Adnan Oktarın Qaziantep Olay Tv-dəki canlı müsahibəsi (7 dekabr 2010)

 

Adnan Oktar: 11-ci ayə Təğabun surəsi, şeytandan Allaha sığınıram, “Allahın izni olmadan heç kəsə bir müsibət üz verməz”. Yəni, “Allah əvvəlcədən təyin etmədən, əvvəlcədən hazır olmadan bir insana heç bir müsibət üz verməz” -deyir. “Mütləq hələ qabaqcadan Allah tərəfindən o təqdir edilmişdir” -deyir, “hər hadisə ona görə baş verir” -deyir. Adamlar bəzən “bu haradan çıxdı, necə oldu” deyirlər. Belə bir şey yoxdur, yəni mütləq qabaqcadan Allah tərəfindən təqdir edilmiş olur və Allahın məlumatı daxilində xeyir və hikmətlə yaradılır. “Allahın izni olmadan heç kəsə bir müsibət üz verməz. Hər kəs Allaha iman gətirsə, Allah onun qəlbini haqqa yönəldər”.  Kim Allaha iman etsə, onun qəlbini haqqa yönəldər. Yəni Quranı, İslamı yaşamaq ruhuna yönəldər. “Allah hər şeyi bilir”. Yəni dünyadakı bütün elmləri, insanların bilmədiyi bütün elmləri də, hər şeyi, hər cür elmi biləndir. “Allaha və Onun Elçisinə itaət edin!” Allaha itaət edin, Qurana tabe olun, Rəsula itaət edin, yəni Peyğəmbər (s.ə.v)-ə tabe olun. Peyğəmbərimiz (s.ə.v)-ə o zaman imam olaraq, komandan olaraq müsəlmanlar tabe olmaqla mükəlləfdirlər və həmçinin Peyğəmbərimiz (s.ə.v)-in sünnəsinə tabe olmaqla. “Əgər üz çevirsəniz, bilin ki, Elçimizin öhdəsinə düşən yalnız açıq bir təbliğdir”. Yalnız həqiqəti çatdırmaq, izah etmək. Yəni, Peyğəmbər (s.ə.v) üçün “təzyiq göstərməklə mükəlləf deyildir” -deyir. Bax, “Elçimizin öhdəsinə düşən yalnız açıq bir təbliğdir”. Bu səbəbdən, İslamda təzyiqin olmamasına, şiddətin olmamasına dəlildir bu. Yalnız təbliğ edir, haqqı çatdırır. Əməl edən edər, etməyən etməz. İstəyən inanar, istyən inanmaz. “Allah! Ondan başqa heç bir məbud yoxdur. Qoy möminlər yalnız Allaha təvəkkül etsinlər”. Allaha təvəkkül, dünyadakı ən böyük lüksdür. Yəni həqiqətən Allaha təvəkkül edən bir insan olduqda, içi inanılmaz dərəcədə rahatlayar. Təvəkkülü unudarsa, dünya onun üzərinə çökər. Təvəkkül edərsə də bütün dünya onun xidmətinə girər Allahın diləməsiylə. Çox-çox rahat edir. Dünyadakı ən böyük lüks təvəkkül və imandır, Allaha iman etmək və təvəkkül etmək inşaAllah.

“Ey iman gətirənlər! Şübhəsiz ki, zövcələrinizdən və övladınızdan sizə düşmən olanlar da vardır”. Məsələn, bəzən həyat yoldaşı, bəzən uşağı, yəni ailə üzvləri bəzən bir-birinə düşmən olurlar. Məsələn, atası oğluna, oğlu anasına, anası öz oğluna. Səbəb ailə daxilində tam bir ittifaqın olmamasıdır. Yəni, hər bir ailə üzvü eyni inancda, eyni düşüncədə olmaz. Məsələn, oğlu cəhənnəmə gedər, atası cənnətə gedər. Atası cəhənnəmə gedər, oğlu cənnətə gedər, tam tərsi də ola bilər. Ona görə insanlar cənnətə ailəcə girməzlər. Ailə bölünür, yəni bir qismi cəhənnəmə gedir, bir qismi cənnətə. Bəzən hamısı cənnətə gedər. Bəzən hamısı cəhənnəmə gedər. Quran ona diqqət çəkmişdir. “Onlardan özünüzü qoruyun!” Yəni anormallıq etmələrindən, təcavüzkarlaşmalarından, psixopatlıq etmələrindən özünüzü qoruyun. “Lakin onları əfv etsəniz, günahlarından keçsəniz və bağışlasanız, bilin ki, Allah Bağışlayandır, Rəhmlidir”. Bağışlamağın daha üstün olduğunu söyləyir Allah. Yəni müsəlman onlardan özünü qoruyur amma bağışlayır, qüsurlarını üzlərinə vurmur və qüsurlarından keçir. “Bilin ki, Allah Bağışlayandır, Rəhmlidir”. “Həqiqətən, var-dövlətiniz və övladlarınız ancaq bir sınaqdır”. Allah beynimizin içində bir mal-mülk yaradır və yaxud bir uşaq yaradır, adam da uşağı özü yaratdı zənn edir, malını özü qazandı zənn edir. Halbuki malı da, uşağı da onun beynində Allah yaradır. Çöldə əsilləri var, insan əsli ilə əsla təmasda ola bilməz. Yəni kənardakı uşağı qapqara qaranlıq içində şəffaf bir varlıqdır və səs çıxara bilməz, o yalnız dalğalar yaradar ağzında. Yəni, ağzında elektromaqnit dalğalar meydana gələr və yaxud maqnit dalğalar meydana gələr o qədər və qaranlıqdır. Malı da onun kimi, məsələn, gəmisi çöldə şəffafdır və qapqara qaranlıqdır. Heç bir xüsusiyyəti yoxdur o vəziyyəti ilə. Allah onun beynində gəmisini parıltılı, işıqlı və rəngli edər. Səsi meydana gətirər, görünütünü, qoxunu meydana gətirər. Məsələn, masanın üzərinə plov gəlir, hind toyuğu plovu. Hind toyuğu normalda şəffafdır çöldə və qapqara qaranlıqdır, qoxusu da yoxdur, dadı da yoxdur. Heç bir şeyi yoxdur. Yəni heç bir xüsusiyyəti yoxdur. Qoxunu və dadı Allah beynimizdə meydana gətirir. Beyinin şərhidir. Allahın yaratması ilə olur. Yoxsa plovun heç bir mənası olmaz. Doyma hissi, aclıq hissi tamamilə Allah tərəfindən verilir, beyinə verilir, yəni ruhda hiss edilir. “Həqiqətən, var-dövlətiniz və övladlarınız ancaq bir sınaqdır” -deyir Allah. Yəni, “bu görüntü ilə sizi sınağa çəkirəm” -deyir Allah. Yəni film ekranı kimi. Amma məsələn, filmdə mal göstərilir, bunlar mənimdir deyir. Uşaq rəsmi göstərilir, bu uşaq mənimdir deyir. Necə əmələ gəldi bu uşaq deyirsən. Bunları mən yaratdım deyir. Görüntünü kim oraya gətirdi deyirsən? O məni maraqlandırmaz deyir. Onu mən yaratdım deyir. O malı kim görüntü halına gətirdi deyirsən, o görüntünü sənə kim göstərir deyirsən. O da məni maraqlandırmaz deyir haşa. Yaxşı nədir deyirsən. O malları da mən yaratdım deyir. Mənim ağlımla, mənim zəkamla oldu deyir. Sənin ağlını, zəkanı kim yaratdı deyirsən. O da məni maraqlandırmaz, onu da mən yaratdım deyir. Bax, axirətdə də Allah ağıllarını alır, nemətlərini alır, imkanlarını alır. Tam onların inandığı kimi çox pərişan olacaqları bir həyat yaşadır. Məsələn, mutasiyalarla, təkamüllə oldu deyirlər ha, tam o cür qarmaqarışıq bir sistem var. Təsadüflərin necə dünya meydana gətirəcəyini Allah onlara göstərir, axirətdə. Hər yer alov, hər yer duman, qarmaqarışıq, büzüşmüş insanlar, ağzı burnu dəyişmiş insanlar, qışqır-bağır salanlar. Tam bir xaos və pozğunluq mühiti və acı mühiti. Bədənində ağrını daha çox və şiddətli hiss edir. Elə bir mühit. “Böyük mükafat isə Allah yanındadır”. “Gözəl davransanız ən gözəl qarşılığı verərəm” -deyir Allah. “Nə qədər bacarırsınızsa Allahdan qorxun. Peyğəmbərə qulaq asıb itaət edin”. Yəni, “gücünüzün çatdığı qədər, ən son mərhələyə qədər Allahın varlığına inanın, iman həqiqətlərini oxuyun, Allahın dəlillərinə baxın, var gücünüzlə bunu edin, Allahı çox sevin və haqqıyla Allahdan qorxun” -deyir Allah. “Qulaq asıb itaət edin”. Doğru bir şey deyildiyi, haqq olan bir şey olduğu vaxt dinləyin və “itaət edin”. Yəni, “səmimi olun” -deyir Allah. “Və malınızdan öz xeyriniz üçün infaq edin”. Yəni Allahın göstərdiyi görüntünü, Ya Rəbbi deyəcəksən bu görüntünü başqa qullarında da yarat deyəcəksən. O onsuz istəməsə də onu yaradacaq Allah. Yalnız onu içində istəyəcək. O istəmə hissini də Allah yaradır ona və Allah bir başqasına vermiş olaraq onu göstərəcək inşaAllah. “… İnfaq edin. Nəfsinin tamahından qorunanlar nicat tapanlardır”. Bərk-bərk mala yapışır, bərk-bərk pula yapışır. Pul da onun beynində yaradılır, mal da onun beynində yaradılır. Allahdan istəsə, Allah onu hər kəsə paylayırmış olaraq ona göstərər. Çöldə dollarları görsə, onsuz da şəffaf olduğu üçün görə bilməz və heç bir işinə də yaramaz. Yəni dollarların rəngi yaşıl olmaz çöldə, yalnız qapqara bir qaranlıq var. Günəş də qapqara qaranlıqdır. Günəş yalnız dalğa yayır ətrafa. Dalğanı biz istilik olaraq alırıq, foton, titrəşmə, inşaAllah.