ADNAN OKTARIN TV KAYSERİ-dəki CANLI SÖHBƏTİ

(13 MART 2011; 01:30)

ADNAN OKTAR:  Rad surəsi 34, şeytandan Allaha sığınıram, zalımlar üçün Allah deyir ki, “Dünya həyatında onlar üçün bir əzab vardır”. Bir dəfə dünyada əziyyət çəkirlər, vicdan əzabı çəkirlər. Allah müxtəlif dərdlər verir. “Axirətin əzabı isə daha çətindir”. Yəni Allah cəhənnəmdə daha çətin olacaq deyir. “Onları Allahdan qurtaracaq heç bir qoruyucu yoxdur”. “Bu dünyada, bəlkə, özlərini qoruya bilərlər, amma axirətdə heç bir şəkildə qoruya bilməzlər” deyir, Allah. “Təqva sahiblərinə vəd edilən cənnət; onun altından çaylar axar”. Belə kiçik və yaxud böyük su arxları. “Yeməkləri və kölgəlikləri daimidir”. Yeməklər tükənmir, kölgəliklərdə heç bir şəkildə tükənmir, daimidir. “Yeməkləri və kölgəlikləri daimidir. Bu qorxub çəkinənlərin xoşbəxt sonudur; inkar edənlərin sonu isə atəşdir”. Allah bu ayələrlə, bu şərhlərlə bizim daima yaxşı olmağımız üçün, müntəzəm Quran ayələri ilə bizi məlumatlandırır. Yəni beynimiz, ruhumuz bu məlumatlarla daima istiqamətlənir. Ən gözəl hərəkəti etmək üçün, ən gözəl rəftarı göstərmək üçün. 36: “Kitab verdiklərimiz”, yəni yəhudi və xristianlar, “sənə endirilənə görə sevinərlər”. Yəni “xristianlar və yəhudiləri sevindirən bir vəziyyətdir Quranın enməsi, bir gözəllikdir” deyir. Çünki haqq bir Kitab enmiş, deyilmi? Haqq bir Peyğəmbər (s.ə.v) gəlmiş, təmiz vəhy gəlmiş. Onlar üçün bir sevinc vəsiləsidir, deyir Allah.

images