ADNAN OKTAR: Tur surəsi, 44, şeytandan Allaha sığınıram; “Əgər göydən bir parçanın düşdüyünü görsələr belə: “Üst-üstə yığılmış bir buluddur” deyərlər”. Baxın o daş da toxundu keçdi. O daş kimi indi yüz minlərlə, milyonlarla daş dünyanın üzərində gəzişir. Amma dünyayla toqquşmur, dəymirlər, gözləyirlər. Allahın əmrini gözləyirlər. Yoxsa o daş kimi daşlar zibil kimi səmadadırlar onsuz da; qaynayır. “Əgər göydən bir parçanın düşdüyünü görsələr belə: “Üst-üstə yığılmış bir buluddur” deyərlər”. “Çox da anlamayacaqlar” deyir Allah, “çox əlaqəsi yox kimi göstərəcəklər” deyir. “Elə isə, sən onları (ən dözülməz əzabla) sarsılacaqları günlərinə”, yəni qiyamətə, “qovuşana qədər tərk et”. 45-ci ayə, nə anlayırsan?

ALTUĞ BERKER: 1545 demişdiniz, hocam, inşaAllah.

ADNAN OKTAR: Baxın, “Elə isə sən onları (ən dözülməz əzabla) sarsılacaqları”, meteoritin dəyməsi hadisəsinə diqqət çəkir Allah, “sarsılacaqları günlərinə qovuşana qədər tərk et. O gün hiylələləri özlərinə hər hansı bir fayda verməyəcək”. Nə elm, nə texnologiya, nə raketləri. “Nə də kömək görəcəklər” deyir Allah. “Heç bir şəkildə xilas ola bilməyəcəklər” deyir Allah. “Şübhəsiz, zülm edənlərə bundan əvvəl də bir əzab vardır; ancaq onların çoxu bilmirlər”. Qiyamətə çox yaxın, dünyada çox böyük bir bəla olacaq. Meteorit yağışı kimi bir hadisə, Allahu aləm. Ona Quran diqqət çəkir. “Şüphəsiz, zülm edənlərə bundan əvvəl də bir əzab vardır; ancaq onların çoxu bilmirlər” deyir Allah və bilməyəcəklər. “Artıq Rəbbinin hökmünə səbr et; çünki, həqiqətən, sən Bizim gözlərimizin önündəsən” deyir Allah. Hz. Mehdi (ə.s) də gözlərinin önündədir, Peyğəmbərimiz (s.ə.v) də; hər kəs Allahın gözlərinin önündədir. Mənəvi gözlər təbii, inşaAllah. “Və hər qalxdığında Rəbbini həmd ilə təsbeh et”. Əlhamdulillah.

Şeytandan Allaha sığınıram, Allah 10-cu ayədə deyir ki; Tur surəsi, 10-da; “Və dağlar hərəkətə gələcəkdir”. “Dağlar hərəkət etməyə başlayacaq” deyir. Məsələn, buradakı dağ irəliyə doğru sürüşməyə başlayır, getdikcə əriyərək. “Məhz o gün yalan sayanların vay halına” deyir Allah. “O gün göy sarsılıb çalxalanar.” Toqquşmanın təsiriylə bir sarsılma var səmada da, bu görünür və çalxalanma var. Səma tamamilə açılır, buludlar parçalanır. “Şübhəsiz, sənin Rəbbinin əzabı qəti olaraq reallaşacaq. Onu uzaqlaşdırıb maneə olan yoxdur” deyir Allah, inşaAllah.

gezgindiyari_com-kuran-kerim-resimleri-3