ADNAN OKTARIN QAZİANTEP OLAY TV-DƏKİ CANLI REPORTAJI (21 DEKABR 2010)

 

Ənbiya surəsində, 105-ci ayə. Şeytandan Allaha sığınıram. “And olsun, Biz zikrdən sonra” Tövratdan sonra. “Zəburda da: “Şübhəsiz, ərzə saleh qullarım varis olacaq” deyə yazdıq.” Əbcədi 2051-i verir. Baxın, “Şübhəsiz” Allah deyir. Şübhəsiz, demək nə deməkdir? Mütləq olacaq. “Ərzə” dünyaya “saleh qullarım”  səmimi olan qullarım “varis olacaq.” Yəni Mehdi (ə.s) və tələbələri “deyə yazdıq.” Baxın, bir tək əbcəd, 2051-i verir. Amma harada yazdığını Allah ifadə edir. “And olsun, Biz zikrdən sonra Zəburda da” deyir. O zaman biz nə edəcəyik? Allah bizə iki yer ifadə etmişdir. Bir zikr Tövrat, iki Zəbur. O zaman deməli, Tövrat və Zəbur bizim vaxtımıza qədər qalacaq və doğru olan qisimləri də qalacaq. Deməli, Tövrat və Zəbur tamamilə pozulmayacaq, tamamilə təhrif olmayacaq. Doğru olan qisimləri qalacaq. Doğru olan qisimləri hansı qisimlərmiş? Məhəmməd Mehdi (ə.s) ilə əlaqədar olan qisimlər və digər yerlər. Bəzi başqa yerlər də var, doğru olan bir çox yeri var. Pozulan yerləri də var, pozulmayan yerləri də var. Amma baxın, pozulmayan yerlərinə Allah diqqət çəkir. “And olsun” and içir, çünki Allah and içir. “Biz zikrdən sonra Zəburda da: “Şübhəsiz, ərzə saleh qullarım varis olacaq” deyə yazdıq.” O zaman biz nə edirik? Tövratı və Zəburu açıb baxırıq. Bir də baxırıq ki, Tövratda Mehdi (ə.s) çox əhatəli təsvir edilir. Şiloh adı ilə, Kral Məsih adı ilə və bir çox Tövratda yenə Mehdi (ə.s)-ın ləqəbləri vardır, gözəl ləqəbləri vardır. Bu adlarla xatırlandığını görürük. Üzünün gözəlliyi, üslubu, rəftarı, gedişatı, nə vaxt çıxacağı, cismi, o dövrdə iqtisadi böhran olacağı, insanların dinsizliyə yönəldiyi vaxt çıxacağı, göydə əlamətlərin meydana çıxacağı; Mehdi (ə.s)-ın çıxış zamanında. Qan axacağı, hərc-mərclik mühitində, anarxiyanın yayıldığı mühitdə çıxacağı, dünyanı dinsizliyin əhatə edəcəyi və Mehdi (ə.s)-ın da gəlib dünyaya ədalət təqdim edəcəyi, iqtisadi böhranın dayanacağı, qanın dayanacağı, terrorun, anarxiyanın dayanacağı, dünyaya haqq dinin hakim olacağı, Tövratda çox açıq izah edilir, təfərrüatlarını izah edir. Quranın xəbərinə biz də uyaraq, Tövratda açdıq baxdıq və bu həqiqəti kitab halına gətirdik. “Mehdi (ə.s) İbrahim (ə.s) nəslindəndir” deyə kitab halına gətirdik. Oxuduğum ayə 105-ci ayə idi , Ənbiya surəsi. Həqiqət budur ki, qulluq edən bir qövm üçün bunda (Quranda) “açıq bir mesaj” (və ya həqiqi bir çıxış yolu) vardır.” “Qulluq edən bir qövm üçün,” baxın, bu mövzuda Allah indi bizə Qurana işarə edir.  “Açıq bir mesaj və həqiqi bir çıxış yolu vardır.” Dünya hakimiyyətini yenə Nur surəsinin 55-ci ayəsində və Ənbiya surəsi 105-ci ayəsində də görürük. Və bir çox ayədə açıq-açıq bəyan edildiyini görürük. Dünyanın qurtuluşu, hidayət, Allaha yaxınlaşmaq, Haqq din hamısını Allah Qurandan öyrənə biləcəyimizi bizə söyləyir, amma yalnız Qurandan və Rəsulullah (s.ə.v)-in bizə Quranı təfsir etdiyi şəkildə. Yenə 107-ci ayədə Allah, şeytandan Allaha sığınıram. “Biz səni aləmlər üçün yalnız bir rəhmət olaraq göndərdik.” Aləmlər, aləmlər nədir? Cin aləmi, insan aləmi, bütün dünyadakı varlıqlar, hamısı üçün “bir rəhmət olaraq göndərdik.” Bunun əbcədi də hicri 1431-ci ili verir. Miladi də 2010 tarixini verir. Bax, “Biz səni aləmlər üçün yalnız bir rəhmət olaraq göndərdik”. Quranın hər yeri belə möcüzələrlə doludur.