Nəcm surəsi, 1-23 (Axırzamanın sahibi zamanı hz. Mehdi (ə.s)-dır.)

ADNAN OKTAR: Nəcm surəsi. Şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adıyla: “Batdığı zaman ulduza and olsun”. Bu İslamın günəşinin batmasına da işarə edir eyni zaman da. “Sahibiniz (yoldaşınız olan peyğəmbər) azmadı. “Peyğəmbərimiz (s.ə.v)-i, haşa, azğınlıqla günahlandırırdılar, yəni ağlı tarazlığının yerində olmadığını iddia edirdilər, haşa. Eyni şəkildə hz. Mehdi (ə.s)-ı da münafiqlər günahlandıracaqlar, kafirlər, eyni ağıl sahibləri yenidən edəcəklər. Bu ayə onsuz da hz. Mehdi (ə.s)-a da işarə edən bir ayədir.

Hz. Mehdi (ə.s) sahibi-zamandır onsuz da. Baxın “sahibiniz” deyir, “sahibiniz”. O dövrün sahibi-zamanı kim idi? Peyğəmbərimiz (s.ə.v) idi. Axırzamanın sahibi-zamanı kimdir? Hz. Mehdi (ə.s)-dır. “Sahibiniz”—sahibi zaman, “azmadı”. “O, həvadan (öz istək, düşüncə və ehtiraslarına görə) danışmaz”. Peyğəmbərimiz (s.ə.v) həvadan danışmaz. Hz. Mehdi (ə.s) necə danışacaq? O da həvadan danışmayacaq. Çünki o da daima bir mələyin ilhamı ilə hərəkət edəcək, inşaAllah.

Bu, ona təlqin edilən bir vəhydir. Ona (bu Quranı) üstün (olduqca çətin) bir güc sahibi (Cəbrayıl) öyrətmişdir. (Ki O,) gözəl görünüşə malikdir”. Möhtəşəm gözəl idi hz. Cəbrayıl (ə.s). Peyğəmbərimiz (s.ə.v) aşiq olmuşdur gözəlliyinə. Çox möhtəşəm gözəldir hz. Cəbrayıl (ə.s). O, yüksəlib öz surətində göründü. O, ən uca üfüqdə idi. Sonra Məhəmmədə yaxınlaşıb aşağı endi.O, iki yay uzunluğunda, hətta ondan da yaxın məsafədə idi. Bu təbii ki, çox böyük bir təsəvvüfü, mənəvi, dərin bir sirdir. Zamanı gəlincə bu sirri, inşaAllah, Allahın icazəsiylə açarıq.

“Beləcə, Onun quluna vəhy etdiyini vəhy etdi. Onun gördüyünü könlü yalan saymadı. Yenə də siz gördüyü (şey) üzərində onunla mübahisə  edəcəksinizmi? And olsun, onu bir də digər enişdə görmüşdü. Son həddəki Sidr ağacının yanında. Məva bağı da onun yanındadır. O zaman Sidr ağacını bürüyən bürümüşdü. Peyğəmbərin gözü yayınmadı və həddi aşmadı” deyir. Peyğəmbərimiz (s.ə.v) gözünü deyilən yerdən ayırmır, baxma deyilən yerə baxmır, bax deyilən yerə baxır. Təbii, burada çox dərin sirlər var; bir qismi açıqlanmışdır, bir qismi də axırzamanda açıqlanacaq, açıqlanan qisimlərini izah edərik onsuz da. Amma açıqlanmayan qisimləri də var, zamanla bunlar ortaya çıxacaq, bunları da inşaAllah zamanı gəlincə açıqlayacağıq.

1b5809352ac16e052c710c0eecd654d3

“Göz çaşmadı və (sərhədi) aşmadı. And olsun, o, Rəbbinin ən böyük dəlillərindən olanı gördü. Gördünüzmü xəbər verin; Lat və Uzzanı. Və üçüncü (büt) olan Menatı (n hər hansı bir gücləri vardırmı)?” Baxın, neçə ədəd büt var, Lat, Uzza və üçüncü Menat. Xristianlar nə edir, üç  büt meydana gətirirlər,haşa, Allahı tənzih edirəm. Allahın xaricində büt meydana gətirməyə çalışırlar, üçləmə inancı. Ta o zamanlar da var üçləmə inancı, görürsünüzmü? Üçləməyi davam etdirmişlər. “Kişi (övlad) sizin, dişi Onundurmu? Əgər belədirsə, bu, ədalətsiz bir bölgüdür. Bu (bütlər isə,) sizin və atalarınızın (öz istək və uzaqgörənliyinizə görə) adlandırdığınız (kefi) adlardan başqası deyil.

Allah, onlarla əlaqədar ‘heç bir dəlil’ endirməmişdir.” Yəni “bu çox tanrılarla əlaqədar dəlil endirməmişdir” deyir Allah. “Onlar, yalnız zənnə və nəfslərinin (alçaq) həva (istək və ehtiras) olaraq arzu etdiklərinə uyurlar”. “Özlərindən uydururlar, öz nəfslərinin istəklərinə uyurlar” deyir Allah. “Halbuki, and olsun, onlara Rəblərindən yol göstərici gəlmişdir”. Peyğəmbərimiz (s.ə.v) gəlmişdir, hz. İsa Məsih (ə.s) də onlara doğrunu izah etdi, hz. Musa (ə.s) da doğrunu izah etdi, “doğruya görə hərəkət edin” deyir Allah.

quran_madeenah_opened