Adnan Oktarın 28 dekabr 2009-cu il Kral Qaradəniz, Adıyaman Asu və Ekin TV-dəki reportajından

 

ADNAN OKTAR:  Allah Hud surəsində deyir ki; “And olsun, Biz insana tərəfimizdən bir rəhmət daddırıb sonra bunu özündən çəkib-alsaq,” əvvəl bir rəhmət, məsələn bolluq verir, zənginlik, sağlamlıq, səhhət, verir. Lakin “sonra bunu özündən çəkib-alsaq,” imtahan üçün, “şübhəsiz o, (artıq) ümidini kəsmiş bir nankordur.” Allaha üsyan edir, niyə belə… Onu sənə kim verdi? Allah verdi. Kim alır? Allah alır. Yəni nə olursan? İnşaAllah. “Və and olsun, özünə toxunan bir çətinlikdən sonra, ona bir nemət daddırsaq, bu dəfə də, şübhəsiz; “Pisliklər məndən getdi” deyər. Çünki o, ərköyündür, lovğalanandır.” Özü etdiyini düşünür. Məsələn, xərçəng olur. Ən yaxşı xəstəxanaya getdim deyir. Böyük müalicə etdim deyir. Bilmirəm nə otundan yedim deyir, filan dərmanları atdım, deyir. Dərmanların təsiriylə xəstəlik məndən getdi, deyir, xəstəlik getdi, deyir. Səndən xəstəliyi Allah apardı. Və təkəbbürlənir, lovğalanır, bu dəfə də televiziyalara çıxıb o təkəbbürünü göstərir. Allaha həmd edəcəyinə. Bu, elmin müvəffəqiyyətidir deyir. Elmi kim yaradır? O dərmanları kim yaradır, deyilmi? İnşaAllah.