ADNAN OKTARIN SAMSUN AKS TV VƏ TV KAYSERİDƏKİ CANLI REPORTAJI (3 OKTYABR 2010)

 

“Onlardan kimisi də: And olsun, əgər bizə bol lütfkarlığından versə, həqiqətən, sədəqə verəcəyik və salehlərdən olacağıq, deyə Allaha əhd etmişdir. Onlara, Öz bol lütfkarlığından verincə isə, onunla xəsislik etdilər və üz çevirdilər; onlar belə arxa çevirənlərdir” (Tövbə surəsi, 75-76)

 

ADNAN OKTAR: Münafiqin doymaq bilməyən maddi ehtirası olar. Yəni nəyə yaradığı da müəyyən olmaz, həmişə münafiqlər yığmaq istəyər. Xərcləmək istəməz, Allahın hikmətidir, Allah onlara elə qəribə bir xəstəlik vermişdir. Onsuz da cinayət törətməsinin də əsas səbəblərindən biri də odur. Məsələn, Peyğəmbərimiz (s.ə.v)-in yanından ayrılmalarının səbəbi odur və ya hz. Mehdi (ə.s)-a düşmən kəsilmələrinin səbəbi də odur. Yəni getdiyi yerdə daha çox qazanc qazanacağını düşünərək gedər. Məsələn, Peyğəmbərimiz (s.ə.v)-in yanında rahatlayır, iqtisadi vəziyyəti yerində, amma indi daha çoxunu istəməsi mövzusu gündəmdə olduğu üçün, mallara və oğullara qovuşma ehtirası olduğu üçün Peyğəmbər (s.ə.v)-in yanında da dayana bilmir. Münafiqin başı həmişə çöldə qalar. Həmişə daha çox, həmişə daha çox, həmişə daha çox ruhu onu, münafiqi boğar. Onun üçün münafiq həmişə yer dəyişdirər, sadiq olduğu heç kim yoxdur. Bir ora gedər, bir bura gedər; daima axtarar, bir şeylər axtarar, yəni mal əldə etmək istəyər, pul əldə etmək istəyər. Allah verməsin, onu cinayətə qədər də aparar. Məsələn, fərz edək dayısını sevir; qıraqdan baxan insan da, dayısına qarşı bir məhəbbəti var zənn edər. Halbuki, o, onun ölümünü gözləyir. Ölmürsə də, münafiq  öldürməyə çalışar. Yəni təbii olaraq ölmürsə, öldürməyə çalışar. Münafiq o cür psixopatdır, elə şeyi olmaz. Şeytan ruhludur, çox təhlükəlidir. Məsələn, televiziyalarda, orada-burada cinayət hadisələri görürük. Bunlar, həmişə şeytanın ələ keçirdiyi insanlardır. Yəni ağlı tarazlığını itirmiş, şeytana təslim olmuş məxluqlardır.