Hörmətli Adnan Oktarın A9 telekanalındakı canlı söhbəti (5 yanvar 2012, 21:00)

Adnan Oktar: Nisa surəsi, 157-ci və 158-ci ayələr. Şeytandan Allaha sığınıram. “Həmçinin: “Biz Allahın Elçisi olan Məryəm oğlu İsa Məsihi həqiqətən öldürdük” demələrindən ötrü də (onlara belə bir cəza verdik). Halbuki onu öldürmədilər və onu çarmıxa çəkmədilər. Lakin onlara (onun) bənzəri göstərildi”. Bax, samsunda_tartismali_hz_isa_konferansi_h43929Allah onları tələyə salmışdır. Yəhuda İskariot bir qədər İsa Məsih (ə.s)-a bənzəyirdi, Allah əl-üzünü qana boğdu, üzünü, tipini pis günə qoydu. Həmçinin onun da saçı uzundur və qan da üzünə çatdıqda onu İsa Məsih (ə.s) zənn etdilər, seçə bilmədilər, yəni Allah üzünü bir qədər daha bənzətdi. “Həqiqətən onun barəsində anlaşmazlığa düşənlər, qəti şübhə içindədirlər”. Hazırda da şübhə içindədirlər. Allah: “Onların zənnə uymaqdan başqa, buna dair heç bir məlumatları yoxdur” deyir, yalan danışırlar. “Onu qətiyyən öldürmədilər”. Allah: “Öldürmədilər” deyir.

“Xeyr; Allah onu özünə tərəf yüksəltdi (himayəsinə almışdır)”. Qatına yüksəltmişdir, “Allah üstün və güclüdür, hökm və hikmət sahibidir”.