Adnan Oktarın Kaçkar Tv-dəki canlı müsahibəsi (29 dekabr 2010)

“Bir zaman mələklərə: “Adəmə səcdə edin!” – demişdik. İblisdən başqa hamısı səcdə etdi. O, səcdədən imtina etdi”. Mən “səcdə etmərəm” -deyir. Adəm (ə.s)-a səcdə etdirir Allah, nəfsinə ağır gəlir. Hz. Adəm (ə.s)-ın qarşısında əyilmək, səcdəyə qapanmaq, nəfsinə ağır gəlir, qəbul etmir. Şeytandan Allaha sığınıram. “Biz dedik: “Ey Adəm! Bu, həm sənin, həm də zövcənin düşmənidir””. Allah diqqət çəkir; “Ey Adəm! Bu, həm sənin, həm də zövcənin düşmənidir”, “bunun xüsusiyyəti budur” -deyir Allah. “Sənə və yoldaşına, insanlara düşməndir” -deyir. “O sizi Cənnətdən çıxartmasın, yoxsa bədbəxt olarsan” –deyir. “Cənnətdə xoşbəxtlik var, cənnətdən çıxarsansa bədbəxt olarsan” -deyir, Allah, diqqətini çəkir. “Sən orada nə ac qalacaq, nə də çılpaq olacaqsan”. Baxın, “nə ac qalacaq” acmaq hissi yoxdur cənnətdə. “Nə də çılpaq olacaqsan”. Daima Allah onun üzərində paltar yaradır cənnətdə. Bütün paltarları yaradan Allahdır. Məsələn, Allah Quranda “sizə geyimlər nazil etdik” -deyir. Çünki biz beynimizin içində Allahın yaratdığı paltarı görürük, çöldəki paltarı görə bilmərik. Çöldəki paltarın nə rəngi vardır, nə də bu cür örtmə xüsusiyyəti vardır, çünki maddə şəffafdır çöldə, qapqara qaranlıq vardır. Örtə bilən olmasını Allah bizim beynimizdə yaradır. “Sən orada nə ac qalacaq, nə də çılpaq olacaqsan”. “Cənnətdə qalmağın ancaq mənə itaət etməyinlə olar, mənə bağlı olmağınla olar” -deyir Allah. “Sən orada nə susayacaq”, cənnətdə susama hissi yoxdur, acmaq hissi yoxdur, çılpaq qalmaq yoxdur. “Nə də bürküdən əziyyət çəkəcəksən!” Həddindən artıq soyuq, həddindən artıq isti yoxdur. Mülayim, gözəl bir iqlimi var cənnətin. “Şeytan ona vəsvəsə edib dedi: “Ey Adəm! Sənə əbədiyyət ağacını və tükənməyəcək bir mülkü göstərimmi?””, Hz. Adəm (ə.s), Allahın sözünə güvənməli olduğu halda, şeytanın sözünə etibar edib, vəsvəsəyə düşür. Baxın, “Şeytan ona vəsvəsə edib dedi: “Ey Adəm! Sənə əbədiyyət ağacını və tükənməyəcək bir mülkü göstərimmi?” Onsuz da cənnətdə sonsuz qalacaq. Normalda sonsuz qalacaq, amma şeytan, “sonsuz qalmayacaqsan, sənə mən bir yol göstərəcəyəm, üsul göstərəcəyəm, o zaman sonsuza qədər qalacaqsan, amma mənim sözümü dinləyəcəksən” -deyir. Halbuki, Allah onsuz da söyləyib; “Sonsuza qədər qalacaqsan” -deyir. Allahın sözünə inanmalı olduğu halda şeytanın sözünə inanır. “Tükənməyəcək bir mülkü göstərimmi?” “Bu mülk, bunların hamısı yox olacaq” –deyir, “amma yox olmayacaq şəkildə olmasını istəyirsənsə, sənə söylədiklərimi et” -deyir. Baxın, cənnətdə belə əgər iman zəifliyi olarsa, insanın nə hala gələcəyini Allah göstərir. Çünki biz cənnətə getdikdə imanlı gedəcəyik və imanlı olduğumuz üçün cənnətdə rahat olacağıq. İmanı olmayan cənnətdə yenə vəsvəsəyə qapılar, yenə narahat olar. Məsələn, bir kafir cənnətdə olsa çox narahat olar, çünki Allahdan yenə şübhə edər. Biz Allahı, Allahın Özünü bildiyi kimi heç bir zaman bilməyəcəyik. Allahın Öz Özünü bildiyi kimi bilməsi üçün bir insanın haşa Allah olması lazımdır. Belə bir şey də olmayacağı üçün, Allaha həmişə iman edəcəyik, inşaAllah. “İkisi də”, Adəm və Həvva, “ondan yedilər və ayıb yerləri özlərinə göründü”. “Əgər bu meyvəni yesəniz sonsuza qədər həm yox olmayacaqsınız, ölməyəcəksiniz, sonsuza qədər yaşayacaq, həm də mülk də itməyəcək, mülk də davamlı qalacaq” -deyir. Allahın sözünə güvənməyib şeytanın sözünə güvəndikləri üçün onu edib, elə bir şey əldə etmək istəyirlər. Allahın özlərindən o həqiqəti gizlətdiyini və şeytanın bildiyini zənn edirlər. Onlar üstlərinə Cənnət ağaclarının yarpaqlarından örtməyə başladılar”. Dərhal o açılan yerlərini örtməyə çalışırlar. “Beləliklə, Adəm Rəbbinə asi olub səhv yol tutdu”. Allah öz gücünü göstərir. Tükənməyəcək mülkdən bəhs edərkən, o mövcud olanı da itirir, üzərindəki paltarları də gedir, inşaAllah. “Sonra Rəbbi onu seçib tövbəsini qəbul etdi və onu doğru yola yönəltdi”. Çox peşman olur təbii ki, Hz. Adəm (ə.s), “doğru yola yönəltdi” -deyir. Onun görə də imanlı olmağın əhəmiyyətini Allah bizə göstərir. Çünki cənnətdə də möminlər Allahdan razı olmuş olaraq, Allah da onlardan razı olmuş olaraq təhqiqi imanla gedirlər. Cənnətdə də sonsuza qədər Allaha iman edir mömin, heç Allahdan şübhəsi olmur. Hər zaman Allahı sevir, hər zaman Allaha bağlı olur. Təhqiqi imanın əhəmiyyətini də Allah burada göstərmiş olur.