Adnan Oktarın 31 yanvar 2011 Kahramanmaraş Aksu tv-dəki söhbətindən

ADNAN OKTAR: Peyğəmbərimiz (s.ə.v)-in bu müjdəsinin xaricində, Quranda da  Allah, bax haranı açsaq daha əvvəl də söyləmişdim; Hicr surəsi, Rəhman və Rəhim olan Allahın adıyla, şeytandan Allaha sığınıram. “Əlif, Lam, Ra. Bunlar, Kitabın və açıq-aşkar olan Quranın ayələridir.” Deməli,Quran açıq-aşkardır. Aydın olmaz filan deyirlər, Allah da aydın olar deyir. Adam deyir ki; “70 il oxusam, yenə anlaya bilmərəm” deyir. Allah da aydın olar deyir. “O inkar edənlər müsəlman olmağı nə qədər  diləyəcəklər.”

Dəccal tərəfdarları. “Onları burax; yesinlər, faydalansınlar və onlar (boş) əməllə başlarını qatsın. İrəlidə biləcəklər.” Yaxındır deyir Allah. Bax, “yesinlər, faydalansınlar və onları (boş) əməl başlarını qatsın” boş işlərlə məşğul olmağa davam etsinlər deyir Allah, burax deyir. “İrəlidə biləcəklər. Biz, özü üçün bilinən (təqdir edilmiş) bir kitab olmadan heç bir ölkəni dağıtmadıq.” Bax, “Biz, özü üçün bilinən (təqdir edilmiş) bir kitab olmadan heç bir ölkəni dağıtmadıq.” Qədərdə nə vaxt yıxılacağı ölkələrin müəyyəndir deyir. Rejimlərin nə vaxt aşacağı müəyyəndir. “Heç bir ümmət, öz əcəlini nə önə ala bilər, nə də onlar təxirə salına bilərlər.” Mütləq ki vaxtı gəldiyində yuyar, yerlə bir edərəm deyir Allah. 4 və 5-ci ayələrdə izah edilir bu. Nə edir? 45. Yəni Hicri 1545-ə işarə var.

“Onlar: “Ey özünə Kitab endirilən (Məhəmməd). Həqiqətən, sən cin vurmuş (bir dəli)sən,” dedilər.” Deməli, Allah yolunda mübarizə edən bütün peyğəmbərlərə təxminən həmişə bir dəlilik böhtanı atılmışdır. Bir tək peyğəmbərlərəmi? Allah yolunda mübarizə edən vəlilərə də, mürşidlərə də, mücahidlərə də dəlilik böhtanı atılmışdır. Bədiüzzamana da dəlilik böhtanı atılmışdır. “Əgər doğrunu söyləyirsənsə, bizlərə mələkləri gətirməli deyildinmi?” Gətir deyirlər mələk başının üzərində dayansın görək deyirlər. Bunu müşriklər söyləyir deyir Allah. Müşriklərin tələbidir bu deyir, başının üzərində bir mələk istəmək deyir.

“Haqq olmadan Biz mələkləri endirmərik. O zaman da onlara göz açdırılmaz.” Allah deyir, endirsəm mələkləri, bəlalarını verərəm deyir. “Hiç şübhəsiz, zikri (Quranı) Biz endirdik Biz; onun qoruyucuları da həqiqətən Bizik.” Kitabı kim qoruyacaqmış? Allah, Mən qoruyacağam deyir. Kimlə qoruyacaq? Mehdisi ilə qoruyacaq inşaAllah, vəsilə edəcək. “Andolsun, səndən əvvəl keçmiş ümmətlərə də elçilər göndərdik.” Onlara da o zaman mehdilər gəldi deyir Allah.

загруженное (2)

“Onlara hər hansı bir elçi gələndə, mütləq onunla lağ edərdilər.” Gəlmişdir keçmişdir, şəxsi mənəvidir, yaxud buna bənzər, lağ etmə tərzində elə şey olarmı? “Beləcə Biz onu (lağı), günahkarların ürəklərinə soxarıq. “Lağı kim etdirirmiş? Allah Mən etdirirəm deyir. O sözləri kim dedirtdirmiş? Allah Mən dedirtdirəm deyir. Şəxsi mənəvi deyəni də Allah dedirtdər, gəldi keçdi deyəni də, quyunun dibindədirlər sonra çıxacaq deyəni də, görünməz bir ruhdur deyəni də, hamısını Allah dedirtər.

“Onların üzərlərinə səmadan bir qapı açsaq, oradan yuxarı yüksəlsələr də, mütləq: “Gözlərimiz çevirildi, bəlkə, biz ovsunlanmış bir ümmətik” deyəcəklər. 1996-nı verir.. Yəni 1415 hicri, 1996 miladi tarixi olur. Baxın; “Onların üzərlərinə səmadan bir qapı açsaq”, yəni cazibəndən xilas olsa və “oradan yuxarı yüksəlsələr də” atmosferi deşib keçsələr, yuxarıya doğru çıxsalar”— əbcədi  1996-cı ili verir. 1996-cı ildə TÜRKSAT ilk dəfə kosmosa peyk göndərdi və cazibəndən xilas oldu, səmanı deşdi keçdi, kosmosa çıxdı. Baxın, Allah nə deyir;  “Onların üzərlərinə səmadan bir qapı açsaq”, yəni deşib keçəcəkləri bir nöqtə olsa, atmosferi keçəcəkləri bir nöqtə olsa, cazibənin təsirindən xilas olsalar, “oradan yuxarı yüksəlsələr də” deşib keçdi, çünki müəyyən bir təcil sürət qazandıqdan sonra raket cazibənin təsirindən xilas olur və deşib keçir atmosferi, yoxsa çıxa bilməz. 1996-cı il tarixini verir.

“Yerin başqa bir yerə, göylərin də (başqa göylərə) çevrildiyi gün”, deməli, yer tam fərqli bir yer olacaq, göylər də tam fərqli bir göy olacaq. Öyrəşdiyimiz göy deyil, yer deyil. Qiyamətdə elə “onlar tək olan, qəhhar olan Allahın hüzuruna çıxa(rıla)caqdırlar.” Hər kəs Allahın hüzuruna çıxarılacaq deyir. “O gün günahkarlara (möhkəm) qandal vurulduqlarını görərsən.” Yəni möhkəm sarıldıqlarını, əllərinin qandal kimi sarıldığını görərsən. “Geyimləri qətrandandır” üzərlərində zift kimi bir maddə var, ona görə qapqara görünürlər, bütün bədənlərinin üzəri qatrandır”üzlərini atəş bürüməkdədir” üzləri də alov ilə örtülüdür, üzlərinin üzərində alov görünüşü olacaq deyir Allah. “(Bu əzab,) Allahın hər nəfsi öz qazandığıyla cəzalandırması üçündür. Şübhəsiz, Allah hesabı çox tez görəndir. Bu (Quran) xəbərdar edilib qorxudulsunlar, həqiqətən, Onun yalnız bir tək İlah olduğunu bilsinlər və təmiz ağıl sahibləri” başında pislik olmayanlar  “yaxşıca öyüd alıb düşünsünlər deyə bildirib-eşitdirmə (bir bəyan)dır”, inşaAllah.

Baxın ölkələrin yıxılacağından bəhs edir Allah, rejimlərin yıxılacağından, oxuduqlarımız Quran ayəsidir. Gələn Mehdi (ə.s)-a, Peyğəmbərimiz (s.ə.v)-a dəlisən deyirlər. Deməli, bu, Mehdilərə atılacaq böhtan şəklidir. Və Mehdiləri nəyə məcbur edirlər?  “Başının üzərində bir bulud olsun, bir mələk olsun, o mələk söyləsin sənin Mehdi (ə.s) olduğunu” deyirlər. “Peyğəmbər olduğunu söyləsin” deyirlər. Kim edir bunu? Müşriklər edir.

“Onlara bir elçi gələndə (bir Mehdi (ə.s) gələndə), mütləq onunla lağ edərdilər.” Deməli Mehdi (ə.s) ilə də lağ ediləcək. “Beləcə, Biz onu (lağı), günahkarların ürəklərinə soxarıq.” Bunları Mən dedirtərəm deyir Allah. Niyə dedirdir Allah? Savab qazansın deyə. Çünki Mehdiyyətin qarşısında o zaman mane olmamış olur. Lağ yox, küfr yox, təhqir yox, hücum yox, sui-qəsd yox, o zaman Mehdi də yoxdur. Bunlar varsa, Mehdi də vardır. Mehdi çətinliklərlə döyüşən insandır, xüsusiyyəti odur. Əziyyətlə, ağrıyla döyüşdüyü üçün Mehdi olur onsuz da, inşaAllah.

54tv8