BİR BƏRAƏT GECƏSİNDƏ BƏDİÜZZAMAN HƏZRƏTLƏRİNİN YANINA GƏLƏN GÖYƏRÇİN

Şaban ayının 14-cü gününü 15-ci gününə bağlayan gecə, Bəraət gecəsi.

Allah Duxan surəsində Bəraət gecəsinə diqqət çəkir.

(Duxan surəsi, 1), “Ha. Mim.” Bax, bir şifrə. “Ha” bir şifrədir, “Mim” də bir şifrədir.

(Duxan surəsi, 2), And olsun bu aydın Kitaba!”

(Duxan surəsi, 3), “Biz onu mübarək bir gecədə nazil etdik. Məhz, o gecə.

Həqiqətən, Biz qorxuduruq.” 

(Duxan surəsi, 4), “Hər bir hikmətli iş o gecədə ayırd edilir.” Təfsirlərdə bu gecənin Bəraət gecəsi olduğu söylənilir.

Bədiüzzaman bir Bəraət gecəsindən bir qədər əvvəl, Əsa-yı Musa təshihiylə məşğul ikən bir göyərçin pəncərəyə gəlmiş və baxmış Bədiüzzamana. Mən də dedim ki, deyir Bədiüzzaman, “Müjdə mi gətirdin dedim” deyir. “İçəriyə girdi” deyir. “Guya əvvəldən dost idik kimi heç ürkmədi” deyir. Əsa-yı Musanın, (kitabın) üstünə çıxmış, şirinliyə bax. Üç saat oturmuş. Bu çox qəribə bir şeydir. Məsələn, bu möcüzədir, amma kəramət deyilir vəlilərdə olanlara. Bəlli ki, bildiyimiz göyərçin deyildir bu. Xüsusi bir varlıqdır. Üç saat necə oturar kitabın üstündə? “Çörək, düyü verdim yemədi” deyir. Quşda olacaq bir şey deyildir bu. Quş yeyər yəni, heyvan. Mələklər yeməz amma. “Ta ki, axşama qədər qaldı, sonra getdi” deyir. “Təkrar gəldi, sabaha qədər yanımda qaldı” deyir Bədiüzzaman. Bəraət gecəsində. “Mən yatarkən başımın üstünə gəldi” deyir. Bu bənzəri olmayan, bənzərsiz bir hadisədir. “Xudahafiz deyirmişcəsinə başımı oxşadı” deyir. “Sonra uçdu, getdi” deyir. “İkinci gün mən təəssüf edərkən yenə gəldi” deyir. “Bir gecə daha qaldı” deyir. “Demək ki, bu mübarək quş, həm Əsa-yı Musa, həm Bəraətimi təbrik etmək istədi” deyir. Bu həm Bədiüzzamanın mübarəkliyinə bir işarədir, həm də fövqəladə bir hadisədir. Yəni, insanlar deyir ki, “Möcüzə necə olur.” Məhz bu tərzdə. Ağılın ixtiyarın alırmı? Almır. Amma, düşünürsən ki, bu ağlasığmaz bir hadisədir.