Adnan Oktarın 28 yanvar 2011-ci ildə Kaçkar Tv-dəki canlı söhbətindən

Adnan Oktar: “Bir şeyi yaratmaq istədikdə ona təkcə: “Ol!” deyər, o da olar” -deyir Allah. O cür təkamül filan olmur. “De: “Onları ilk dəfə yaradan Özü onları dirildəcəkdir. O, hər bir məxluquna yaxşı bələddir””. “Hər cür yaratmağı Mən bilirəm” -deyir Allah. “Hər yaratmağı bilir”. “İlk dəfə sizi necə yaratdımsa, axirətdə də eyni şəkildə yaradacağam” -deyir Allah. “Mələkləri, cinləri necə yaratdımsa”.

“Onların sözü səni kədərləndirməsin”. Haramdır. Baxın, ayə var. “Onların sözü səni kədərləndirməsin”. Möhkəm ayə. Bu ayəyə görə haramdır. Yəni “səni kədərləndirməyə bilər” -demir Allah. “Kədərləndirməsin”. Kədərləndirməsin əmrdir. Buna görə də, kədərlənmək haramdır. Namaz kimi, oruc kimi əmrdir bu. “Şübhəsiz ki, Biz onların nəyi gizli saxladıqlarını və nəyi aşkar etdiklərini bilirik”. Məsələn, gizləyir fikrində, şüuraltında gizləyir. Zənn edir ki, bilinmir. Halbuki, ağlından keçəni onsuz da Allah yaradır. Allah bütün təfərrüatı ilə bilir. “O Bizə bir məsəl çəkdi, lakin yaradılışını unutdu. O dedi: “Çürümüş sümükləri kim dirildə bilər?” De: “Onları ilk dəfə yaradan Özü onları dirildəcəkdir. O, hər bir məxluquna yaxşı bələddir””. “İlk dəfə yaratdım” -deyir Allah. “İlk dəfə necə yaratdımsa, yenə yaradaram” -deyir. “Və hər an yaradıram” -deyir Allah, “hər an yaradıram”. Beynimizin içində Allah görüntü olaraq da yaradır, xarici aləmdə də yaradır.