Adnan Oktarın 2 yanvar 2010-cu il Qaziantep Olay TV və Kral Qaradəniz TV-dəki reportajından

 

ADNAN OKTAR: Fatir surəsi: “Ey insanlar, heç şübhəsiz, Allahın vədi haqqdır;” İslam dünyaya hakim olacaq, ayə var, qətidir. “Elə isə dünya həyatı sizi aldatmasın”, yəni dünyanın mənfəəti, uşaq-muşaq, yemək-içmək o-bu aldatmasın. “…Və yalançılar da sizi Allah ilə (Allahın adından istifadə edərək) aldatmasın”. Baxın, bu çox əhəmiyyətlidir, bir qisim xurafatçılar çıxıb deyəcək ki, Allahın vədi yoxdur, İslam hakim olmayacaq, İslamiyyət artıq keçdi deyəcəklər, yəni elə bir şey yoxdur, bir sıra saxtakarlar artıq ümidinizi kəsin deyəcəklər, buraxın deyəcəklər, inşaAllah. Və bunu Allah və din adına söyləyəcəklər. Quranda onsuz da İslamın hakimiyyətindən bəhs edilmir, sən haradan çıxarırsan deyəcək. Allahın vədini inkar edəcək bir çox ayə olduğu halda “və yalançılar sizi Allahın adından istifadə edərək aldatmasın”. Məsələn, İstanbulda çıxacaq o xurafatçı da elə edəcək, insanları Allah ilə aldadacaq və klassik yalançı olacaq. Yəni Allah şişirdilmiş şəkildə  onun yalançı olduğunu insanlara göstərəcək. Ya Rəbbim, insanlar mən anlamadım deməyəcəklər, yəni İstanbuldakı o azğın xürafatçıların hərəkətlərini, yalançı olduqlarını bütün şiddəti ilə, bütün açıqlığı ilə görəcəklər. Axırzamanda gələcəyi vəd edilmiş mühüm bir şəxsdir, Axırzaman şəxsidir, inşaAllah. “Yalançılar da sizi Allah ilə (Allahın adından istifadə edərək) aldatmasın” ayənin birinci qismi 2015 tarixini verir, ikinci qismi də 1997 tarixini verir. Dəqiqdir, çox açıqdır, bilənlər baxsınlar, inşaAllah, yəni bu əbcəd elmini bilənlər baxsınlar. Tam hərfbəhərf normalda mümkün deyil, 3918, 7921, çox qəribə ədədlər çıxar. Amma bax Axırzaman və Mehdi (ə.s)-a işarə edən ayələr olduğunda tam əlaqəli tarix çıxır. Bu çox böyük bir möcüzədir. Allah “ey insanlar, siz Allaha (qarşı kasıb olan) möhtaclarsınız;” siz kasıbsınız deyir, çünki biz görünüşdən ibarət varlıqlarıq, bizim bir şeyimiz yoxdur, hər şey Allaha aiddir. “Allah isə, Qani (heç bir şeyə ehtiyacı olmayan)dır, Həmid (təriflənməyə layiq)dir”. İnşaAllah. Yəni əbcədinə baxdığımızda bəzən bu ayələr Abdulhəmid dövrünü verir, məsələn, çox qəribədir. Abdulhəmidin taxta çıxdığı tarixi verir. “Dilərsə, sizi aradan qaldırar, yox edər və yeni bir xalq gətirər”. Məsələn, yeni şəxslər Mehdi (ə.s) və tələbələri, Məsih (ə.s) və tələbələridirlər. 17-ci ayədə “bu Allaha görə çətin deyil” deyir. Sanki 2017-yə işarə edir, inşaAllah. Yenə Fatir surəsi: “Kor olanla görən bir deyil”. 19-cu ayə, eyni zamanda, dəccala işarə edən bir ayədir. Məsih dəccal, irəlidə gələcək Məsih dəccal kordur. Görənlə bir deyil. Yəni Mehdi (ə.s) ilə dəccal bir deyil. Mehdi (ə.s)-ın bəsirəti də, fərasəti də çox açıqdır. Amma dəccal; gözü kordur, ürək gözü də kordur. Bir gözü də kordur. “Qaranlıqlarla işıqlıq”, yəni zülmətlə, dinsizliklə işıqlıq, işıq, nur olan İslam “eyni deyil”. “Kölgəylə istilik də, diri olanlarla ölülər də bir deyil”. Müsəlmanlar diridir, Allaha inanmayanlar da ölüdür. Allah Quranda elə söyləyir. “Onları siz canlı zənn edərsiniz onlar ölüdürlər” deyir. Çünki Allah qulaqları vardır eşitməz, gözləri vardır görməzlər, siz görür zənn edərsiniz, eşidir zənn edərsiniz, elə deyil deyir. “Həqiqətən, Allah dilədiyinə eşitdirər, sən isə qəbirlərdə olanlara eşitdirəcək deyilsən. Allah “Onlar onsuz da ölüdürlər, qəbirdədirlər deyir. Yəni adam ölmüşdür; yaşayır amma, insan zombi olaraq gəzir. Onu bilmir. Yəni baxması, nəfəs almasına görə, danışmasına görə onu yaşayır zənn edir. Halbuki ruhu alınmışdır, yəni bir çox insan ayaqda gedərkən ruhu alınar bilə, bilməzsən. Evə gəlir normal yeməyini yeyər; adam ölmüşdür, yaşayır zənn edərsən. O adam onsuzda qəbirdədir. Lakin bədəni yaşayar. İkinci məndə yaşayar. “Necəsən?” deyərsən “yaxşıyam” deyər təşəkkür edirəm. Getdik, gəzdik, gəldik və s. deyər. Heç ümid etmədiyi anda Allah insanın ruhunu alar. Məsələn, tam belə Allaha, dinə, müqəddəsata bir söz söyləyərkən alnından birdən tutduğuyla cəhənnəmin içinə soxarlar. Yəni o nəyə məruz qaldığını bilməz. Amma küçədən yenə gəlir evinə oturar. Yəni ailəsinə bədəni görünər. Ölü olaraq, amma ölü bədəni. Onların məzarı ayaqda olur. İzah edə bildimmi? Yəni ölmüş olur, amma məzarı gəzmiş olmuş olur. Bax “qəbirlərdə olanlara eşitdirəcək deyilsən”. Burada birinə xitab var. “Sən yalnız bir xəbərdar edənsən”. Peyğəmbərimiz (s.ə.v)-ə xitab olmaqla yanaşı Mehdi (ə.s)-a işarə var. Haradan anlayırıq? “Şübhəsiz” Allah deyir, “Biz səni haqq ilə bir müjdəçi və xəbərdar edən olaraq göndərdik”. Əbcədi dəqiq 1983-dür. Yəni qəlib kimi tamdır. “Elə bir ümmət yoxdur ki, ora bir xəbərdar edən gəlməmiş olsun”. 2026, İslamın tam hakimiyyət tarixini verir. Baxın, “heç bir ümmət yoxdur ki içində bir xəbərdar edən gəlməmiş olsun”. Ərəbcə bilənlər açsın baxsınlar dəqiqdir, eynilə tam bu tarixi verir. Fatir surəsi 33-cü ayədə, “Ədn Cənnətləri onlarındır, ora girərlər orada altından bilərziklər və incilərlə bəzənərlər. “Qadınlar çox bəzəkli olarlar. Qızıl bilərziklər, incilər, inşaAllah. “Və orada onların paltarları ipəkdəndir”. Paltarları tərtəmiz parlayacaq. Amma dünyanın ipəyi, dünyanın incisi, qızılıyla heç əlaqəsi yoxdur. Orada görəcəklər, nəfəskəsicidir. “Deyərlər ki, bizdən hüznü aparıb yox edən Allaha həmd olsun.” Dünyada hər kəs çayı açıq gəlir deyə ona kədərlənər, iti səssizləşər, ona kədərlənər. Balığın quyruğu nə bilim ayrılar ona kədərlənər. Məsələn, balıqda bəzən göbələk meydana gəlir ona kədərlənir. Durduğu yerdə; “filankəs, görəsən, məndən küsdümü?” deyir. Yəni insan çox vasvasıdır. Olmazsa dərisinə baxır. Deyir, “bu xərçəngdirmi, görəsən?”. Heç əlaqəsiz bir yerdə kiçik bir xal tapır. Deyir “yıxıldım, görəsən, ürəyimmi dayanacaq bir şeymi oldu?”. Yəni insanın, ümumiyyətlə, belə bir şeyi vardır. Bu, axirətdə yoxdur. “Bizdən hüznü aparıb yox edən Allaha həmd olsun.” Allah deyir. Bir daha olmur, axirətdə heç yoxdur. Bu, dünyada insanlara böyük bir bəladır. Təvəkkül etməzsə, sürünər. Daha da olmazsa başqasına görə sürünür. Uşağına, qardaşına, yoldaşına görə. Onlara görə kədərlənir. Məsələn, yarım saat gecikir. Deyir terroristlərmi qaçırdı, görəsən, deyir. Elektrikmi vurdu, avtomobilmi vurdu? Polis bölmələrini axtarışa başlayır. Daima çaxnaşma. Bax Allah cəhənnəm əhli üçün deyir: “Cəhənnəm içində onlar belə qışqırarlar”. Qışqırıqla danışırlar, yəni fəryad edirlər. “Rəbbimiz bizi çıxar etdiyimizdən başqa saleh bir əməl edək”. Yenidən müsəlman olub İslamı yaşayaq. Bizi dünyaya geri göndər deyirlər. Allah “Sizə orada (dünyada) öyüd ala bilənin öyüd ala biləcəyi qədər ömür vermədikmi?” deyir. Yəni Allah 60, 70 il nə etdiniz deyir. Yəni bolluca vaxt verilmişdi. “Sizə xəbərdar edən də gəlmişdi.” Mehdi (ə.s) da gəlmişdi, Məsih (ə.s) da gəlmişdi. Hz. Məhəmməd (s.ə.v.) də gəldi, hz. Musa (ə.s) da gəldi, İshaq (ə.s), Yaqub (ə.s), Harun (ə.s), Yəhya (ə.s) hamısı gəldi. Allah “Elə isə əzabı dadın, artıq zalımlar üçün bir köməkçi yoxdur” deyir. Xəbərim yox idi. Xəbərləri var, inşaAllah.