Adnan Oktarın 31 mart 2011 A9 Tv və Samsun Aks Tv-dəki canlı söhbətindən

Tövbə surəsi, 91; şeytandan Allaha sığınıram; “Allaha və elçisinə qarşı “içdən bağlı qalıb xeyirə çağıranlar” olduqları müddətcə,” Allaha və Peyğəmbərə içdən bağlı qalıb,” bağlı qalmaq deyil; içdən, candan bağlı qalıb, “xeyirə çağıranlar,” xeyir nədir? Gözəl olan hər şeydir; sülh, gözəllik, sağlamlıq, bağışlayıcılıq, dostluq. “…olduqları müddətcə gücsüz zəiflərə, xəstələrə və infaq etmək üçün bir şey tapa bilməyənlərə bir məsuliyyət yoxdur.” Gücsüzdürsə, məsul deyil, zəifdirsə, məsul deyil, xəstədirsə, məsul deyil, infaq etmək üçün bir şey tapa bilmirsə, məsul deyil. Günah yoxdur. “Yaxşılıq edənlərin əleyhində də bir yol yoxdur. Allah, bağışlayandır, əsirgəyəndir.” Yaxşılıq edənlərə hər yerdə rahatlıq var. Dünyada da rahatlıq var, ölərkən də rahatlıq var, dirildiklərində də rahatlıq var, məhşər yerində də rahatlıq var, qiyamət anını görərlərkən də rahatlıq var. Adam məsələn, düşünür nə edəcəyini, heç bir şey olmaz. “Ölərkən, ya vəsvəsə etsəm” deyir, möminə heç bir şey olmaz. Dirilişində də heç bir şey olmaz. Daima Allahın köməyi vardır. Allah insanlara güc çatdıra bilməyəcəyi bir şey yükləməyəcəyini söyləmişdir. Mən öz həyatımda bunu gördüm. Heç bir zaman güc çatdıra bilməyəcəyim bir şeylə qarşılaşmadım. Mütləq məqbul olur. Çox çətindir, çətin yerlərə girdim; məsələn dəlixanada da qaldım, həbsxanada da qaldım, amma heç bir yerdə mən güc çatdıra bilməyəcəyim bir şeylə qarşılaşmadım. Mütləq məqbul olur, mütləq insanın rahat keçə biləcəyi maneəələr olur, inşaAllah. Amma təvvəkkül şərtdir, inşaAllah.