Adnan Oktarın 25 may 2010 tarixli HarunYahya.TV reportajından

 

ADNAN OKTAR: Rəhman və Rəhim olan Allahın adıyla. Qardaşımız; “Bu surəni açıqlayarsınızmı?” demiş. İnşaAllah, Allahın bizə ilham etdiyi qədər məlumatımız daxilində söyləyək. Şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adıyla. “And olsun tövşüyə-tövşüyə qaçan (at)lara; And olsun (dırnaqları ilə) qığılcım qoparanlara; And olsun sübh çağı hücum edənlərə; And olsun o vaxt (və ya: o yerdə) toz-duman qopardanlara; Sonra da onunla (tozanaqla) dəstəyə (düşmən dəstəsinə) təpinənlərə ki,” Məsələn, indi biz nə etdik? Getdik İsveçrədə basqın etdik, elə deyilmi? Tozu tüstüyə qatdıq. Bununla bir birliyin orta yerinə də təpindik, tam bir təpinmə oldu. Quran ayəsinin tam təcəllisi. Və ayədə bir səydən, mübarizədən bəhs edilir.

Bəli, “tövşüyə-tövşüyə qaçan atlara;” Müsəlman həyəcanlı, hərəkət olmalı, elə deyilmi?  “Qığılcım qoparanlara” Allah, şən, hərəkətli bir həyatdan bəhs edir, miskinlikdən bəhs etmir. Çox hərəkətli bir həyat. ” Sübh çağı hücum edənlərə.” Müsəlman mızmızı, ləng olmaz. Səhər vaxtı hücum edir. Məsələn təbliğə gedir, bir xeyr, özəl iş görür. Haqqı, doğruları izah edir. Darvinizmin, materializmin etibarsızlığını izah edir, Quranı izah edir, amma bu inanmayanlar üçün bir hücum hökmündədir. Necə ki, bizim kitablarımız Fransada bir gecə topdan bütün Fransaya paylandıqdan sonra nə dedilər? “Gecə hücumu,” dedilər. “Basqın edildi,” dedilər. Yəni  xəbər başlığında hücum deyir. Ayədə nə deyir? “Sübh çağı hücum edənlərə” deyir, eynisi inşaAllah. ” Toz-duman qopardanlara; ” Adamların tozunu dumana qatdıq. Amma təbii ki, ayə təbəqə-təbəqədir.

And olsun tövşüyə-tövşüyə qaçan (at)lara” Məsələn, Quranın bu ayısi insanın idman etməsinə də işarə edir, tövşüyə-tövşüyə qaçan. Həyəcanlı olmaq, nəfəs açmaq elə deyilmi? . “Qığılcım qoparanlara.” Quran, qəhrəman ordumuzun əsgəri gücünə də işarə etmiş olur. Allah yolunda, dəccaliyətə qarşı, dinsizlərə qarşı, PKK-ya qarşı mübarizə edirlər, elə deyilmi? Özlərini müdafiə edirlər. “Sübh çağı hücum edənlərə“. Yenə qəhrəman ordumuzun hərəkətlərinə işarə edir. Allah etdikləri hərəkata diqqət çəkir. “Toz-duman qoparanlara“. Top partlamasıyla toz-duman qalxır, hər yer bir-birinə girir, elə deyilmi? Yaxud raket atışı edirlər, özlərini müdafiə edirlər. “Sonra da onunla (tozanaqla) dəstəyə (düşmən dəstəsinə) təpinənlərə ki”, PKK-nın da ortasına qədər girib, darmadağın edirlər.

Bu ayə eyni zamanda qəhrəman ordumuza, yəni Türk Ordusuna da işarə edir. Təbəqə-təbəqə, yəni yenə davam etsək, yenə davam edər, inşaAllah. Məsələn, “Sübh çağı hücum edənlərə”. Quran, həm səhər erkəndən hərəkət etməyin, səhər erkəndən canlı bir fəaliyyətə başlamağın əhəmiyyətinə, həm də onların hərəkatını, təxribatını gözləmədən, əvvəl hücum etməyə diqqət çəkir. Təxribat olmadan, təxribata maneə törətmək əhəmiyyətlidir.  Quran buna diqqət çəkir. “Toz-duman qoparanlara” Məsələn, əsgəri vasitələr də gedərkən tozu dumana qataraq gedirlər, elə deyilmi? Bizim üçün bir gözəllikdir, bir fəxrdir, elə deyilmi? Qarşı tərəf üçün də bir qorxudur, inşaAllah. Onsuz da “bununla” deyir baxın.

Onunla (tozanaqla) dəstəyə (düşmən dəstəsinə) təpinənlərə”. Yəni bir topluluğun, birliyin orta yerinə qədər təpinənlərə. Türk Ordusu tanklarla tozu tüstüyə qataraq da orta yerlərinə qədər girir, inşaAllah. Allah: “Həqiqətən, insan, Rəbbinə qarşı nankordur.” deyir. Allah insanların hamısında olmasa da, böyük bir hissəsində olan bir xarakteri vurğulayır. “Və həqiqətən, özü buna şahiddir”. Yəni insanlar bunu nəfsində görür. Həqiqətən, küfr və zalım olanlar nəfslərində bunu bilərlər. “Həqiqətən, insan mal sevgisindən ötəri (eqoist və xəsis mövqeyindən) çox sərtdir!” Onsuz da həmişə kapitalist, faşist və kommunist sistemdə bu mal sevgisindən sərtləşmə olur, dünya sevgisindən ürəkləri sərtləşir. Məsələn, vəhşi kapitalizmin zalımlığının mənşəyində nə var? Mal sevgisi var. Ayədə Allah nə deyir?

Həqiqətən, insan mal sevgisindən ötəri (eqoist və xəsis mövqeyindən) çox sərtdir!” Ürəyi, ruhu sərtləşmiş, təcavüzkarlaşmış. “Məgər o bilmirmi ki, qəbirlərdə olanlar (dirilib) çıxardılacağı; Ürəklərdə olanlar faş ediləcəyi zaman, Həmin gün Rəbbi onları (özlərinin bütün əməllərindən) xəbərdar edəcəkdir (cəzalarını verəcəkdir)!” .Yəni Allah: “Bu insanlar öləcəklərini bilmirmi?”, “Qəbirlərdə olanların çölə çıxacağını bilmirmi?” deyir. Quran, ölümü düşünsələr, bunu etməzlər deyə bu tərzdə xatırladır. Amma, əlbəttə ki, bunların qədərlərində (alın yazısında) olmadığı üçün, Allah onları o şəkildə yaratdığı üçün, onlar da vicdansızlıq etdikləri üçün, belə bir vəziyyət olur. Quran bu təhlükəyə diqqət çəkmiş olur, inşaAllah. Amma davam etsək təbii qat-qat, qat-qat, yəni mənim gördüyüm ən az yetmiş qat təfsiri edilər. Amma hələlik bu qədərlə bitirək inşaAllah…