Adnan Oktarın Kaçkar Tvdəki canlı reportajı 8 fevral 2011)

Adnan Oktar: Muminun surəsi 21. Şeytandan Allaha sığınıram. “Həqiqətən, heyvanlarda da sizin üçün bir dərs (ibrət) vardır.” İndi bu ayəyə görə zoologiya elmi, heyvanlarla əlaqədar bütün elm sahələri, hamısı fərz olmuş olur. Bu ayəyə görə bütün heyvanları araşdırmaq məcburiyyətindəyik. Və heyvanların həyatındakı, davranış formaları və yaradılışdakı möcüzələrini hamısını araşdırmaq məcburiyyətindəyik. Bax: “Həqiqətən heyvanlarda da sizin üçün bir dərs (ibrət) vardır.” Biz heyvanları görməsək, necə biləcəyik, deyilmi? Bu mövzuda kitab olacaq. Onsuz da heyvanların tək-tək araşdırılması çox çətindir. Tək həll yolu kitabdır, film olmasıdır, araşdırma aparmaqdır. Və yaxud şifahi dərsdir. “Qarınlarının içində olanlardan sizə içiririk.” Süd olur, deyilmi? Süd qidalanmada çox əhəmiyyətlidir. Pendirdə istifadə edilir, yoqurt istehsalında istifadə edilir. Bədənin ən zəruri ehtiyacları var; kalsium ehtiyacı, maqnezium ehtiyacı, zülal ehtiyacı çoxlu yoqurt, süd, pendirdən əldə edilir, deyilmi? Yəni təməl bəslənmə mövzularında əhəmiyyətli qida maddələridir. “Və onlarda sizin üçün daha bir çox faydalar var. Sizlər onlardan yeyirsiniz.” Ət olaraq da yeyilir. Amma zülal olmayanda orqanizm çökür.