Adnan Oktarın 22 dekabr 2009-cu il Kocaeli TV və Mavi Qaradəniz TV-dəki reportajından

 

ADNAN OKTAR: Şeytandan Allaha sığınıram, Fussilət surəsi, 21-ci ayə: “Öz dərilərinə dedilər ki:…” Öz bədən dərilərinə dedilər ki,”…Niyə əleyhimizə şahidlik etdiniz?…” Dərilər axirətdə danışır. İnsanlara günahını söyləyirlər, “sən bunu etdin”deyirlər. Çünki soruşanda söyləmir, yalan danışırlar, yalançıdırlar. Yalan danışmağa öyrəşmişdir, orada da yalan danışır. “Öz dərilərinə dedilər ki: “Niyə əleyhimizə şahidlik etdiniz?”. “Dedilər ki: “Hər şeyə nitqi verib-danışdıran Allah bizi danışdırdı.” Bax, hər şeyə nitqi verən, hər şeyi danışdıran Allah. Televiziyaları, radioları da danışdıran Allahdır. İndi televiziyada verilən danışığı yaradan da Allahdır. Yəni hər şeyə, insanlara, quşlara, hamısına. “Hər şeyə nitqi verib-danışdıran Allah, bizi danışdırdı”. Telefonlara, deyilmi, hər şeyə. Allah“…Sizi ilk dəfə O yaratdı…” İlk dəfə O yaratdı deyir. “…Ona döndəriləcəksiniz. Siz eşitmə, görmə…” Bax, eşitmə və görmə, “…hissiyatlarınız və dəriləriniz…” Baxın, eşitmə, görmə duyğuları, yəni göz, qulaq və dəri. “…Əleyhinizə şahidlik edər deyə çəkinmirdiniz”. Yəni heç belə bir şeyi düşünmədiniz, deyildiyi halda. “…Əksinə, etdiklərinizin bir çoxunu Allahın bilməyəcəyini sanırdınız”. Halbuki Allah orada  bildiyini onlara göstərmiş olur. Allah 26-cı ayədə deyir ki : “İnkar edənlər dedilər ki: “Bu Quranı dinləməyin və onda oxunarkən qışqırıqlar qoparın. Bəlkə, üstün gələsiniz”. Yəni müsəlmana, məsələn, iman edirəm dedinmi, İslamdan Qurandan bəhs etdinmi, qışqır-bağırtı, yaxud oranı tərk etmək və yaxud plakatlarla nümayiş etmək, sən necə Allahın varlığını müdafiə edərsən, necə Allah birdir deyərsən, vətən əldən gedir tərzində belə saxtakarca, səmimiyyətsiz rəftarları göstərənlər olur. Quran ona işarə edir. 29-cu ayədə, “İnkar edənlər dedilər ki: Rəbbimiz, cinlərdən və insanlardan bizi azdırmış olanları bizə göstər”. Axirətdə bunu istəyirlər. Döyəcəklər, artıq nə edəcəklərsə? Baxın “Cinlərdən və insanlardan”. İndi insanlardan da insanları azdıranlar var. Darvinizmə, materializmə, kommunizmə, terrorizmə, masonluğa insanları çəkən güclər var. Lakin deyir ki, baxın “cinlərdən də” deyir. Bu da masonların cinlərə tapındığını da göstərir, çünki cinni şeytanlara tapınırlar. Cinni şeytanlar, onları o yoldan çıxardır, yəni anormal xəttə gətirən onlardır. “…və insanlardan bizi azdırmış olanları bizə göstər, ayaqlarımızın altına alaq, ən aşağılarda olanlardan olsunlar”. Ən aşağılarda olanlar, yəni onları cəhənnəmin ən dərin təbəqəsinə göndər deyir,  orada əzabın çox olduğunu bilirlər. Eyni zamanda onu ifadə edir. Ayaqlarımızın altına alaq. Bir də yaxşıca döyüb, yerlərdə sürümək istəyirlər. Yəni cəhənnəmdə kafirlər öz aralarında həmişə dalaşacaqlar. Yəni çox şiddətli davalar olacaq. Həqiqətən də, bir-birlərini tapırlar, sən məni cəhənnəmə saldın, o da deyir, sən məni saldın. Bir-birlərini var gücü ilə döyürlər. Quran, buna işarə edir. Bu, masonların, cinni şeytanlara tapındıqlarına da dəlildir. Məsələn, iddia edilən Ərgənəkon təşkilatı da cinni şeytanlara tapınır, ona da işarə edir.