Adnan Oktarın A9 telekanalındakı canlı söhbəti (2 dekabr 2011, 20:00)

Adnan Oktar: Allah: “De” deyir, “əgər atalarınız”, münafiq kimə düşkündür? Əvvəla atasına düşkündür. Sonra kimə? Övladlarınız, övladlarına düşkündür. Ağlı həmişə onda qalır. Sonra münafiqlərin ən çox üstündə dayandıqları nədir? Bacı-qardaşlarınız”, fikri bacı-qardaşlarında qalar. “Din, Allah, Kitab, İslama xidmət, yoxsa qardaşların?” desən, “bacı-qardaşlarım” deyər. Həyat yoldaşlarınız”, münafiqin fikri həyat yoldaşında qalar. Yəni: “Din, Allah, yoxsa Allahın yolunda mübarizə? Bunların hansını seçərsən?” dedikdə “həyat yoldaşımı” deyir. Fikri həyat yoldaşında qalır. “Əşirətiniz”, yəni dost ətrafınız; facebookda, orada-burada var dost, artıq hər kimdirsə. “İslama xidmət, yoxsa davaya xidmət? Bunlardan hansı?” dedikdə, “əşirət” deyir. “Qazandığınız mallar”, nə 2952070-kuran-i-kerimşllpqazandısa; az da olsa, çox da olsa əldə etdiyi qənimət, mallar; münafiqlər buna qarşı çox həssas olar. Heç kəsin əlinə keçməsini istəməz, özünə məxsus olmasını istəyər. Onu Allah yolunda istifadə etmək istəməz. Bunu ağılsızıq kimi görər. “Az qazanc gətirəcəyindən qorxduğunuz ticarət”, az qazanc gətirməsindən necə qorxar? Ticarətə var gücüylə üstünlük vermək istəyər, bütün diqqətini yönəltmək istəyər. İslama, Qurana vaxt ayırdığı zaman, ticarətdə itirəcəyini düşünər. Buna görə də, İslama vaxt ayırmaq istəməz. “Və xoşladığınız evlər”, hansı ev? Küçədəki bir ev deyil. Özünə məxsus evi, ailəsinə məxsus evi xoşlayar. Çünki, mülkü özünə məxsus olduğu üçün, oraya üstünlük verər. Müsəlman evinə getmək istəməz. Münafiq özünə məxsus, münafiqlərin olduğu, dinsizliyin hakim olduğu evə getmək istəyər. Buna görə də, Allah: “Xoşladığınız evlər” deyə buna diqqət çəkir. Allah bütün bunları sayır, “sizə Allahdan, Onun Rəsulundan”, yəni Allahın Elçisindən, imamından, İslam yolunda mübarizə aparan liderdən, “və Onun yolunda cihad etməkdən”, yəni İslamı yaymaqdan, Onu təbliğ etməkdən, mehdiyyətdən, “daha əzizdirsə”, yəni daha xoş gəlirsə, “artıq Allahın əmri gələnə qədər gözləyin”, yəni: “Allah sizin bəlanızı verənə qədər gözləyin” deyir. Allah: “Allah, fasiqlərə hidayət verməz” deyir. Tövbə surəsi, 24.