Adnan Oktarın 10 dekabr 2010-cu il Kaçkar Tv-dəki söhbətindən

Şeytandan Allaha sığınıram. 42-ci ayə: “İman gətirib yaxşı əməl edənlər isə cənnət sakinləridir. Onlar orada əbədi qalacaqlar. Biz hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər yükləyirik”. Hər imtahan olan mütləq, onun öhdəsindən rahatlıqla gələ biləcək vəziyyətdə olur. Bu bir möcüzədir. Yəni normal olaraq insan çox acizdir. Gücünün çatmayacağı bir şeylə qarşılaşması ehtimalı da var. Deyil mi? Allah belə bir şey olmaz deyir. Hər insan mütləq öhdəsindən gələ biləcəyi şəkildə imtahan olur.

İman gətirib yaxşı əməl edənlər isə Cənnət sakinləridir. Onlar orada əbədi qalacaqlar”. Bu sonsuzluq arzusunun təmin edilməsidir. “Biz onların kökslərindəki kin-küdurəti çıxaracağıq”. İnsanlar, müsəlmanlar bir-birinə kin duyur, qəzəblənir. Deyir ki; “Cənnətdə mən bu kinlə necə dost olacağam, qardaş olacağam?” Cənnətə gedən kimi, kin duymur, xəbəri belə olmur. Allah almış, kin duyğusu alınır axirətdə. Narahat edən bir duyğudur, iki tərəfin arasını vuran bir duyğudur, Allah onu alır. Onların ayaqları altından çaylar axacaq. Onlar deyəcəklər: “Bizi buna qovuşduran Allaha həmd olsun!”” Bax, cənnətdə də Allaha həmd edirlər. Əgər Allah bizə hidayət verməsəydi”, Allah bizə Mehdisini göndərməsəydi, deyil mi?

Peyğəmbərimiz (s.ə.v)-i və yaxud hz. İbrahim (ə.s)-ı, yaxud da Axırzamanda Mehdi (ə.s)-ı, Quranı və Allahın verəcəyi xüsusi ibadəti, ürəkləri açmasını, Allahın verdiyi imanı verməsəydi, “biz özümüz doğru yola yönələ bilməzdik. And olsun”. And içir. “Rəbbimizin elçiləri haqqı gətirmişdilər”. Mehdi (ə.s) da haqq ilə gəlir. Yəni nə ilə? Quranla. İsa (ə.s) nə ilə gələcək? Quranla. “Onlara belə xitab ediləcəkdir: “Əməlləriniz sayəsində varis olduğunuz Cənnət budur!”” Cənnətin qapısından içəri girdiyində, oh! deyəcək əlhəmdülillah necə heyrətamizdir.

Artıq ölüm də yoxdur, heyrət ediləcək bir dünya, heyrət ediləcək bir quruluşdur. Amma burada çox uzun bir imtahandan keçirik. Bu imtahan da olmazsa, insan cənnətə girəndə, “bu kürsülər nə işə yarayır” -deyər, anlaya bilməz. “Niyə oturmalıyıq” -deyər, anlaya bilməz. Cənnət qədəhlərini də anlaya bilməz. Yəni “niyə içməliyik ki” -deyər, yəni “elə bir hiss duymuram” -deyər. “Meyvəni niyə yeməliyik” –deyər. Hamısını burada öyrənirik. Dünya, cənnət kursudur, cənnət kursu. Cənnəti necə istifadə edəcəyimizi, cənnətdə necə zövqlər alacağımızı öyrədir.

Cənnətdə hər şey, məsələn, avtomobildən zövq almağı biz burada öyrənirik. Cənnət avtomobillərindən da ona görə zövq alacağıq. Məsələn, uçmağın zövqünü biz burada alırıq. Yoxsa bilmərik, ehtiyac da duymarıq. Onun üçün bu qədər uzun və təfərrüatlı təhsildən keçirik. Bu kursu bitirən cənnətdə, bütün zövqlərdən çox geniş zövq alacaq hala gəlir. İnsan sevgisini burada öyrənirik, şəfqəti burada öyrənirik, məhəbbəti burada öyrənirik, eşqi, ehtirası burada öyrənirik, hamısını burada öyrənirik. Bir çox şeyi burada öyrənirik. Az şeyi cənnətdə öyrənəcəyik. Bir çox şeyi burada öyrənirik. Məsələn, bəzəkli bir süfrə, biz burada öyrənirik.

Cənnət süfrələrindən ona görə zövq alacağıq. Yoxsa süfrə, baxar, yaxşı, gözəl. Amma qədəh, məsələn, “Cənnət qədəhlərindən” bəhs edilir. Qədəhi biz bu dünyada sevirik. Mənim qədəhlərə marağım çoxdur, çölə çıxanda çox gözəl stəkanlar alıram -qədəhlər, hər növ qədəh, bir növ kolleksiya tərzində. Hər dəfə dəyişik, çay içərkən ayrı, meyvə suyu içərkən ayrı bir qədəhlə, ayrı bir stəkanla içməyi xoşlayıram. Əcaib gözəl hazırlayırlar, çox bəzəklidir. Ruhumda var qədəh sevgisi, stəkanlara qarşı olan sevgi. Çünki cənnət qədəhlərinə olan meyildən gəlir bu. Məsələn, gözəl süfrəni xoşlayıram mən. Cənnətə olan meyildəndir, cənnət ruhudur.