Hörmətli Adnan Oktarın Kaçkar TV-dəki canlı reportajı (1 dekabr 2010)

 

ADNAN OKTAR: Ənfal surəsi, şeytandan Allaha sığınıram, 46-cı ayə. “Allaha və Rəsuluna itaət edin”, yəni Qurana uyun, Rəsul (s.ə.v)-in sünnəsinə uyun. “Çəkişib bir-birinizə düşməyin“, ayrı-ayrı məmləkətlər, ayrı-ayrı qruplar meydana gətirib, məzhəblər meydana gətirib bir-birinizə düşmən olmayın. “Kəvər kimi doğrayacaq” deyir Cübbəli, bunu etməyin deyir Allah. “Zəifləyər, gücdən düşərsiniz”, zəifləmək nə deməkdir? Gücünüz gedər, mübarizə əzminiz qırılar, səfeh ruhu meydana gələr, deyir  Allah. “Zəifləyib gücdən düşərsiniz.” Yəni olar mı, necə olsun, imkanı var mı? İslam Birliyi də olmaz, haşa, Türk-İslam Birliyi də olmaz, ölmüşük, bitmişik bunu deyərsiniz deyir Allah. Amma bir-birinizlə münaqişə etsəniz, camaatlara ayrılsanız, qruplara ayrılsanız, bölünsəniz, şəxsi mənəvidir deyə Mehdiliyi ortalıqdan qaldırmağa çalışıb, müsəlmanları  ayrı-ayrı, kiçik-kiçik qruplara bölüb, onları da özləri içərisində mübarizə aparan bir modelin içərisinə girməyin, deyir Allah. Bax “gücünüz gedər” deyir. Gücü qalmır adamın, taqəti qalmır. “Səbir edin şübhəsiz, Allah səbir edənlərlə bərabərdir”. Deməli, vaxt alacaq, inşaAllah.