Adnan Oktarın 8 Fevral 2011də Kaçkar Tv-dəki söhbətindən

Adnan Oktar: Şeytandan Allaha sığınıram. “And olsun” Allah deyir, “Biz Nuhu öz qövmünə (elçi olaraq) göndərdik. Beləcə, qövmünə dedi ki: “Ey qövmüm, Allaha qulluq edin. Sizin Ondan başqa İlahınız yoxdur, yenə də çəkinməyəcəksinizmi?” Bax, həyatın istiqaməti çox qısadır. Allah var, Allah birdir, Ona qulluq edin, bir də çəkinin deyir, “çəkinməyəcəksinizmi?” deyir. “Bunun üzərinə, qövmündən inkar etmiş öndə gələnlər.” Baxın, inkar edir, bir də öndə gələn. “Dedilər ki: “Bu, sizin bənzəriniz olan bir bəşərdən başqası deyil.”” Ümumiyyətlə, nə vaxt bir Mehdi (ə.s) gəlsə, nə vaxt Peyğəmbər gəlsə, mütləq ki, bəyənməmişlər. Yəni “bəşərə bənzəyir, bir şeyi yoxdur, qılığı, paltarı, rəftarı eynilə sizin kimi bir insandır” deyir. “Yeyir, içir, gəzir, danışır, zarafatlar edir, yəni nə fövqəladəliyi var ki” deyirlər. “Sizə qarşı üstünlük əldə etmək istəyir.” Yəni hakim olmaq, Mehdilik tələbi, səltənət tələbi, güc tələbi bunun üçün gəldi deyirlər, məqsədi budur deyirlər. “Əgər Allah (qarşıya qoyduqlarını) diləmiş olsaydı, şübhəsiz, mələklər endirərdi. Həm biz keçmiş atalarımızdan da bunu eşitmiş deyilik.” “Əgər” onlar deyir, Allah qarşıya qoyduqlarını diləmiş olsaydı”, elə bir şey etmək istəsəydi şübhəsiz, mələk endirərdi. “Niyə bir insan göndərsin” deyirlər. “Bir insan niyə Peyğəmbər olsun, mələyin şəxsən özü gəlir, o Peyğəmbər olardı” deyirlər. “Həm biz keçmiş atalarımızdan bunu eşitmiş deyilik.” Ən böyük təhlükə məhz budur, ənənədir. “Mən müəllimimdən, alimimdən, yoldaşlarımdan bunu eşitmədim.” Belə bir şey yoxdur, deyir. Halbuki, peyğəmbərlər həmişə ənənələri yıxmağa gəlirlər. Hz. Mehdi (ə.s) da elə, ənənələrdə səhv olan inancları, səhv düşüncələri yıxmağa gəlir. Bax, dərhal hər dövrdə edilən müdafiə metoduna keçirlər. “O, özündə dəlilik olandan başqası deyil.” “Bu insan” deyirlər, “bu insan, bu şəxs, haşa, dəlidir” deyirlər, müdafiə metodu olaraq. Qarşı gələ bilməyincə, razı sala bilməyincə, onun dürüstlüyünə, keyfiyyətinə, gözəlliyinə söz tapa bilməyincə nə deyir? Dərhal dəli olduğunu iddia edir. “Onu müəyyən bir müddət müşahidə edin.” Yəni izləyin. Deməli, Mehdilər və mürşidlər həmişə təqib və nəzarət altında qalırlar, hədisdə də var. “Hz. Mehdi (ə.s)-ı, dəccalın silahlı adamları izləyər” hədisdə deyilir. O dövrün qeyri-qanuni ünsürləri və yaxud qanuni ünsürləri, rəsmi vəzifəliləri və ya qeyri-rəsmi insanlar onu izləyirlər. “Rəbbim” dedi (Nuh). “Məni yalanlamalarına qarşı mənə kömək et.” Həmişə Allahdan kömək diləyir. “Beləliklə, Biz ona: “Nəzaritimiz altında və vəhyimizlə gəmi düzəlt.” Allah, “Mən daima gözləyirəm” deyir. Amma bir gəmi düzəldilir, gəmi düzəldilərkən daima vəhylə düzəldilir. Məsələn, taxtaları necə olacaq, necə formada olacaq, böyüklüyü nə qədər olacaq, eni nə qədər olacaq, boyu nə qədər olacaq, hamısında vəhy alır. Vəhyə görə edir. “Necə ki, Bizim əmrimiz gəlib təndir qızınca, onun içinə hər (növ heyvandan) iki cüt ilə içlərindən əleyhlərinə söz keçmiş (əzab gərəkmiş) olanlardan başqa ailəni də götür.” Təndir qızınca, bu bir çox mənaya gələ bilər, Allah bunu söyləmişdir. Hz. Nuh (ə.s)-ın gəmisinin başa düşülməsi üçün tam olaraq araşdırılması lazımdır. Ağrıda, böyük bir gəmi fosili tapıldı. Çox böyük bir gəmi fosili tapıldı. Allahu aləm o, hz. Nuh (ə.s)-a aid olan gəmidir. Amma təfərrüatlı girilmədi. Nə otaqlara girildi, nə digər tərəflərə girildi. Yalnız bir qisminə girildi. Təndirdə qəsd nədir? Yəni orada bəlkə gəminin hərəkət etməsi nəticəsində, bəlkə bir yemək bişirdilər, bir qazan qaynayırdı, təndir qazanı. Gəminin hərəkət etdiyinin əlaməti, işləri bitmişdir, yemək yeyəcəklər, “təndir qaynadığında qızınca” yəni artıq hadisə bitmişdir. “Onun içinə hər (növ heyvandan) iki cüt ilə.” Yəni hər heyvandan bir cüt deyil, iki cüt Allah deyir. Məsələn, bir dişi, bir erkək qoyun, amma bir dişi bir erkək qoyun daha. Məsələn, bir dişi, bir erkək mal, yenə bir dişi, bir erkək mal. “İçlərindən əleyhlərinə söz keçmiş (əzab gərəkmiş) olanlardan başqa ailəni də götür.” Ailəsindən də dindar olanları, həqiqətən, Allaha inananları, onları da gəminin içərisinə qoy deyir. “Zülm edənlər mövzusunda Mənə yalvarma.” Məsələn, oğlu, yoldaşı kim olursa olsun. Bax, nə oğlu üçün Allah duanı qəbul edir, nə yoldaşı üçün. Deməli, ailədə əgər dinsizlik varsa, o ailədən uzaqlaşmış olmur. Yəni mütləq anam, atam, heç fərq etməz. Yəni mütləq ya hicrət edəcək, ya bir həll yolu tapacaq. Çünki o, onun ailəsindən olmur. “Zülm edənlər mövzusunda Mənə yalvarma, çünki onlar boğulacaqlar deyə vəhy etdik. Beləcə sən, bərabərində olanlarla gəmiyə mindiyində o zaman de ki.” Tam gəmiyə mindiyi vaxt. “Bizi o zülm edən qövmdən qurtaran Allaha həmd olsun.” İndi gəmi bitir, heyvanları götürmüş, iman edənlər kimdirsə onları da götürmüş, bütün bu əməliyyatlar bitdikdən sonra, gəminin qapılarını bağlayınca nə deyir? “Bizi o zülm edən qövmdən qurtaran Allaha həmd olsun.” Ayrı bir qövm meydana gəlmiş olur. Hz. Nuh (ə.s), o dövrün Mehdisidir və ətrafındakılar da Mehdi tələbələridir. O, hz. Nuh (ə.s)-ın gəmisidir, inşaAllah. “Və de ki: “Rəbbim, məni mübarək bir evdə endir, Sən qonaq edənlərin ən xeyirlisisən.” Mübarək bir ev, yəni mübarək hesab edilmiş gözəl bir yerə endir. “Sən qonaq edənlərin ən xeyirlisisən.” “Gəmidə də bizi qonaq edən Sənsən” deyir Allah, “gəmi oturduğunda yenə qonaq edəcək olan, bizə nemət verəcək olan Sənsən” deyir.