Adnan Oktarın 18 noyabr 2009-cu il tarixli Tv Kayseri, Samsun Aks və Gaziantep Hadisə Tv müsahibəsindən

Adnan Oktar: Şeytandan Allaha sığınıram. Sizə nə olub ki, Allah yolunda və: “Ey Rəbbimiz! Bizi əhalisi zalım olan bu şəhərdən çıxart””, məsələn İraqda müsəlmanlara əziyyət verirlər, müsəlmanlar nə deyir? Ya Rəbbi, bizi əhalisi zalım olan bu şəhərdən çıxart, bizə zülm edirlər” -deyir. “Bizi buradan çıxart xilas et” -deyirlər. “… Bizə Öz tərəfindən bir himayəçi təyin et …”. İnsanlar axırzamanda nəyi gözləyir— Mehdini gözləyirlər. Bax nə deyir insanlar: Bizə Öz tərəfindən bir himayəçi təyin et”. Sahib-ül zamandır Mehdi, elə deyil mi? “… Bizə Öz tərəfindən bir yardımçı təyin et …”. Mehdi də yardım edəndir, inşaAllah. ”… deyən zəif kişilər, qadınlar və uşaqlar uğrunda vuruşmursunuz?”—deyir. İndi orada uşaqlar əzilir, qadınlar əzilir, Əfqanıstanda. Yaşlı insanlar əzilir. Allah bizim Hamiyyəti-İslamiyyəmizi təhrik edir. Allah: “Bu qədər insan əzilir, niyə bunların uğrunda mübarizə aparmırsınız, səy göstərmirsiniz” -deyir onları qurtarmaq üçün. Möminlər Allah yolunda, kafirlər isə tağut yolunda vuruşurlar”. Yəni ateistlik yolunda. Elə isə şeytanın dostları ilə vuruşun! Şübhəsiz ki, şeytanın hiyləsi zəifdir”. Biz də mübarizə aparırıq. Darvinistlərlə, materialistlərlə, masonlarla mübarizə aparırıq. “Şeytanın hiyləsi zəifdir” -deyir Allah. Çox zəifdir, ortadan qırılıb getdilər. Necə ki, Darvinizm yerlə-yeksan oldu. Allah deyir, “şeytanın hiyləsi zəifdir”. Nəhəng darvinizm dünya səviyyəsində tək bir iynəylə balon kimi partladı. Harada olursunuzsa olun, ölüm sizi haqlayacaq. Hətta yüksək qalalarda olsanız belə”. Yəni insanlar nə cür tədbir alırsa alsın, nə edirsə etsin Allah əgər bir insanın ölümünü təqdir etdisə, ölüm onu mütləq tapar, Allah onu deyir. Onlara bir yaxşılıq üz verdikdə: “Bu, Allahdandır!”—deyər”. Məsələn, universitet imtahanını qazanır, yaxud yaxşı bir qazancı olur, bu Allahdandır deyərlər. “Bir pislik üz verdikdə isə: “Bu, səndəndir!” – deyərlər”. Yəni sənin uğursuzluğundan oldu deyir. Halbuki onu da edən Allahdır, bir xeyir var. De: “Hamısı Allahdandır!”. Bu adamlara nə olub ki, az qala söz də anlamırlar?”, yəni bir qəflət, ağıl qapanması var üstlərində. Sənə gələn yaxşılıq Allahdandır, sənin başına gələn bəla isə sənin özündəndir”. Yəni bir pis iş görmüsənsə, Allah onu sənə bəla olaraq geri qaytara bilər, bunu ifadə edir Allah. “… Biz səni insanlara elçi göndərdik. Şahid olaraq Allah kifayət edər”. Məsələn, indi biz də insanlara Allahın dinini izah edirik. Amma Allah insanların şahid olması şərt deyil deyir. Mənim şahid olmağım kifayət edər deyir. Və onları doğru yola yönəldərdik”. Bu yaxınlarda “Habertürk”də bu mövzuyla əlaqədar bir izah verilirdi, “…onları doğru yola yönəldərdik”. Bu ayəni, bel sümüyü olaraq izah edir. Yəni belə deyənlər var deyir. Yəni Quranı səmimi olaraq araşdıran bir insan, məsələn doğru yoldan ayrılmayın deyildikdə, doğru yola gedin deyildikdə, bel sümüyümü ağılına gələr? Aydındır ki, ağlına gözəl əxlaq, Qurana tabe olmaq gələr inşaAllah. Allahİçərinizdə elələri də var ki, cihada çıxdıqda özlərini yubandırar”—deyir. Yubanar, həqiqətən, yeməyi ağır yeyər, danışığı ağırdır, hərəkətləri ağırdır, düşünməsi ağırdır. Bir ara bizim bir siyasətçimiz vardı, belə ağır-ağır danışardı, heç cür cümləni bitirə bilməzdi. İçərinizdə elələri də var ki, cihada çıxdıqda özlərini yubandırar və sizə bir müsibət üz vermiş olduqda”. Məsələn, Allah əsirgəsin habs edilsə, yaxud döyülsə, söyülsə, böhtana uğrasa, ““Allah mənə mərhəmət göstərdi ki, mən onlarla birlikdə bəlaya düçar olmadım” – deyər”. Allah qorudu məni deyir. Yaxşı ki, onlarla birlikdə deyildim, nə yaxşı oldu deyir. Əgər Allahdan sizə bir lütf yetişərsə, onda guya sizinlə onun arasında heç vaxt bağlılıq olmamış kimi: “Kaş mən də onlarla birlikdə olub böyük bir uğur qazanaydım!” – deyər. Yəni axirətdə və dünyada böyük bir uğur qazanıb qurtuluşa və xoşbəxtliyə çatsaydım deyər.