Muminun surəsi, 52-53 (Allah bir ümmət olduğumuzu bildirir)

ADNAN OKTAR: Muminun surəsi, 52-53-cü ayə. “Həqiqətən, bu, vahid bir din olaraq sizin dininizdir. Bir ümmət, haradadır məzhəblər, camaatlar və qruplar? Bir ümmətsiniz, deyir Allah, yeganə bir ümmətsiniz. “Mən də sizin Rəbbinizəm. Elə isə Məndən qorxun. Lakin ümmətlər öz dinini aralarında parçalayıb firqələrə bölündülər. Hər firqə özündə olana sevinir.” Məzhəblərə, qruplara ayrıldılar, parça-parça oldular və doğru yolda olduqlarını düşünüb, sevinirlər, deyir Allah. Muminun surəsi, 52-53-cü ayədə: “Onlar Quranı parça-parça etdilər.” Kimi Qurana bir başqa cür əməl edir, kimi ayrı cür, kimi başqa cür tətbiq edir, halbuki Quran birdir. Amma Allah nə deyir? “Onlar Quranı parça-parça etdilər.” Etdikləri günahı xatırladır Allah.