ADNAN OKTARIN KAHRAMANMARAŞ AKSU TV VƏ QAZİANTƏP OLAY TV-dəki CANLI REPORTAJI (30 OKTYABR 2010)

 

Taha surəsi, 24. Allah hz. Musa (ə.s)-a deyir ki ; “Firona get, çünki o azmışdır.” Mənə deyirlər ki; “Niyə masonlara təbliğ edirsən?” Allah, “Firona get” deyir. Masonlar Firondan daha aşağıdır və yaxud daha yuxarıdırmı? Ona deyildiyinə görə, hər kəsə təbliğ edilə biləcək deməkdir. “Dedi ki: “Rəbbim, mənim sinəmi aç.”” İlk istədiyi odur; həyəcanlı, ürəyində tez-tez döyüntü olur, təzyiqi də qalxır, narahat olur, onun üçün; “sinəmi aç” deyir. “Mənim işimi asanlaşdır. Dilimdən düyünü aç.” Həyəcandan danışa bilmir, dili dolaşır. “Ki söyləyəcəklərimi qavrasınlar.” “Ailəmdən mənə bir köməkçi ver, qardaşım Harunu.” Harun yəhudilərdə də əhəmiyyətli bir addır. Harun masonluqda da çox əhəmiyyətlidir. “Qardaşım Harunu. Onunla arxamı qüvvətləndir. Onu işimdə ortaq et, beləcə Səni çox təsbeh edək və Səni çox zikr edək. Şübhəsiz, Sən bizi görürsən.” (Allah) Dedi ki: “Ey Musa istədiyin sənə verilmişdir. And olsun, Biz sənə bir daha lütf etmişdik” Allah deyir. “Anana vəhy olunan şeyi vəhy etmişdik, (belə ki:)” Allah hz. Musa (ə.s) üçün söyləyir, “Onu sandığın içinə qoy.” Bax, burada sandıq keçir. Sonradan qızıl örtülüb, müqəddəs sandıq halına gəlir, inşaAllah. Bunu tapacağıq, inşaAllah. Bax, “onu sandığın içinə qoy.” Orada da sandıq, burada da sandıq keçir, başqa bir şey deyil. “Suya burax, beləcə su onu sahilə buraxsın.” “Sahilə”, baxın burada bir şifrə var. “Suya burax, beləcə su onu sahilə aparsın.” Dəniz kənarında bir şey var. “Onu Mənim də düşmənim, onun da düşməni olan biri götürəcək.” Həm Musa (ə.s)-a, həm də Mehdi (ə.s)-a işarə edən bir ayədir. Deməli, Mehdi (ə.s) də dənizin kənarında bir mübarizə aparacaq. Yəni belə bir qalalara, bəzi küfr qalalarına, elmi bir mübarizə aparacaq. “Gözümün qarşısında yetişdirilməyin üçün, Özümdən sənə bir sevgi yönəltdim.” “Sevməyi Mən yaradıram” Allah deyir. Məsələn, əvvəl Mehdi (ə.s)-dan insanlar çox qorxub çəkinəcəklər. Amma sonra da Allah sevgini meydana gətirir. “Sevgini yönəltdim” deyir. “Mədyən xalqı arasında da illərcə qalmışdınız, sonra bir qədər üzərinə (bura) gəldin, ey Musa” Allah deyir. Burada da təbii ki, bir şey var. Mədyən xalqı arasında bir məna var.

 

Taha surəsi, 45; “Dedilər ki: “Rəbbimiz, həqiqətən, onun bizə qarşı davranışından, ya da “azğın davranmasından” qorxuruq.” Taha surəsində. Yəni küfr və dəlalət hər vaxt daşqındır. Allahdan qorxmadıqları üçün azğın və daşqın, idarəsiz olurlar. Dedi ki: Allah “Qorxmayın, çünki Mən sizinlə birlikdəyəm; eşidirəm və görürəm.” Bu an Allah bizi eşidirmi, görürmü? Görür. İnsanlar bunu tez-tez unudarlar. Allah da bunu Quranda tez-tez xatırladır. Həmişə, “ah, mən nə edəcəyəm?” deyir, başını divarlara vurur. Halbuki o anda, Allah onu həm eşidir, həm görür, hadisəni də onsuz da Allah yaradır. Özü etdi zənn edir. Onun üçün pis olur. Bitmişdir, doğrumu?