AYƏ AÇIQLAMALARI, TUR SURƏSİ 1-11

Şeytandan Allaha sığınıram, Rəhman və Rəhim olan Allahın adı ilə.
“And olsun Tura!” Tur, dağ deməkdir, bilirsiniz. And olsun yazılmış Kitaba, nazik dəri üzərində olan Kitaba!” Nazik, incə dəri üzərinə, ümumiyyətlə, Tövrat yazılır. O dövrdə yazdılar Quranı o cür, sətir-sətir, incə dəri üzərinə yazılmış da ola bilər. And olsun Beytulməmura!” Gözəl, bəzəkli ev. And olsun yüksək tavana!” yüksək tavanlı ev, həqiqətən, insanın xoşuna gələr. Alçaq tavanda narahat olur insanlar. And olsun alovlanan dənizə!” Bu, qiyamətdə olacaq bir hadisədir. Maqma dənizin altından fışqırıb alov şəklində özünü göstərəcəkdir. Onsuz da ayədən başa düşülür:

Rəbbinin əzabı hökmən vaqe olacaqdır.” Yəni qiyamət. Heç nə onun qarşısını ala bilməz.” Çünki taledədir. Yəni, qiyaməti dayandırmaq mümkün deyil. O gün göy şiddətlə sarsılacaq.” Buludlar açılır, bax, mavidir indi göy üzü. Buludlar açıldığında isə qapqara kosmos görünür. Dağlar da hərəkətə gələcəkdir.” İrəliləməyə başlayır dağlar zəlzələnin təsiri ilə. Burda olan dağ bu tərəfə doğru sürüşməyə başlayır, gedir yəni. O biri dağ da başqa yerə doğru gedir ard-arda. Yeridikcə də əriməyə başlayırlar sarsıntıdan.

Qum kimi dağılacağını söyləyir Allah ayədə onsuz da. Bir də elmi olaraq da bu şəkildə. Dağın böyük zəlzələlərdə sürüşməsi mümkündür. Amma, müəyyən edilmiş bir hadisə yoxdur. Yəni, Quranın bunu bildirməsi möcüzədir. Yəni, elmi olaraq, elmi təxminlə bilinən bir şeydir. Yoxsa bir zəlzələdə dağın sürüşməsi görülən, müəyyən edilən bir hadisə deyildir tarixdə. Bütün dağlar yerindədir. Qum kimi dağılması, o da görülən bir şey deyil, o da qiyamətdə olacaq bir şeydir. Yəni, bunu Quranın öncədən bildirməsi bir möcüzədir.

ALLAHIN YARATDIĞI MÖCÜZƏLƏR ÜZƏRİNDƏ DÜŞÜNMƏMƏK VİCDANIN GÜNAHIDIR

“Məhz o gün, yalanlayanların vay halına,” Allah yalanlamağı bir vicdansızlıq olaraq qəbul edir. Çünki məqbul bir insan “Bu kainatı kim yaratdı?” deməlidir. “Bu nəyin nəsidir?” deməlidir. Bir insanın qaranlıq otaqda olduğunu düşünək. Orada çəyirtkə var, böcək var, quş var təəccüblənməlidir insan. “Bu mənzərəni kim görür?” deməlidir. “Səsi kim eşidir?” deməlidir. Bunların heç biri ilə maraqlanmırsa, bir vicdansızlıq var deməkdir. “Qurana tabe olun” şəklində bir təhdid deyil sadəcə. Yəni, “Siz Allahı necə görməzsiniz? Əlamətləri necə görməzsiniz? Necə belə bir vicdansızlıq edirsiniz? Ona görə cəzalandırılacaqsınız” məntiqində bir izahdır o. Sincablar var, ağaclar var, quşlar var. Molekul quruluşları o zaman bilinmirdi. Dünyanın, kainatın incə quruluşu, mikro quruluşu bilinmirdi. Mikro quruluşda canlılar necədir? Makro quruluşda kosmos necədir? Bilinmirdi. Araşdırılanda bir-birindən heyrətamiz hadisələr çıxdı. Kosmosun riyazi tarazlıq üzərinə qurulu olduğu anlaşıldı. Amma, hüceyrəni də araşdırdılar, ağıla sığacaq kimi deyil.
Allah ayədə belə buyurur: “O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı yad edir, göylərin və yerin yaradılması haqqında düşünür və deyirlər: “Ey Rəbbimiz! Sən bunları əbəs yerə xəlq etməmisən. Sən pak və müqəddəssən. Bizi Odun əzabından qoru!” (Ali İmran surəsi, 191)
Məhz, əsil günahı meydana gətirən mövzudur bu. Yoxsa, Quranı oxuyub, “Qurana niyə inanmırsınız? Ona görə cəhənnəmə gedərsiniz” mənasında deyil sadəcə. Məsələn, burada Hind bülbülü var, açıq-aşkar bəzəkli heyvandır. Bəzəkli heyvanlar bir-birlərini tanıyırlar, bir-birləri ilə cütləşirlər. Yumurta olur, yumurtanın üstündə yatır heyvan. Ordan yenə özü kimi quş çıxır. Müntəzəm bir intizam var. Yumurtanın içində quşun nə işi var axı? Yumurta sulu bir şeydir. Bir müddət sonra bir də baxırsan ki, qanadlı-manadlı, çəp şəkildə baxan bir quş.  Yəni, Alisa Möcüzələr ölkəsindəki kimi. İndi bunu görüb “Mənə nə” deyirsə insan, günah edir, bunun izahı yoxdur.