Adnan Oktarın 19 aprel 2011 A9 Tv və Olay Tv-dəki canlı söhbətindən

ADNAN OKTAR: Şeytandan Allaha sığınıram. Zuxruf surəsi, 28-ci ayə “Və bunu (bu tövhid inancını) bəlkə (insanlar Allaha) dönərlər deyə ardında (öz soyunda) qalıcı bir söz olaraq buraxdı.” Əbcədi 1999 tarixini verir. 29 “Xeyr; Mən onları və atalarını, özlərinə haqq və açıqlayan bir elçi gələnə qədər faydalandırdım-yaşatdım.” Baxın, “Mən onları və atalarını, özlərinə haqq və açıqlayan bir elçi gələnə qədər faydalandırdım-yaşatdım.” Bu ayənin əbcədi 2015 tarixini verir, 29-cu ayədir. 30-cu ayənin əbcədi də 1990 tarixini verir. Çox qəribədir, deyilmi, baxın, 3-cü ayədə 1999, 2015, 1990. 30-cu ayə;

“Ancaq özlərinə haqq gəlincə, dedilər ki: “Bu bir cadudur, doğrusu biz ona (qarşı) kafir olanlarıq.” 1990-cı ildə deməli, hz. Mehdi (ə.s)-a qarşı olacaqlar, inşaAllah. “Ancaq özlərinə haqq gəlincə, dedilər ki: “Bu bir cadudur, doğrusu biz ona (qarşı) kafir olanlarıq.” Biz onu rədd edirik deyirlər. 1990 mehdiyyətin ən şiddətli mübarizə zamanlarından biridir, inşaAllah. 33, “Əgər insanlar (Allaha qarşı üsyanda birləşib) tək bir ümmət olmasaydı, Rəhmanı (Allahı) inkar edənlərin evlərinə gümüşdən tavanlar və üzərində çıxıb-yüksələcəkləri nərdivanlar edərdik.” deyir Allah.

“Böyük bolluq verərdim” deyir Allah. “Amma Allaha qarşı üsyanda birləşib tək bir ümmət olardılar, böyük bir dinsizlik hakim olardı” deyir. “Onun üçün iqtisadi böhran meydana gətirirəm, iqtisadi rifahda insanlar azırlar” deyir Allah. Baxın, davam edir ayə, “Evlərinə qapılar və üzərinə söykənəcəkləri kreslolar, Və (daha nə qədər) cazibədar-bəzəklər (də verərdik). Bütün bunlar, yalnız dünya həyatının bəzəyidir. Axirət isə, Rəbbinin qatında müttəqilər üçündür.” “Mənim üçün çox asandır, istəsəydim hamınızı zəngin edərdim” deyir Allah. “Amma məni unudardınız, havalanar və azardınız, ona görə vermədim” deyir.

İqtisadi böhran, iqtisadi çətinlik insanları Allaha yaxınlaşdırır. Bəlalar, dərdlər, xəstəliklər Allaha yaxınlaşdırır. Hər Allaha yaxınlaşmayan insana diqqət yetirin, bəla və xəstəliklə qarşılaşdığında Allaha yaxınlaşmışdır, bu hər kəs tərəfindən bilinər. “Kim Rəhman (olan Allah)ın zikrini görməzlikdən gəlirsə, Biz şeytana onun “üzərini örtüklə örtdürərik”; artıq bu, onun bir yaxın dostudur.” “Əgər Allahı zikr etməzsə, üzərini şeytan örtər, həmişə şeytanın təsirində qalar” deyir Allah. 37, “Həqiqətən bunlar (bu şeytanlar), onları yoldan çıxararlar; onlar isə, özlərinin həqiqətən, hidayətdə olduqlarını sanarlar.”

Hidayət olunduqlarını sanırlar. Adam sarığı sarıyır, cübbəni geyir, özünü həqiqətən hidayət olunmuş zənn edir, həqiqətən mömin, müttəqi zənn edir. Halbuki, üzərini bir şeytan örtmüşdür, şeytanın əsiri olmuşdur. Nə deyir baxın, Allah; “Həqiqətən bunlar (bu şeytanlar), onları yoldan azdırarlar; onlar isə, özlərinin həqiqətən, hidayət olunduqlarını sanarlar,” “Həqiqətən hidayət olunmuş və həqiqətən, müsəlman olduqlarını sanarlar” deyir Allah, xəbərləri belə olmaz” deyir. Məsələn, adam İslam Birliyini müdafiə etmir, müsəlmanların birliyini müdafiə etmir, zülmün ortadan qalxmasını istəmir, hansı mövqedə olduğundan xəbəri belə yoxdur.