bir əzab və çətinliyə işarə var. Biz Musaya və onun qardaşına”. Bu ayələrdə Mehdi (ə.s) və hz. İsa (ə.s)-a işarələr var, inşaAllah. İkinci mənası açıq olan mənasıdır, ikinci mənasını da ayrılıqda verirəm. Üçüncü, dördüncü, beşinci mənaları da var. “Camaatınız üçün Misirdə evlər hazırlayın”. Mehdi (ə.s)-a işarə edən mənası nədir? Olduğu yerdə müsəlmanların evləri olsun. Qardaşlarınızın evləri olsun, evlər açın. “Evlərinizi namazgah edin”. O evlərdə Allah anılsın, ibadət edilsin. Allaha həsr edin o evləri deyir Allah. Və namaz qılın”. Beş vaxt, tam üsuluna uyğun bir şəkildə, Peyğəmbər Əfəndimiz (s.ə.v)-in təsvir etdiyi kimi namaz qılın.

““Möminləri müjdələ!”—deyə vəhy etdik”—deyir. Biz də nə deyirik? Dünyada hakimiyyət axirətdə cənnət var, inşaAllah, deyirik. Amma hamısından əvvəl əsl olan Allahın razılığıdır deyirik. Allahın razılığı üçün səy göstərək deyirik, inşaAllah. Mehdi (ə.s)-a baxan yönü də odur, inşaAllah. 90-da: “Biz İsrail oğullarını dənizdən keçirtdik”. Mehdi (ə.s) da dənizdən keçəcək, məlum olduğu kimi hədis də var, quru bir yol, açdığı yoldan deyir, yəni Boğaz körpüsündən keçib İstanbula gələcəyinə dair hədis var. Yəni bu şəkildə açıqlamır hədis, amma hədisin üslubundan anlayırıq. Çünki quru bir yoldan keçərək boğazı keçər deyir Mehdi (ə.s) üçün. Quru yol Boğaz körpüsüdür, başqa bir yol yoxdur.

Firon və onun qoşunu zülm və düşmənçilik məqsədilə onları təqib etdilər …”. Hz. Musa (ə.s)-ın arxasına düşürlər Firon və əsgərləri. Axırzamanda Mehdi (ə.s)-a baxan tərəfi də Ergənəkon Təşkilatı, masonlar, dinsiz, bir qisim ateistlər, Mehdi (ə.s)-ın və hz. İsa (ə.s)-ın rahatlığını, dincliyini, şövqünü, mübarizə əzmini qırmaq üçün ona qarşı mübarizə aparacaqlar. Eyni zamanda münafiqlərə də baxır. Çünki Mehdi (ə.s) camaatının içindən münafiqlər də çıxacaq. Öz içərisində münafiqlərlə də mübarizə aparacaq, onlara da baxır. “Biz İsrail oğullarını gözəl bir yurda sakin etdik”. 93-cü ayə. Mehdi (ə.s)-a baxan tərəfi nədir? İstanbul kimi gözəl bir yerə yerləşdirəcək Mehdi (ə.s)-ı. Hətta dənizin kənarında bayrağı sancar deyir.

Demək ki, dənizin kənarında olacaq Mehdi (ə.s)-ın evi, yaxud yeri nə isə. Gözəl bir yerə yerləşdirəcək Allah, inşaAllah, ona baxır, inşaAllah. “… Və onlara pak ruzilərdən verdik”. Mehdi (ə.s)-ın təmizliyə verdiyi əhəmiyyətdən də bəhs edir. Müsəlmanların təmiz olmasının əhəmiyyətinə diqqət çəkir. Çünki Allah möminlər təmizdir deyir, Tahirdir.  Allah olduğun yeri də təmizlə deyir Peyğəmbər Əfəndimizə (s.ə.v). Üstünü təmizlə deyir. Müsəlmanın üstü başı, əli, üzü, bədəni, olduğu hər yer təmiz olur. Bu Allahın əmridir, fərzdir. Məsələn, deyir ki, Allah 101-ci ayə ki, 2001-ci ilə baxan bir ayə olaraq görürük eyni zamanda. De: “Görün göylərdə və yerdə nələr var””. Yerdə Mehdi (ə.s) var, göydə də hz. Məsih (ə.s) var. İnşaAllah. “Bir baxın.” Deyir Allah. Lakin iman gətirməyən adamlara dəlillər və xəbərdarlıqlar heç bir fayda vermir”. İmansızlar bunlardan təsirlənməzlər deyir Allah. Yəni istədiyiniz qədər xəbərdarlıq etsəniz də təsirlənməzlər deyir Allah.