Adnan Oktarın 11 mart 2011 Kocaeli Tv-dəki canlı söhbətindən

ADNAN OKTAR: Hud surəsi, şeytandan Allaha sığınıram. 49, Allah deyir ki; “Bu halda səbir et.” Müsəlman həmişə yaxşılıqda, gözəllikdə olsa, buna səbir deyilir. “Səbir et. Şübhəsiz,” “şübhə etməyin” deyir Allah. “Gözəl olan nəticə təqva sahiblərinindir.” Allah kim İslama, Qurana qarşı diqqətlidirsə, gözəl nəticə dünyada da, axirətdə də onların olacaq deyir, Allah müjdə verir, inşaAllah. 61-ci ayə; “Elə isə Ondan bağışlanma diləyin, sonra Ona tövbə edin.” Allaha tövbə edin. “Şübhəsiz, mənim Rəbbim, yaxın olandır, (duaları) qəbul edəndir.” Tövbə etmək bərəkətdir, ürəyə rahatlıq verər, Allah insanın üzərindəki ağırlığı qaldırar, rahatlıqdır. Tez-tez tövbə etmək çox əhəmiyyətlidir. Ürəyi rahatlaşdıran, ağılı açan bir gözəllikdir. Allah qəlbi açar və Allahın razılığına uyğun bir hərəkətdir. “Allahın kəkilindən tutub-nəzarət etmədiyi heç bir canlı yoxdur.” Böcəklər daxil, viruslar daxil, bakteriyalar daxil, “hamsına Mən nəzarət edərəm” deyir Allah. “Şübhəsiz, mənim Rəbbim, doğru bir yol üzərindədir (doğru yolda olanı qoruyur.)”