Adnan Oktarın 6 yanvar 2010 tarixli Qaziantep Hadisə və Samsun Aks TV reportajından

 

ADNAN OKTAR: Şeytandan Allaha sığınıram. Tövbə surəsi, 65-ci ayə: “Onlardan soruşsan, and olsun: “Biz dalıb, əylənirdik” deyərlər. De ki: “Allaha, Onun ayələrinə və Onun Elçisinə istehzamı edirsiniz?”. Bəzi televiziya kanallarında belədir, dini, imani mövzular izah edilərkən sinir qazına gəlmiş xəstələr kimi yerlərə yıxılıb gülənlər olur. Allahdan bəhs edərkən, axirət ilə guya lağ edir. Bəzi saf, cahillər də onlara uyurlar, onlar da onların təlxəyi mövqeyində, yəni sirk təlxəyi kimidirlər. Amma qavramırlar, yəni orada alçaldıldığını, təlxək mövqeyində olduğunun fərqində deyil. Yəni  adamın, sərxoş yerinə qoyulub onunla məzələndiklərindən xəbəri yoxdur. Milləti əyləndirir. Və onların lağına da bir lağla cavab verir. Mən daha yaxşısını bilərəm deyir. Allah Təala da deyir ki; “Onlardan soruşsan, and olsun:” bir də and içirlər, “”Biz dalıb, əylənirdik” deyərlər”. Aramızda əylənirik, bir şey yoxdu deyir. “De ki: “Allaha, Onun ayələrinə və Onun Elçisinə istehzamı edirsiniz?” Yəni hədisi-şəriflərlə, Quranın ayələriyləmi lağ edirdiniz? “Münafiq kişilərlə münafiq qadınlar (ikiüzlülükdə) bir-biriə eynidirlər. Onlar (insanlara) pis işlər görməyi əmr edər, yaxşı işləri qadağan edərlər”. Yəni insanlara yaxşılığa  mane olarlar. “…Əlləri bərkdir (xəsisdirlər)..” Xəsis olurlar. Allah yolunda malını, mülkünü verməz. Aman evinizi-eşiyinizi də verməyin, pulunuzu verməyin deyərlər. “Onlar Allahı unutdular. Allah da onları unutdu”. Yəni əgər Allah ilə insan sevgi bağı qurmazsa, Allah da o insanı sevməz. Sevmədinsə bəla yağış kimi yağmağa başlayar. “Həqiqətən, münafiqlər (Allahın itaətindən çıxmış) fasiqlərdir!”. Yəni hər cür haramı işləyənlərdir. Allah 69-cu ayədə buyurur: “Sizdən əvvəlki (münafiqlər və kafirlər) kimi”. “Onlar sizdən qüvvət baxımından daha güclü, mal və uşaqlar baxımından daha çox idilər”. Mehdi (ə.s.)-ın camaatı içindən də münafiqlər çıxacaq. Küfrü, nə qədər əxlaqsızı varsa, dünya səviyyəsində münafiqləri, masonları, fırıldaqları, o dövrün itlərini arxalarına götürəcəklər.  Münafiqlər, müsəlmanlardan ayrıldıqdan sonra bir anda dünyanın böyük bir gücü halına gəlir. Çünki münafiqi dünyadakı bütün kafirlər dəstəkləyərlər. Nə qədər kafir, fırıldaq, saxtakar varsa onun arxasında olar. Onun üçün Mehdi (ə.s.)-ın xaricində bir qüvvət axtarışına gedəcəklər. Küfrlə ittifaq edərək, Mehdi (ə.s.)-a qarşı çıxacaqlar. Bunlarla əlaqədar çoxlu hədislər var. Axırzamanda, Mehdi (ə.s.) dövrünün münafiqləri ən azğınıdırlar. Bax “Onlar sizdən qüvvət baxımından daha güclü” köhnə münafiqlər də güclü idi deyir Allah, daha güclü idilər deyir “və mal və uşaqlar baxımından daha çox idilər”. Onsuz da münafiqlər mal və uşaq əldə etmək üçün Mehdi (ə.s.)-dan ayrılarlar, ayrılacaqlar. Mal və uşaq dünya ehtirasıdır. “Onlar (dünyadakı) qismətlərindən həzz alıb bəhrələndilər”, işdə əylənir, oraya-bura gedir, gəzməyə gedir, yeyir, içir, fahişəlik edir, nə isə artıq, “Siz də özünüzdən əvvəlkilər kimi (dünyadakı) qismətinizdən ləzzət alıb bəhrələndiniz və siz də (dünyaya və zövqə) dalanlar kimi daldınız”. Yəni bir neçə on illik ömrünüzü dünyadan bir şeyləri almaq üçün ayırdınız. “…Və siz də (dünyaya və zövqə) dalanlar kimi daldınız. Onların əməlləri dünyada da, axirətdə də puça çıxmışdır. Onlar özlərinə zərər eləyənlərdir!”  Allah deyirki, boş yerə namaz qılırsınız, oruc tutursunuz, nə etsəniz edin boşa çıxmışdır. “Məgər onlara özlərindən əvvəlki Nuh, Ad, Səmud tayfasının, İbrahim qövmünün, Mədyən əhalisinin və Mötəfikilərin (şəhərləri alt-üst olmuş Lut tayfasının) xəbəri gəlib çatmadımı? Peyğəmbərləri onlara aşkar möcüzələrlə gəlmişdilər. Allah onlara zülm edən deyildi, lakin onlar özlərinə zülm etdilər”. Allah: “Mən onlara zülm etmədim , onlar özlərinə zülm etdilər.” deyir. “Mömin kişilər və mömin qadınlar bir-birlərinin vəliləridirlər,” dostudurlar. Mömin qadınlar, mömin kişilərin, dünyada da, axirətdə də vəlisi, qardaşı və dostudur.  “Mömin kişilərlə mömin qadınlar bir-birinə dostdurlar (hayandırlar). Onlar (insanlara) yaxşı işlər görməyi əmr edər, pis işləri yasaq edər, dosdoğru namaz qılıb zəkat verər”, 5 vaxt namazı qılırlar, sünnələriylə, gözəlcə. “…Zəkatı verərlər, Allaha və Peyğəmbərinə itaət edərlər. Allah, əlbəttə ki, onlara rəhm edəcəkdir. Allah, həqiqətən, yenilməz qüvvət sahibi, hikmət sahibidir!.”