Hörmətli Adnan Oktarın 5 may 2011-ci ildəki Nur surəsi ilə əlaqədar şərhləri.

ADNAN OKTAR: Şeytandan Allaha sığınıram. Nur surəsi, 11-ci ayə: “Şübhəsiz ki, yalan xəbər gətirənlər özünüzdən olan bir dəstədir.”-yəni müsəlmanlar öz içində yalandan, dedi-qodudan şiddətlə çəkinməlidirlər. “Onu özünüz üçün pis bir şey hesab etməyin. Əksinə, bu, sizin üçün xeyirlidir. O dəstədən olan hər bir şəxsin qazandığı günahın cəzası vardır. İçərilərindən günahın böyüyünü öz üstünə götürəni isə böyük bir əzab gözləyir.” Böhtanı atan, daha çox günaha girir amma bu, böhtana məruz qalanın əleyhinə olmadığını bildirir Allah. Yəni onun lehinə olar deyir. Çünki savab qazanar. Böhtanı atan insanın savabları da ona keçər. Bu səbəbdən, lehinə bir çox vəziyyət yaranar. Allah bunu deyir. “Nə üçün siz bunu eşitdiyiniz zaman mömin kişilər və qadınlar bir-biriləri haqda yaxşı fikirdə olub: “Bu, açıq-aydın bir böhtandır!”–demədilər? Məsələn, müsəlmanlar haqqında, baron, qəzetində bir böhtan atır. Baxırsan saqqallı, cübbəli insan inanır. Qaz kimi inanır. Ağzı açıq, “vay” deyir. Halbuki mütləq araşdırılmalıdır.

Səmimi müsəlman, doğru və ya səhv olduğunu araşdırmalıdır, inşaAllah. Baxın, Allah deyir: “Niyə görə onlar buna dair dörd şahid gətirmədilər?” Dörd saleh şahid. “Madam ki, şahid gətirmədilər, deməli, onlar Allah yanında əsil yalançıdırlar.” Deməli, müsəlmana böhtan atmaqdan şiddətlə çəkinmək lazımdır. Xüsusilə əgər isbat edilə bilmirsə, çox dəhşətli bir vəziyyət olar. Allah deyir: “Onlar Allah yanında əsil yalançıdırlar.” Allah onları yalançı elan edir. Şeytandan Allaha gossip_girls_by_densetsu_no_akira-d4xtns8sığınıram, 14-cü ayə: “Əgər Allahın dünyada və axirətdə sizə lütfü və mərhəməti olmasaydı, dedi-qodularınıza görə sizə böyük bir əzab toxunardı.”

Bəzi axmaqlar vardır, işi-gücü yoxdur oturar, müsəlmanların dedi-qodusunu edərlər. Axşama qədər dedi-qoduyla vaxt keçirərlər. Geniş yayılmışdır, müsəlmanlar bilərlər. Allah bunu qadağan edir. Baxın, “özünüzü itirdiniz” deyir, çünki özünü itirir. Deyinərək həmişə dedi-qoduyla vaxt keçirir. Onu, Allah çirkin bir hərəkət kimi qadağan edir. 16-cı ayə: “Nə üçün siz onu eşitdiyiniz zaman: “Bizə bunu danışmaq yaraşmaz. (Allahım!) Sən pak və müqəddəssən! Bu, çox böyük bir böhtandır!”– demədiniz?” Bu kimi vəziyyətdə “bu bir böhtandır” deməlidir müsəlman, inanmamalıdır. Ya saleh dörd şahid gətirəcək, ya da onun sözünü etməyəcək.